Beton divarlardan fərqlənən tək şey dəmir və hündür qapı idi . Və qapının qarşısındaki iki eyni geyimli adamlar . Yağış yavaşdan başlamışdı . Getdikcə sürrətlənən yağış özü ilə bərabər soyuq bir külək də gətirmişdi . Tək çarəm ora yaxınlaşmaq idi . Çünki bu o ünvan idi . Yağış damlalarını bir-bir arxada buraxaraq qapıya yaxınlaşdım .
-Bura sadəcə icazəli və çalışanlar girə bilər!
-İcazə olar?
-Adınız? Yeriniz? Yaşınız? kimliyiniz lazım olacaq.
-Mən sadəcə içəri daxil olmaq istəyirəm.
-Siz burada çalışmaq istəyirsiz?
-Bu içəriyə girməyimə kömək olacaqsa hə-dediyimdə onlar bir-birlərinin üzünə təəccüblə baxdılar və bir daha soruşdular və bir daha eyni cavabı aldılar .
-Sizi içəri ala bilərik amma doğru qərar verdiyinizdən əmin olun...
Nə qədər qərar vermək çətin ola bilərdiki ? -deyə öz-özümə danışırdım . O beton divarları aşıb içəri girdiyimdə isə yağışın islatdığı yaşıl otların hər yeri bürüdüyünü gördüm . Məni heç bir yerə baxmağa icazə vermirdilər amma məncə buna o qədər də maneə ola bilməzdilər . 2, 3 bəlkə də 4 mərtəbəli bu ev çox sakit və boğucu idi . İçəri girdiyimdə isə o sakit koridorlar bom-boş idi . Heç kim , heç nə yox idi . Nəzarətçilərdən biri mənə girməməyimi deyərək otağa ilk o girdi . Qağının arxasından içəridəki yüksək səsi eşitmək olurdu . Məni içəri gətirdiyi üçün kobud biri nəzarətçini yüksək səslə danlayırdı . Kobud səs bir daha yüksəkdən qışqıraraq otağa başqa adamları çağırdı. Mavi rəngli geyimləri ilə həkimlərə oxşayan bu insanlar içəridəki nəzarətçini otaqdan çıxararaq məcburi və qorxunc vəziyyətdə sürütləyərək apardılar . Və kimsə məni qolumdan tutaraq otağa itələdi və qarımda oturdu . Kiçik üzündə qorxunc bir ifadə var idi . Həqiqətən nə edəcəyimi bilmədim . Bu addımı atırdım amma nə üçün olduğunuda bilmirdim .Bəlkə də burdan getməliydim amma bu anam ilə mənim aramdakı son yol , son çarə ola bilərdi . Sonu ya başlanğıcı nə olursa olsun bunu etməliydim . Bu risqi almalı idim . Olmasa belə buna dəyərdi . Bəlkə ....
Əli ilə oturacağı göstərərək , yüksək və qorxunc bir səslə :
-Otur və mənə axlındaki fikirləri düzgün olaraq de , yoxsa sənin üçün bu heç yaxşı olmayacaq.
-Mən sadəcə burada çalışmaq istəyir...
-Burada heç kim çalışmaq istəməz . Nə çalışacağını , burada nə edəcəyini belə bilmirsən . Kİmsən və bura nə üçün gəldin?
-Hə mən burada nə edəcəyimi bilmirəm amma iş ...hə iş mənə iş lazım idi . Onun üçün....
-Bax! Buranın sonu olmur . Güman edirəm ki sənin də olmayacaq . Mən sənə qorxunc gələməyə bilərəm bəlkə də amma buranın sahibi sənin səbəbini bilməsə birdə gəldiyin yerə qayıda bilməyəcəksən .Məncə məni də qorxunc kimi görməlisən!
-Mən...mənim bir səbəbim yoxdur . Hə..hə yoxdur. Mənim işə ehtiyacım var və mənim hə..hə mənim qalacaq yerim yox idi ...-uydurduğum yalanlar nə qədər inandırıcı olmasa da məncə vaxtında və yaxşı yalanlar idi , yəni bəlkə də....
-Qalacaq yeri olmayanlar bura gəlmir . İşsiz də olanlar bura gəlmir. Bura sadəcə sonu olmayan gəlir . Amma belə görürəm ki , sənin sonun olacaq.- bu sözlər insana qorxuncgəlirdi . Nə qədər fərqli bir yer ola bilərdi ki? Ya da nə qədər sonsuz ola bilərdi ki?
-Mən sadəcə bunları istəyirəm və başqa nə istəyim , nə də gizli bir fikrim yoxdur .
-Cavabların heç xoşuma gəlməsə də bunu sən istədin . Başına gələn her şeyi görəndə sənə əks olaraq qorxunc olacam və bunu heç bir zaman sonlandıra bilməyəcəksən . İstəsən də , istəməsən də sənin üçün artıq hər şey fərqli olacaq .

ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasyNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...