Gözlərimi nə ondan çəkə bilirdim , nə də düşüncələrimi fikrimdən . Ona "Flayd" deyə nə qədər səslənmək istəsəmdə bacara bilmədim . Amma içimdəki o basqın səsləri dinləmədən ona doğru addım atmaq istədikdə , sol kolidordan tük ürpədici və qorxunc bir səs yüksəlməyə başladı . Nə edəcəyimi bilmədən qapını açıq saxlayıb səsin gəldiyi yerdə doğru qaçmağa başladım . Kolidora mən nəzarət etməli idim və indi peşman olub Ayrisi dinləyib iş otağıma gəlməli olduğumu anladım . Amma sanki özümə özümü bağışlamaq üçün bəhanə axtararmış kimi Flaydı ağlıma gətirdim . Buna görədə peşmanlığım az da olsa keçirdi . Hələ kolidorun girişində olsam da , bütün yerə sıçramış qan izləri insanı qorxudurdu . Bununla yanaşı gələn səslər , qanın qoxusu sanki ölümün gəldiyini deyirdi . Əslində həmin yerə çatmaq üçün tələsirdim , amma görəcəklərimdən qorxurmuş kimi sanki ora gedə bilməmək üçündə səbəb axtarırdım. Adi bir vaxtda bu yol nə qədər qısa olsa da , indi bir o qədər uzaq idi . Sanki qanla bəzənmiş kolidorda, yer də qana bulanmış şüşə parçaları ilə bəzədilmişdi . Və o qanlı , səsli anı görəndə sanki vaxt bu dəfə həqiqətən dayanmışdı . Şüşə pəncərəli otaqdan çıxmaq istəyən biri , məncə bunu bacarmadığı üçün özünü pəncərəyə vurmuşdu . Yerdə ağrı içində qıvrılaraq , birdən yüksəkdən səs çıxardıqda yerimdə donub hərəkətsiz qaldığımın fərqinə vardım . O hər ayağa qalxmaq istəyəndə sürüşüb yenə yerə yıxılır və səsini yenədə yüksəldirdi . Sürətli addımlarla ona yaxınlaşdım . Yerdəki qan addım atmağa maneə olurdu . Ona əl vermək istədikdə , üstünə batığ olan şüşələri gördüm . Əynindəki mavi rəngli geyim , qara rəngə dönmüşdü . Bu da onun çox qan itirdiyini göstərirdi . Ona yaxınlaşmaq istədikdə , geri çəkilirdi . Hərəkət etmək , ona ağrı verirdi ki hər addım atdıqda qışqırmağa çalışırdı . Qara rəngli qısa saçını əlləri ilə çəkib yerdə otururdu . Bu olanların əsil günahkarı mən idim . Vaxt itirməyimə dəyməzdi . Bir yandan ağlımdakı suallar , Flaydın niyə burda olması və mənim içində olduğum bu vəziyyətdən necə çıxacağım düşünmək mənə də ağrı verirdi . Nə edəcəyimi bilməyib , yüksək səslə kömək istəmək üçün insanları çağırırdım . Həmişə burada olub hər işə atılan işçilər indi sanki buxar olmuşdu . Bəlkə də əsil qorxu insanların içində tək olmaq idi . Bu qədər insanın , topluluğun içərisində tək olmaq ən böyük qorxu idi . Bir gün sənin də onlara qarışıb kimisə tək buraxacağın demək idi bəlkə də . Ya da onların öz qorxularına çevrilməyin , sənində digərlərindən fərqləndirməzdi . Ya da öz qorxularında yox olmaq idi bu . Çünki insana güc verən , insanı hərərkətə gətirən cəsarət deyil, qorxudu ...
Səsimə bir neçə işci gəlsə də onlar sadəcə kənarda durub heç bir şey olmamış kimi baxırdılar. Əsil problemdə burda idi . Heç kimin səs etməməsi . Addım atıb , cəhd etməməsi idi . Əsil qorxu onların qorxusu idi . Əsil ağrı da bu idi . Yəni içdən qorxmaq , hər şeyi etmək istəmək , amma yenə qorxusundan addım ata bilməmək . Görmədən yaşamağın fərqli forması idi . Hiss etmədən yaşamağın başqa forması . Bəlkə də yaşamamağın bir forması idi . Yəni əslində öldürməyən , amma yaşatmayan bir hiss...
Bu qarışıqlığın içindəki yeni bir şey isə , Flaydın sakit və rahat addımlarla bizə doğru gəlməsi idi . O da heç bir şey olmamış kimi sakit tərzdə hərərkət edirdi . Sanki o da onlar kimi olmuşdu . Onunla əlaqə yaratmaq üçün səbəb axtarırdım . Məni çox güman tanımamışdı ki , üzümə rahat şəkildə baxırdı . Məndə üzümə onu tanımamış kimi bir ifadə qoyub ona yaxınlaşdım :
- Demək olar 10 dəqiqədir ki belədi. Özünü pəncərəyə vurub . Şüşə parçalarının çoxu bədəninə batıb , buna görə də o çox qan itirir . Buda onun həyatını təhlükəyə atır . Yaxınlaşmaq istədikdə isə...
- Bu heç bir şeyi dəyişdirməz . Öz həyatını özü risqə atıb . Belə bir şey etməsini biz istəməmişik . İndi isə cəzasını çəkib səhvini başa düşməlidi - deyə sözümü kəsdi . Mən hələ də onun bu sözlərinə inana bilmirdim . Sanki onun yerinə başqası danışırdı .
- Məncə bu onun səhvi deyil . Əvvəl bunu ona vadar eləyib sonra cəza verə bilməzsiz . Çünki cəzası ilə etdiyi şeyin onsuzda fərqi yoxdu .
- Fərqin nə olduğunu soruşmadım . Və birdə o mənasız fikirlərinizi səsləndirməyin . Mən gülmədim amma başqaları buna çox gülə bilərlər .
- Fikrimcə güldüyünüz şey fikirlərim deyil , özünüz olmalısız. Çünki olduğunuz hal həqiqətən çox gülməlidi- deyə dediyimdə qaşlarını qaldırıb kinayəli şəkildə güldü . Ətrafdakı insanlar heyrətlə bizə baxırdılar . Hətta bəziləri məni geri çəkmək istəyirdilər . Flayd isə öz rahatlığını qoruyub , yerdə qara saçları qandan islanmış oğlana doğru dönüb əyildi . Sol qolundakı cibdən kiçik bir iynə çıxarıb onun boynuna vurdu . Elə həmin anda bayaqdan yerdə dayanmadan qıvrılan oğlan hərəkətsiz qaldı . Əlini havaya qaldırdıqda isə arxadan iki üç nəfər qaçaraq ona yaxınlaşdı . Yerdən qaldırdıqları qan içindəki oğlanı başqa otağa aparırdılar . Flayd əlini bir birinə sürtərək ayağa qalxdı və dedi :
- Fikriniz birinin həyatındakı son vaxtları almırsa gülə bilərsiz əlbəttə . Amma o vaxt getdikcə azalır və siz buna maneə ola bilərsizsə onda fikir belə səsləndiməyin məncə - deyərək dönüb digərlərinin arxasıyca getdi . Mən isə özümü saxlayaraq söz belə demədim . Kolidordan geriyə doğru irəlilədikdə mavi qapılı otağın qapısının açıq olduğunu gördüm . Ora yaxınlaşdıqda masada olan kağızlar və tanımadığım fərqli insanların şəkilləri diqqətimi çəkdi . İçəri girib qapını sakitcə qapatdım . Şəkillər rəngsiz idi . Kağızlarda isə həmin insanlar haqqında məlumatlar yazılırdı . İnsanların şəkilləri və onlar haqqda olan yazılar bəzən bir səhifə olsada , bəzən səhifələri belə bitmirdi . Kağızların arasından mənə tanış olan ad gözümə sataşdı . Şəkilləri qarışdırıb arasından həmin kağızı tapmağa çalışdım . Kağızın üstündəki şəkli gördüydə istəmsizcə gözlərim dolmuşdu . Həmin baxış , həmin saçlar məminçün o qədər sevgi ilə dolu idi ki , buna inanmayıb kağızı səhifələməyə başladım . Səhifədəki həriflərin rənglərini göz yaşlarım tündləşdirirdi . Hələ də inanmayıb , bir yandan həm sevinir , həm ağlayırdım . Səhifədə fərqli zamanlara aid şəkillər var idi . Və... və ən axırda onun adı . Mənimçün bir sözdən daha çox məna ifadə edən .... FREYA
BU GÜNKÜ BÖLÜMÜNDƏ SONUNA GƏLDİK . FİKRİMCƏ OXUYUB BƏYƏNƏRSİZ . GƏLƏCƏK BÖLÜMLƏRDƏ GÖRÜŞƏNƏDƏK ÖZÜNÜZƏ YAXŞI BAXIN VƏ YAXŞI QALIN . XOŞ OXUMALAR!
Digər hesabım: @FatimeAazade1
İnstaqram: papatybook
FATİMƏ AĞAZADƏ
ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasíaNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...