Flaydın məktubunu əvvəl olduğu kimi qatladım və çantama yerləşdirdim . Sonra yola dəvam etdim . Siriusda kiçik yaşıl rəngli avtomobillər var idi . Kiçik olsa da içi böyük idi . Və artıq məndə kiçik yaşıl rəngli quşun içində idim . Gedəcəyim yeri bilirdim amma orada nə ilə qarşılaşacağımı bilmirdim . Yağış damcıları avtomobilin pəncərəsini sanki qıracaqmış kimi sürrətlənirdi . Gözyaşının yanağı isladaraq quruyub getdiyi kimi . Demək olar ki hamı ağlayırdı , yəni göz yaşı tökürdü istər sevinc , istərsə də qəm . Ya göz yaşının yerinə qan olsaydı . Ya hər ağladığımızda bütün bədənimizi qan bürüsəydi? Bəlkə də insanların ağlama səbəbi də elə bu idi . Göz yaşlarının səhvlərini örtəcəyini düşünürdülər . Amma ağlamaq o deyildi . Ruhdan qopmaq idi - adına ağlamaq deyərdilər . Amma göz yaşı qan deyil ki tünd rəngi ilə yaraların , keçmişdə qalan səhvlərin üzərini örtsün . Şəffaf idi göz yaşı , nə qədər axarsa axsın heçnəyi örtməz , silə bilməzdi. Sadəcə axıb , quruyub gedərdi . Silinəcəyini düşünərdi bəlkə günahların , unudulacağını düşünərdi . Amma bilməzdi ki , o silə bilməzdi heç bir şeyi . Silinən yenə özü olardı.........
Burada nəqliyyat o qədər də sürrətli deyildi . Bəzən də heç yox idi . Sürücü sanki əvvəldən məni tanıyarmış kimi gülərüz bir səs ilə hara gedəcyimizi soruşdu . Ünvanı ona izzah etdiyimdə isə yenə digər insanlar kimi təəccüblə və narahat bir üz cizgisi ilə donub mənə baxmağa başladı . Amma mənim ona heç bir məna vermədiyimi görərək dayandı və yola dəvam etməyə başladıq . Yağış kəsmiş qara buludların arxasından Günəş özünü göstərməyə başlamışdı . Dumanın qaraltdığı havanı Günəş işıqlandırırdı . Bəlkə də Günəş olmasa idi hər şeyin parlaq işığını görə bilməyəcəkdik . Hər yerə o işıq verər , hər yeri , hər şeyi o isidərdi . Hər varlıq onun parlaqlılığında görünürdü . Bəlkə də buna görə digər işıqlı cisimlər görünməzdi . Yalnız Ay , Ay öz qaranlığında parlayardı . Hər yer qaranlığa büründükdə o öz işıqı ilə parlayardı . Sanki bütün kainatda bir o varmış kimi . Mənə yolun qısa olduğu deyilsə də yol getdikcə uzanırdı . Yol uzandıqca vaxt azalırdı . Ya da mənim üçün zaman getmirdi .
Sürücü məni kobud səsi ilə oyanırmışdı . Yolun bitməyəcəyini düşünərək yatmışdım . Amma belə oyandırılmaq heç xoş deyildi . Artıq yolu demək olarki tamamlayırdıq . Sadəcə kiçik bir ərazı var ki oranı gəzərək qət etməliyik . Avtomobildəki çantamı götürərək və sürücü ilə sağollaşdıqdan sonra yola düşdüm . Bura böyük bir vadiyə bənzəyirdi . Kiçik və dar yolun kənarlarında çəhrayı - qırmızı rəngli çiçəklər var idi . Sanki insana yol göstərirmiş kimi . Zərif çiçək qoxuları havanı bürümüşdü . Yağıdan sonraki torpaq qoxusu isə sanki çiçəklərə rəng verirdi. Havaya rəng verən isə nadir rəngləri ilə səmada rəsm çəkən göyqurşağı idi . Yağış onun fırçası , səma isə kağızı idi . Şəffəf işıqlar isə rəngləri . Yol sanki irəlilədikcə uzanırdı . Məncə dayanıb bir az nəfəs almalı idik . Yoxsa yol həqiqətən sonsuz olacaqdı . Bura çox , çox uzun və sonsuz bir vadi kimi idi . Buranın hər çiçəyini qoxlamaq , hər yeri gəzib kəşf etmək istəyərdim . Ya da qaçaraq isti küləyə incə saçlarımı hədiyyə verərək uçurmaq , sonsuz ya da sonunda uçurum olan yolda sürrətlə azad qaçmaq istərdim . Azad , heç bir zəncirə bağlı olmayaraq , heçbir şeyə məcbur olmayaraq yaşamaq istərdim . Sonunda uçurum olsa belə . Bəlkə də azadlığın özü həmin o uçurumdan düşmək risqini almaqdır . Bəlkə də sonu görünməyən yüksək bir uçurum olmaqdır azadlıq ....
Artıq yolu xərcləmək hədəfi ilə addımlarımı sürrətlə atırdım . Və axır ki , artıq çox uzaqdan oralarda yaşayış olduğunu gördüm . Bir az da sürrətləndim , uzun bir vaxt boyunca arzuladığım , yoluna düşdüyüm ünvana , bəlkə də tək istəyimə çatmışdım . Ora çatdığımda isə ... Sadəcə beton hasarlar olduğunu gördüm . Ən qəribəsi isə həmin hasarın üzərini nazik dəmirlərlə əhatə olunması idi . Sanki bir həbsxana kimi . Amma həmin o betonluğun üstündən evlərin üzərləri görünürdü . Bu sonsuz vadidə , çiçəkli , rəngli yerdə bu betonluq və qaralıq heç yaxşı görünmürdü . Sanki əsrarəngiz gözəlliyi olan rəngli rəsm əsərinin ən maraqlı hissələrini qara boya ilə gizlətməyə çalışmışdılar . Amma kim? kim? Nə üçün ? Ya da məni nə üçün bu rəng ilə gizlətməyə çalışmışdılar? İşıqlı bir rəsmdə məni qaranlıq etmişdilər . Bəlkə də məni işiqlı olan o yerdə diqqət çəkmək üçün boyamışdılar . Ya o rəngi qara edən mən idim.........
BU BÖLÜMÜNDƏ SONUNA GƏLDİK . GÜMAN EDİRƏM Kİ, OXUYUB , BƏYƏNƏCƏKSİNİZ . GƏLƏCƏK BÖLÜMLƏRDƏ GÖRÜŞƏNƏDƏK ÖZÜNÜZƏ VƏ HƏYATA RƏNG QATAN İŞIĞINIZA YAXŞI BAXIN . TƏŞƏKKÜRLƏR! <3
İnstaqram: papatybook
Digər Wattpad hesabım:
. FATİMƏ AĞAZADƏ .
ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasyNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...