Bu dəfə zaman gec keçmişdi . Ola bilsin ki bu içimdə olan nigarançılıqdan idi . Anamı görə bilmirdim . Necə olduğunu bilmirdim . Eyniylə nə üçün Forbinin belə hərəkət etdiyini də anlamırdım . Anamı görər görməz artıq bunları öyrənməli idim . Sıfır beş nömrəli otaqdakı pasientimə baxdıqdan sonra işimi demək olar bitirmişdim . Tək yerdə qalan sıfır yeddi idi . Ora isə istəsəm də addım belə ata bilməzdim . Axşam yeməyinə gecikmişdim . Sıra ona çatdıqda vaxt sürrətlə ötüb keçmişdi . Doğrusu ac deyildim . Amma ordakılar ilə danışmaq məni rahatlada bilərdi deyə düşünürdüm . Flayd və Ayris burda olduqları müddətcə ilk dəfə idi danışırdılar . Onlar üçün əlimdən gələni etməli idim . Nə qədər haqqımda bəzən çox da yaxşı düşünməsə də onun yaxşı olmasını istəyirdim . Eyniylə Flaydın da . Rahatlaşmaq dedikdə ağlıma bəlkə havaya çıxarsam sakitləşərəm deyə bir fikir gəldi . Əslində bunu daha çox dayanmayım deyə edirdim . Həm içimdəki narahatlıq az da olsa sakitləşsin , həm də vaxt keçirim deyə . Gecə tez bitsin deyə . Eyən uşaqlıqda olduğu kimi, səhər açılsın deyə gecələri tez yatdığımız kimi . Pilləkənləri qalxdıqca belə bəlkə nəsə edim, əlimdən nə gələr deyə düşünürdüm . Amma yox, düşünsəm də , düşünməsəm də bir yol yox idi , çarə yox idi . Mənə qalan yenə peşmanlıq və fikirlərimlə mübarizə idi . Hansı ki o mübarizələrdə özümün məğlub olacaqğını bilirdim . Bəlkə də məğlubiyyəti qəbul etdiyimə görə əslində mübarizəni yarı yolda qoyurdum . Unutmamaq lazımdı ki , səhv etdikdə , dayandıqda yox , onu qəbullandıqda məğlub olmuş olursan . Hər zaman əlindən gələnin daha çoxunu etməlisən . Yoxsa nə səhv etməyə , nə də qalib olmağına ikinci bir şansın olmaz ...
Qapını açar açmaz o təmiz və küləkli hava üzümə çırpılmışdı . Sanki uzun müddətdir ki bu zamanı gözləyirmiş kimi . Mən isə onun əksinə onu mülayim qarşılamışdım . Nə zaman gələrsə mən xoş olar kimi . Ulduzlar hələ öz yerini tutmamışdı . Buludlar onlar üçün maneə törədirdi sanki . Amma günün sonunda səmanı yenə o muncuq kimi havaya dağılmış ulduzlar aydınlaşdırardı . Eyniylə bəzilərimizin fikirləri kimi . Ay isə hələ hava tam qaralmadığı halda artıq özünü göstərməyə başlamışdı . Hələ işığıın bizə çatmadığı halda . Ulduzlar sevməkdən əl çəkə bilmədiyim varlıq idi . Bəlkə də onların məni eşitdiklərini bildiyim üçün . Onları hər gördüyümdə insanlara belə demədiklərimi onlarla bölüşdüyüm üçün bəlkə də . Günəşli havalar da gözəl idi , təbii ki . O zamanlar üçün də darıxırdım bəzən . Daha doğrusu Günəş üçün deyil , bəlkə də həmin anlarda sahildə , evdə , böyük vadidə keçirdiyim vaxtlar üçün . Sərçə üçün . Onun belə burada olması mənim üçün böyük bir şey ifadə edərdi . Onun sanki mənim pis zamanlarımda belə bunu hiss edirmiş kimi yanımdan ayrılmaması üçün darıxırdım bəlkə də . Hər şeyi bir kənara qoysaq əslində o anlar üçün deyildə , həmin vaxtlarda keçirdiyim hissləri geri qaytarmaq istəyirdim mən . Bütün yaşanmışlarla geri dönmək istəyirdim . Ya da həmin zamanı yenidən geri gətirmək istəyirdim ....
Səmaya çıxar çıxmaz içimə çəkdiyim o təmiz hava insanı rahatlaşdırırdı . Yavaş addımlarla binanın kənarına çatdıqda yüksəklik baş döndərirdi . Ətrafa baxarkən gözümə Flayd sataşdı . Yenə əvvəlki kimi başını səmaya çevirib , dayanmadan baxırdı . Səssizcə ona yaxınlaşaraq qorxutmamaq üçün yanına bir neçə addım qala yavaş səslə dedim :
- Flayd .
- Liviana , nəsə oldu ?
- Yox , yox . Sadəcə hava almaq üçün gəlmişdim , səni gördüm birdən .
- Hə , vərdiş halı alır deyəsən bura gəlmək - deyərək güldü bir az .
- Yaxşı bir vərdişdi amma .
ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasíaNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...