Qatarın yaratdığı səslər bütün səsləri ötüb keçirdi . Səslər bəzilərinə sakitlik verib , xatirələrini yadlarına salmağa kömək edirdisə , səsdən narahat olanlarda vardı . Məndə onlardan idim . Flayd isə sanki ilərdir bu səsə həsrət qalmış kimi rahat , sanki heç nə olmamış kimi gözlərini yumub səslərə qulaq asırdı , ya da o səslər ona qulaq verirdi . Mən isə çatacağım yeri xəyal edirdim . Xəyal edirdim amma xəyallarımdaki kimi olacağını , ya da heç ağlıma belə gətirə bilməyəcəyim kimi olacağından xəbərdar deyildim . Ən maraqlı və əsas hiss də bu idi . Xəbərsiz olmaq .Həyatın ortasından axan çayın sizi hara aparacağını bilə bilməzdiz . Ya o axın sizi hara aparırsa aparsın ona uyğun olmağı və ya ona görə şəkil dəyişməyi bacarmalı idiz , ya da o axını , siz yaratmalı idiz . Mən iki variantdan heç birini seçməmişdim . Bəlkə də hansı yolun mənim üçün düzgün olacağını bilmirdim . Mən isə öz yolumu çəkməyə qərar verdim . Axınına məruz qalıb sonuna qədər sürüklənəcəyim yolu yaratmaq istədim . İnsanı sürrətlə həyatdan hər şeydən qopararaq xəyal edə bilməyəcəyi , ya da o istəməsə belə ona görə ən uyğun olan yolun yəni o sonsuz axının , özüm olmasını istədim . Həyatda , həyata keçirə bilməyəcəyim , yarada bilməyəcəyim fikirlərimi , imkansız istəkləri xəyalımda yaratmaq istədim . O bilinməz , tanınmaz, şəffaf xəyallar əvvəlcə mənim axınım yəni əsas yolum , sonra isə həyatım , bəlkə də sığına biləcəyim tək yerim , evim oldu . Sonra o ev , mənim dünyam oldu . Bəlkə də tək çarəm oldu.....
Son dayanacaqdan , yəni mənim dayanacağımdan əvvəlki dayanacağa çatmışdıq . Yol qısaldıqca , sanki getdikcə yaxınlaşırdı . Dayanacağa düşüb sevinənlərin , ya da gözləmədiyi şeylər ilə qarşılaşan insanların səslərinə Flayd axır ki kiçik yaşıl gözlərini açıb yuxudan oyanmışdı. Ya da sanki oyanmaq istəməsə də , oyanmağa çalışırdı . Oyanıb sanki ilk dəfə məni görürmüş kimi sakitcə və mənasızca üzümə baxırdı . Sonra boğuqlaşan səsi ilə harda olduğumuzu soruşdu , yəni hansı dayanacaq da olduğumuzu . Ona hər şeyi , yəni kiçik bir vaxtda nələr olduğunu , harda olduğumuzu sürrətlə danışdım . Sonra qapalı olan pəncərəyə yaxınlaşıb havaya sanki hər şeyi unudub səhərə göz açmışcasına baxırdı . İsti nəfəsi soyuq pəncərədə duman yaradırdı . Nazik barmaqları ilə pəncərədə yaranan duman hissəsində böyük həriflər ilə SİRİUS yazdı .
- Yaşadığımız yeri unutmamalıyıq - deyə" SİRİUS" yazdığı yeri göstərərək sakitcə güldü .
- Hə . Və nə üçün yaşadığımızı da unutmamalıyıq , ya da kim üçün yaşadığımızı . - deyə sözünü təsdiqlədim . Oda başını "hə" cavabı verirmiş kimi hərəkət etdirdi . Sonra üzərindəki , qucaqladığı iri yastığı sürrətlə qırağa çəkib , başımın üzərindəki rəflərdən birindən çantasını götürdü . Sanki əlindən alacaqlar kimi çantasını bərk - bərk tutaraq içərisində köhnə, boş qəzet parçalarına bənzər qəhvəyi kağızlar və qara mürəkkəbli qələmlər çıxardı . Kağız və qələmlərdən birini mənə uzadaraq :
- Ağlıma çox maraqlı və fərqli bir fikir gəldi . Biz növbəti dayanacaqda bir -birimizlə son dəfə görüşəcəyik . Amma biz neçə gündü bir-birimizlə özümüz üçün dəyərli olan xatirələri bölüşürük. Və məncə yaxın dostuq . Boş qalan vaxtımızı dəyərləndirib məktub yazaq , yəni əgər səndə istəyirsənsə . Mən sənin üçün , sən də mənim üçün yazarsan . İstəklərimizi , xəyallarımızı , ya da fikirlərimizi bölüşərik . Ya da heç kimlə bölüşə bilmədiyimiz sözlərimizi yazarıq. Yollarımızı ayıracağımız o son dayanacaq da isə məktublarımızı dəyişərik . Məncə bu da unudulmayan xatirələrdən biri ola bilər . Çünki , xatirələr unudulmamalıdır . Ya sahibləndirilməlidir , ya da bölüşdürülməlidir . - deyərək üzümə təklifini qəbul etməyim üçün kiçik pişik balası kimi sakitcə və yalvarırcasına baxırdı .
- Bu eşitdiyim ən maraqlı və ən dəyərli fikirlərdən biri ola bilər . Və məndə bu fikirin içində yer aldığım üçün çox şanslıyam . - deyərək kağızı , qələmi əlimə alaraq yazacaqlarımı fikirləşməyə başladım . Flayd isə sanki cavabımın belə olacağını əvvəldən bilirmiş kimi gülüb , gözlərini işıqlı pəncərəyə doğru çəkib yazacaqlarını fikirləşirdi ...məncə . Mən isə sanki ilk məktubumu yazarmış kimi haradan başlayacağımı bilmirdim . Burada yəni SİRİUSda əlaqə saxlamaq üçün mövcud və ən sürrətli yol sadəcə məktublar idi . Ona görə də burada heç kim məktub yazmağa çətinlik çəkməzdi . Mən də məktub yazmağı çox sevərdim . Əsasən ünvansız məktublar .Yəni çox vaxt qəribə olsa da özümə məktub yazardım . Keçmişdən və ya gələcəkdə özümü xəyal etdiyim , olmaq istədiyim yerdən özümə məktublar yazardım . Həmin məktubları yazdığım zaman özümü ən rahat hiss etdiyim anlar olurdu . Çünki , ondan , yazdıqlarımdan , fikirlərimdən məsuliyyət daşımırdım , ya da heç bir ədəbi olmaq məcburiyyətində qalmırdım . Sanki yazdığım məktublar öz əksim idi . Nə zaman tək , səssiz hiss etsəm məktub yazardım . Məktublar güzgümə çevrilmişdi artıq . Çünki insan həyatda necə olarsa , hekayəsi də elə olardı . Necə istəyərsə , necə yaşayarsa hekayəsi də elə olardı . Bəlkə də həyat hekayəmiz də bizi əks etdirirdi . Bəlkə də həyatın qarşımıza çıxardıqları bizim əksimiz idi . Öz güzgülərimiz idi . Hər baxtığımızda gülər üzlü və ya qəmli gördüyümüz həmin əkslər həyatımız , hekayəmiz idi . Bəlkə də , bizim hekayələrimiz bizə yazılmış məktublar idi . Bəziləri oxunan , bəziləri isə daha bizə çata bilməyən , hətta hələ yazılmayan məktublar idi . Ya da unudulan , itib xəbərsiz olduğumuz onun üçün də oxumadığımız görünməz məktublar idi . Biz isə o məktubda olanlar idik . Bəkə də biz o məktubları yazan mürəkkəb idik ......
Bu günki bölümündə sonuna çatdıq . Güman edirəm ki , oxuyub bəyənəcəksiniz . Oxuyub fikirlərinizi mənimlə bölüşməyi unutmayın . Gələcək bölümlərdə görüşənədək məktublarınıza və özünüzə yaxşı baxın , yaxşı qalın . Təşəkürlər!
İnstaqram : papatybook
Digər əsas və kitabın müəyyən hissələrini yayınladığım hesab :
FatimeAazade1
FATİMƏ AĞAZADƏ
ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasyNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...