Yenə bildiyim qədəri ilə sadə günlərdən biri idi . Ki nə zaman belə bir şey desəm yenə başımıza bir şey gəlmədən olmazdı . Amma yenə də yeni bir sabaha göz açmışdıq . Ətraf əvvəlkindən daha səs - küylü idi . Bu saatlarda hamı nahar etmək üçün mərkəzi zalda olardı . Hətta çox vaxt sakitlikdən oyanmaq vaxtını keçərdin belə . Artrıq səbəbini öyrənmək vaxtı idi . Kolidor boyunca gəzdikcə gözüm Ayrisi axtarırdı . Amma nədənsə o , görünmürdü . Demək olar ki hər zaman onun olanlardan xəbəri əvvəlcədən olardı . Görünür böyük bir problem var idi ki, heç kim yerində dayanmırdı . Çoxu sıraya girərək bir birinə sual verir, digərləri qaçaraq otaqları gəzirdilər . Və bu qarışıqlığın arasında Aleci görə bilirdim . O, başı aşağı əlindəki kağıza baxaraq sürrətlə sənəd otağına gedirdi . Ona səslənmişdim , amma çox güman eşitməmişdi . Onun arxası ilə gedib otağa keçdim . Məni görmüşdü amma , üzündən suallar axırmış kimi donub mənə baxırdı .
- Alec? Burda nə olur?
- Əsas binadan xəbər var idi . Onların əmri ilə biri axtarılır . Araşdırmalarına görə son çarə burda olduğu düşünülür .
- Niyə belə bir şey etməliyik ki? Həm bu nə üçün bu qədər önəmlidi?
- Niyə olduğunu məndə bilmirəm . Bizə nə deyilirsə onu etməliyik . Sən də dayanma . Bir bir sənədlərə bax , ya da kameralara . Bura ən son giriş çıxışları da nəzərdən keçirmək pis olmaz- deyərək naratlıq və tələb hissi görünümlü üzü ilə yenə dayanıb üzünü mənə tutmuşdu . Daha düşündüyümü görüb yenə əlindəki kağızları vərəqləyərək danışmağa başladı:
- Mütləq diqqətli ol, fikrindən heç bir şey yayınmasın . Adı isə Arche Tenebris - dediyində sanki zaman mənim üçün dayanmışdı və hər şey yuxu kimi gəlirdi . Bu ad mənə özümdən də tanış idi . Bu mən idim . Arche . Axı niyə? Üzümdəki təəccübün fərqinə varmışdı ki, artıq bir az yüksək tonda:
- Liviana bu adi bir şey deyil . İş getdikcə böyüyə bilər . Hətta biz fərqli yerlərə də gedə bilərik . Bu əmr qəti idi . Belə bir ciddi tapşırıq verilibsə dayanmaq olmaz . Sən yaxşısan?
Üzünə baxa bilməyib, qorxumu gizlədərək sakit tonda:
- Yox... hə hə mən yaxşıyam . Sadəcə, sadəcə belə bir şey olacağını bilmirdim . Alec , o niyə axtarılır, yəni Arche Tenebris ?- deyərək sanki öz adımı tanımırdım .
- Bunu da bilmirəm, həm sənə niyə bu qədər maraqlı gəldi?
- Yox sadəcə niyə bu qədər vacib olduğunu başa düşmək üçün .
-Onda bunu deyim ki, bu başçının əmridi . Onu çox işçi görə bilmir . Sadəcə əsas binada çalışan bəziləri . Ciddi və bir azda qatı biridi . Bəzən üzdə təbəssüm yaratsa da işinə məsuliyyətlə yanaşır. Heç deyilsə onun təbəssümünü uşaqlıqda görmüşdüm .
-Sən burda böyümüsən?-deyə soruşduğumda onun özü haqqında danışmağı sevmədiyini xatırladım.
-Hə, düz bildin- deyib gözlərini qaçırdıqda bu mövzunun üzərinə getmək onu narahat edər deyə çox sual vermək istəmədim.
ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasyNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...