Vaxt bitir , yol bitmirdi . Son dayanacaq sanki yolun ən sonu olarmış kimi biz ona yaxınlaşdığca o uzaqlaşırdı . Flayd çantasını məndən əvvəl hazırlamış , məni gözləyirdi . Bu dəfə deyəsən həqiqətən son idi . Həm yeni bir başlanğıc olacaq deyə sevinir , həm də bütün xatirələrin arxada qalacağı üçün üzülürdük . Və nəzarətçinin səsi eşidildi . Bizim sıramız gəlib çatmışdı . Flaydın üzündə yenə başa düşə bilmədiyim bir soyuqluq var idi . Amma bunun səbəbini hər ondan soruşduğumda üzündə saxta gülüş yaradıb məni inandırmağa çalışırdı .
Nəhayət gəlib çatdıq . Hava dumanlı olsa da Günəş özünü dumanın arxasından göstərməyə çalışırdı . Amma duman havanı əsir almışdı . Arxadan parlaq işıq görünsə belə , parlaq görünən Günəş deyil , sanki parlaq bir duman idi . Qatar hərəkətə başladıqda vaqonların üzərinə qonmuş kiçik quşlar sürrətlə uçmağa başlayırdı . Flayd isə sanki kimisə gözləyirmiş kimi gözlərini hər yerdə gəzdirirdi . Artıq vida vaxtı idi . Flayd:
- Məncə , bəlkə də biz bir gün yenə görüşə biləcəyik . İçimdən bir səs Siriusun bizi yenə bir araya gətirəcəyini deyir- deyə çantasından məktub çıxardı .
- Bəlkə də . Amma səni bir daha görsəmdə , görməsəm də dostluğumuzu unutmayacam . Xatirələri unutmayacam . Çünki gözəl anları yadda saxladıqda , unutmadıqda xatirə şəklinə gəlir.
- Artıq bu məktub sənindi . İstədiyin vaxt oxuya bilərsən . Səni tanıdığım üçün çox şanslıyam . İnanıram ki istəklərinə nail olacaqsan . Yenidən görüşmək diləyi ilə - deyərək əlindəki qatlanmış məktubu mənə verdi .
- Flayd səninlə vaxt keçirdiyim üçün , sənin kimi hədəfləri olan birini tanıyıb bildiyim üçün çox sevinliyəm . Az vaxt keçirsək də bir-birimizdən çox şey öyrəndik .
Flayd böyük əlləri ilə məni qucaqlayaraq , mənim görməməyim üçün göz yaşlarını sildi . O yolunu , istiqamətini bilirdi mənsə yox . Onun sadəcə uzuqlaşaraq arada bir arxaya baxaraq əl yellədiyini görürdüm . Sonra oda dumanın arxasında qaldı . Bəlkə də dönüb yenədə mənə baxmışdı amma nə mən onu görmüşdüm , nə də o məni görə bilməmişdi .
Artıq yola başlamalı idim . Hələ heç bir şey bilməsəm də başlamalı idim . Dəmir yolunu keçərək qarşıda kiçik bir kafenin və yanında əllərində qəzet tutaraq yanlarından keçən hər insana qazet uzadıb verən balaca uşaqlar var idi . Bəli mənə də təklif etdilər , belə şirin bir təklifi geri çevirmək olmazdı . Qəzeti alıb içindəkilərə tez bir nəzər yetirdim . O qədər də maraqlı , ya da yeni bir şey yox idi. Y da var idi amma mənim üçün vacib deyildi . Kafedə əlində sarı çiçəkli çay içənlər daha çox idi . Sarı çiçək Siriusda hamı tərəfindən sevilərdi . Əslində duzlu olan bu çiçəyik , çayını düzəltdikdə şirin olardı . Kafenin girişində durub insanlara baxırdım . Gredinin mənə verdiyi xəritəni birinə göstərib hara olduğunu soruşmalı idim . Kafe nəzarətçisinə yaxınlaşıb ona xəritəni göstərərək növbəti yerin hara olduğunu və oraya necə gedəcəyimi soruşdum . O həmin yerin hara olduğunu başa düşərmiş kimi üzümə tərəddüdlü şəkildə baxırdı . Amma yenədə mənə həmin ünvanın yerini və necə gedə biləcəyimi demişdi . Onunla sağollaşaraq kafedən çıxdım və addımlarımı yavaşladaraq qarşıda gördüyüm kiçik körpüyə doğru getməyə başladım . Körpüdə oturaraq Flaydın mənə yazdığı məktubu açıb oxumağa başladım :
" Əziz Liviana bu məktubu sənə yağışlı bir gündə , vaqonda , sənin qarşında oturaraq sənə yazıram . Əslində nə yazacağımı da tam olaraq bilmirəm . Sən yaxşı bir dostsan . Məni hər zaman dinlədin , dəstk oldun . Bunun üçün sənə minnətdaram . Səninlə yollarımızı ayırdığımız vaxt mən də yeni bir hekayəyə başlayacam . Bunu heç kimə deməməyə çalışsamda məncə sənə deyə bilərəm . Bu yolun sonunu nə ilə bitəcəyini bilməsəm də mənə bu cəsarəti sən verdin . Sən mənim üçün unudulmaz xatirəyə çevrildin . Sənə ailəmdən bəhs etmişdim . Bu dəfə yeni addım atmaq istədim . Mən yenıdən bir daha sınamaq istədim . Mən də öz əsas ailəmin yanına , atamın yanına gedirəm . O mənimlə ola bilmirsə mən onun yanında olaram . Güman edirəm ki ikimizdə istəyimizə çatacayıq . Yenidən görüşmək diləyi ilə ...."
Dostun: Flayd
Yenə bir məktubun sonu . Amma yeni bir hekayənin girişi . Sonu bilinməsə də yeni bir istək , yeni bir addım ......
Bu bölümün də sonuna çatdıq . Güman edirəm ki , oxuyub bəyənəcəksiniz . Oxuyub fikirlərinizi mənimlə bölüşməyi unutmayın . Gələcək bölümlərdə görüşənə də özünüzə və məktublarınıza yaxşı baxın . Təşəkkürlər! <3
FATİMƏ AĞAZADƏ
ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasyNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...