Bölüm 35: Kim?

7 4 2
                                    

                                                                ~~~

Keçən gecə ulduzlarla bitmişdi . Səhər isə yenə insanların səsi ilə açılırdı . Bəzən narahat edici , bəzən isə artıq öyrəşə bildiyimiz üçün normal gələn iş yerindəki səslər . Bü gündən güman edirəm ki , anamla daha da çox ünsiyyətdə ola biləcəkdim . Artıq Flaydla ortaq işdə çalışacağımıza görə anamı görmək şansım daha çox idi . Sanki içimdəki o enerji digər günlərə görə daha səbəbli idi . Əvvəlki günlər kimi hiss etməyə başlayırdım sanki . O zamana qədər ki , ağlıma bundan sonra nə etmək lazımdı sualları gəlməyə başlayırdı . Otaqdan çıxıb ağır iş rejimini və yenə gecə boş olan kolidorların əvvəlkindən daha da çox dolu olduğunu görmüşdüm . Hamı öz işi ilə dayanmadan ciddi şəkildə məşğul olarsa ortaya belə bir portret çıxırdı . İçimdə fərqli bir enerji var idi sanki . Sanki qabaqda olacaq xoş bir hadisəni əvvəlcədən hiss edirmiş kimi . Bəzən keçən vaxtların qoxusunu hiss edirdim elə bil . Və ya burnuma bir qoxu gəldikdə bəzən sanki bu mənə hansısa zamnımı xatırladar kimi olurdu . Məni alıb həmin ana aparardı . Bəzən qısamüddətli bir hiss olsa da , heç bitməməsini istəyərdin . Bəlkə də gedərsə , bir daha nə zaman gələcəyini tam olaraq bilmədiyinə görə idi . Eyniylə insanlar kimi və ya elə hiss etmədən sürrətlə keçib gedən , arxada qalan zamanlar kimi . Sadəcə xatirələrdə gəzə bilərdin həmin yerləri , yalnız orda hiss edib içdən gülə bilərdin həmin anlara . Bəzi xatirələri isə düşünmək belə istəməzdik . Nəinki düşünmək , yaşamaq belə peşman edərdi insanı . O bitmək bilməyən peşmançılıq hissi , xatirələrin ağırlığından  daha çox olardı , daha çox yaralayardı . Amma həmin yara izlərini , düşüncələrin bərpa edərdi , əvvəlki halına gətirərdi .

Çox az keçmişə gedək bəlkə . Daha uşaq zamanından içimdəki enerji məni yerimdə dayanmağa icazə verməzdi . Hər gördüyüm yeni bir şeyi öyrənmək , təcrübə etmək istəyərdim . Bəzən bu göründüyü qədər asan olmazdı təbii ki . Amma əlimdən gəldiyi qədər özümə yeni məlumatlar tapardım . Daha doğrusu bu günlərdə düşünüb təbəssüm etmək üçün xatirələr axtarardım . Hansı ki , hal hazırda nə onları geri qaytarmaq mümkün idi , nə də düşünəcək bir şeyi xatırlamaq. Çox zaman yerimdə dayanmazdım . Bəlkə də sırf buna görə anam həmişə narahat olardı . Bəzən az olsa da , uşaqlığın bitmək bilməyən marağı olan zaman hər yerə qaçıb , əyləncə axtarardım . Evə qayıtdıqda anamın yola saldığı sağlam Liviana , daha doğrusu Arche olduğu kimi qalmazdı . Mütləq yıxılar , əlində , üzündə , bədənində yaraların olmasına səbəb olardı . Düzü ayaqlarındakı , qollarındakı bənövşəyi izlər onu incitsə də həmişə fərqli düşünərdi . Düşünürdüm və həmişə də mənə daha maraqlı gəlib , məni daha da heyran edərdi . Sağalmağa doğru gedən yara izləri , daha doğrusu dərinin üstündəki ləkələr öz rəngini dəyişərdi . Əvvəlcə bənövşəyi , sonra bir az göy - mavi tonları, bəlkə bir az yaşıl , sonra sarı və ya ondan əvvəl narıncı. Və ən sonda keçib gedərdi . Xülasə , demək istədiyim ağrıları düşünüb özümü yormazdım, əksinə rənglərə baxıb fərqli hiss edərdim . Bundan sonra hər yıxıldığımda bu məndə peşmançılıq yox maraq hissi doğurardı . Həmin rənglər içimdəki ağrını da boyayardı sanki . İtib gedərdi gözlərimdən , həmin yaralar da , buraxdığı izlərdə , hiss etdirdiyi ağrılarda . Bəlkə də özü ilə bərabər keçmişi də aparardı ....


Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
SİRİUS (tamamlandı)*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin