Bölüm 17:Otaq - 375

8 4 3
                                    

Yeni bir gündə yenə ayaqdayıq . Qaranlıq günlərin gedikcə uzanırdı . Bəlkə də biz uzadırdıq . Heç bir istək olmadan , yeni bir addım olmadıqca bu günlər yenə də dəvam edəcəkdi ... Ya biz işıq saçıb bu günləri aydınlatmalıydıq , ya da biz də o qaranlıqda qaralıb itib getməliydik......

        Bütün gün çalışmışdıq . Sonunda bizi nə gözlədiyini bilməsəkdə irəliyə gedirdik . Sanki bir yoxuşa dırmanırdıq . İrəlilədikcə arxaya getdiyimiz bir yoxuş . Amma nə olursa olsun sonu bilmədiyimiz bir şəkildə belə bitsə də öz istəyimizi həyata keçirdiyimiz  üçün qaliblər hər zaman biz olacayıq . Günlər yavaş bir şəkildə bitirdi . Sanki bir gün , bir əsr kimi hiss edilirdi ...

   Bu gün ilk işim otaqlara yerləşdiriləcək dərman vasitələrini yerlərinə yerləşdirmək idi . Birdən hər yerdə işıqlar sönmüşdü . Qaranlıq yenidən qara rəngə boyanmışdı . Hər otaqdan qorxan insanların səsləri hiss edilirdi . Bu qışqırıq səsləri insanın qorxudurdu . Amma hamı işinə dəvam etməli idi .Uzaqdan biri adımı səsləyirdi . Amma tam aydın deyildi . İnsanların addım səsidə digər səslər qarışırdı . İnsanlar sanki bir külək kimi üzərimdən keçirdi . Uzaqdan yenə adım eşidilirdi . Deyəsən bu ayris idi amma tam əmin deyildim .  Uzun cümlələr quraraq mənə nəyisə izzah etməyə çalışırdı sanki amma anlaşırmırdı. Hə ..hə bu Ayris idi. Mənim yanıma çatdıqda nəfəs nəfəsə qalmışdı . Əllərini dizlərinə qoyub əyilərək nəfəs alırdı . Yenə sakit bir səslə nəsə deyirdi amma bu səsin içərisində tam anlamaq olmurdu . Üzünü insanların qaçdığı tərəfə tutub , mənə baxmadan danışmağa başıadı :

   - Livi...Liviana mən digər xəstələrə cəld çatmalıyam . Otaq 375 - də xəstə var . Sən məni idarə edə bilərsən? İşim uzun olmayacaq . 

  - Mən...mən bunu eləyə....

  -  Liviana cəld ol , mən tez qayıdacam....

Deyərək məndən uzaqlaşdı . Yanımdan sürrətlə ötüb gedən insanların sanki məni əzmək istədiklərini düşünürdüm . Qaranlıq getdikcə dərinləşirdi . Hə..mən getməliydim . Qaçaraq digər otaqları arxada buraxırdım . Səslər getdikcə artırdı . Bəzən qorxunc gülmək səsləri , bəzəndə çığırıq səsləri insanı susdururdu . Otaqların rəqəmi görünmürdü . Hər otaq qapısına yaxınlaşdığımda otağın sol üstündəki rəqəmləri əlimlə hiss etməyə çalışırdım .  Getdikcə yaxınlaşırdım . Bu dəfə sonumun pis olacağına əmin ola bilsəmdə başqa çarəm yox idi . Öz sonumdansa , yolun sonuna çatacaqdım . Rəqəmlər getdikcə artırdı . Eyniylə səslər və insanlarda . İkinci mərtəbədə ola bilərdi . Pilləkən bitmirdi . Getdikcə qorxu artırdı . Yol isə bitmək bilmirdi . Sanki olduğum yerdə bir şey olacaq lakin mən heçnə edə bilməyəcəkdim . Qara hava hər şeyin qarşısını alırdı , hisslərimində . Otaqlar getdikcə arxamda qalırdı . Bütün rəqəmləri sayırdım . Hətta əmin olmadığımda yenıdən qayıdıb təkrardan sayırdım . Deyəsən yaxınlaşırdım .... Rəqəmlər artırdı , insanı qorxudan səslər kimi . Hə az qalmışdı . Üç yüz yetmiş üç , üç yüz yetmiş dörd və .... üç yüz yetmiş beş ..... Otağın qapısı açıq idi . Səbəbini bilmirdim amma bu belə olmamalıydı . Nəsə problem olduğu məlum idi . Otaq ətrafın əksinə səssiz idi . Bəlkə də yalnış otağa girdiyimi düşünərək bir daha yoxlamaq üçün otaqdan çıxıb sol üstdəki rəqəmin üzərinə əlimi toxunduraraq rəqəmləri hiss ettim . Hə düz otaq idi : otaq- üç yüz yetmiş beş....  Otaq qaranlığa həbs olmuşdu hər yer kimi  . Amma yenədə içəridə nəfəsimi tutaraq dayanmışdım . Otaqda birinin olduğunu düşünərək olanları ona danışırdım .  Əlimdəki dərman qutusunu çarpayının yanındakı masaya qoyaraq içindəki dərmanları masaya yerləşdirməyə çalışdım . Otaqda olmalı olan həmin adama olanları özümün belə inanmayacağı bir rahatlıqla danışırdım , bu hadisələrin yəqin ki tez bir zaman da sonlanacağını danışırdım .  Arxadan gələn xırıltı səsi qapının hərək etdiyini göstərirdi . Qapı sanki yavaş yavaş hərəkət edirdi . Arxaya çevrilib masadakı iynəni götürmək istəyərkən onunla burun buruna gəlmişdik . Bir gözü sarıqlı olan o adam kiçik addımları ilə üstümə gəlirdi . Addımlarımı geriyə atsamda artıq yolun sonu idi . O betondan soyuq divarlar yolun sonu idi . Gedəcək başqa yerim yox idi . O isə gülərək mənə yaxınlaşırdı . Tam səsimi var gücüm ilə çıxarmaq istəyərkən əli ilə ağzımı tutdu . Digər əli ilə isə boynumu tutaraq məni divara sıxırdı . Nəfəsini boynumda hiss edirdim . Göz yaşım tərimə qarışırdı . Xırıltılı və bir o qədər də incidici səsi ilə danışmağa başladı ...:

   - Sən.....sən ... sən osan ... məni bir gözümlə yox etməyə çalışan sən idin . Amma bu dəfə sənin sonun mən olacam .... Sən məndən həyatımı aldın mən isə səndən hər şeyini alacam. Nə etsən də çarəsi olmayacaq . Bu dəfə sən mənim əlimdəsən........

   Ağzımı hərəkət etdirə bilmirdim . Başımı sağa sola hərəkət etdirərək fikirlərini inkar edirdim . O isə yenə də takrar təkrar sözlərini deyirdi . Amma bunları edən mən deyildim .. Ona bunu necə izzah edəcəyimi bilmirdim amma o bunları etməməliydi . Fikirlərini inkar edikcə yenə gülərək eyni cümlələri qururdu . Mən ondan qaçmalı idim , burdanda ..... Bütün gücümü toplayıb ona var gücümlə zərbə vurmaq istəsəm də bu ona görə yavaş bir zərbə kimi olmuşdu . Tam qapıdan çıxmaq istəyərkən arxamdan saçlarımı tutaraq məni ağır ağır geriyə çəkirdi . Bütün səsimlə qışqırsam da sanki məni heç kimi eşidə bilmirdi . Yenə boğazımdan tutaraq möhkəm sıxırdı  . Bu dəfə məni bütün gücü ilə itələdi . Yerə düşəcəyimi düşünsəm də , çarpayıya yıxılmışdım . Yavaş gözləsəm də yenə ağır bir zərbə endirdi . Üzümün sol tərəfini hiss edə bilmirdim . Yanağımdan axan maye ağzıma da axanda onun qan olduğunu anladım . Ağ geyimim qana boyanmışdı .  Qaranlıqda belə üzərimdəki qan hiss olunurdu . Çarpayının yanındakı masanı havaya qaldıraraq divara çırpdı . Üzərindəki şüşə qablı dərmanların sındığını yerdəki parçalardan və çıxan səsdən anlamaq olurdu . Qarşımda gülərək dayanıb birdən cəld bir şəkildə mənə yaxınlaşmağa başladı . O bir neçə dəfə ağır zərbələr vurmağı planlaşdırsa belə o hədəfləri dəff edə bildim . O arxasına dönüb birdən yenə üzərimə gəlməyə başladı . Çarpayını tutub var gücü ilə qarşı divara çırpdı . Başımın sanki divarı yardığını düşündüm . Dayanmadaq axan qan bütün üstümü islatmışdı . Amma niyə bu qədər səs küyə heç kimin gəlmədiyini anlaya bilmirdim . Ayris ....Ayris harda qalmışdı .... hələ də başa düşə bilmirdim .... Başımı hərəkət etdirdiyimdə isə yenə onunla göz gözə gəlmişdim . Oa bu dəfə həqiqətən ağır bir zərbə endirmək istəyirdim . Əlimi sıxaraq sürrətlə üzünə yaxınlaşdırdım . Başını hərəkət etdirdiyi üçün yumruğum yaralı olan gözünə dəymişdi . O bərkdən çığıraraq əlini üzünə aparıb bütün sarığı qopardı və yerə atdı . Qorxunc qışqırıq səsini iyrənc gülmək səsi əvəz etmişdi . Üzərinə sistem bağlı olan dəmir parçanı havaya qaldıraraq hərəkət etdirirdi . Uzun boyu olduğu üçün dəmir parçası hər hərəkətində divarlara dəyirdi . Üzü qan içindəydi . Boynu ilə axan qan üstünü bulaşdırırdı və bu onu daha da qorxunc vəziyyətə salırdı . Dayandı ...sakit bir halda dayanaraq gözlərini mənə zilləyib dik dik baxırdı . Əlində dəmiri havaya qaldıraraq mənə zərbə burmaq istəyirdi . Yox.yox.......bu ola bilməzdi ..... səsimi getdikcə yüksəldirdim . Əslində insanın içini qıvıran səsimə o gülürdü . Sanki səsimi heç kim eşitmir , sanki heç səsim belə çıxmırdı . Yerlə sürünərək arxaya gedirdim . Amma bu yolunda sonunun çatacağını bilirdim . Heç bir zaman istəməsəmdə bu olacaqdı . Ağır dəmir parçasını havaya qaldıraraq üstümə çırmışdı ......həm də heç düşünmədən...... qan bütün üzümü örtürdü . Ağrı bütün bədənimi həbs edirdi ......Göz qapaqlarım yorulurdu . Soyuq getdikcə artırdı ..... yuxu da..... o isə heç nə olmamış kimi qapıdan çıxmışdı və anladığım qədər qapını kilidləməyə çalışırdı ...... Ağrı getdikcə artırdı ....... Ağrı o qədər dərin idi ki , sanki olduğum yerdə yox olub , itib gedəcəkmiş kimi hiss edirdim ....... Artıq həqiqətən hər yer qaralırdı ..... Amma bu qaranlıq yalnız mənim üçün idi..............












 BU GÜNKÜ BÖLÜMÜNDƏ SONUNA GƏLDİK . GÜMAN EDİRƏM Kİ , OXUYUB BƏYƏNƏCƏKSİNİZ . GƏLƏCƏK BÖLÜMLƏRDƏ GÖRÜŞƏNƏDƏK ÖZÜNÜZƏ YAXŞI BAXIN , YAXŞI QALIN . OXUYUB FİKİRLƏRİNİZİ MƏNİMLƏ BÖLÜŞMƏYİ UNUTMAYIN . TƏŞƏKKÜRLƏR! :)


 İnstaqram: papatybook

Digər hesabım : @FatimeAazade1


                                                              FATİMƏ AĞAZADƏ 


SİRİUS (tamamlandı)*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin