Bölüm 19: Güzgü....

7 3 3
                                    


Soyuq üzərimə həbs olmuşdu . Gözlərimi zorla açdığımda , təmiz görə bilmədiyim işıq tam üzərimdəydi . Ətraf sanki mənə yad idi . Gördüklərim sanki yuxu idi . Əlimi hara atsam boşluq idi. Və sanki o boşluğun sonsuzluğunda özümü itirmişdim . Əslində qalib görünən məğlub idim . Əlimdə olan hər şeyi itirsəmdə , sanki onların arasından özümü tapa bilmişdim . Bəlkə də qalib olmaq üçün bəzən itirməlisən . Bütün çarələrini , əlindəkiləri , sənə maneə olan hər şeyi itirməlisən . Və özünlə mübarizə aparmalısan . Beləki əsl qalib ətrafı ilə deyil özü ilə olan mübarizədə qazanandır. Və yıxılan deyil , bir daha ayağa qalxa bilməyən məğlubdur.....


        Qapı yavaşca aralandı . Kimsə sakit addımlarla yaxınlaşırdı . Onunla göz - gözə gəldiyimizdə cəld bir şəkildə böyük əlləri ilə kiçik üzünü örtüb ağlamağa başladı . Bu narıncı saçları ilə özünü tanıtmağa çalışan biri idi . Yavaşca yanıma gəldi və uşaq səsindən daha təmiz olan səsilə :

- Üzr istəyirəm . Səni tək qoydum . Qarışıq bir anda səni qoruya bilmədim . Sən sakit səsinlə kömək istəyərkən səni eşidə bilmədim . Olan hər şeyin səbəbkarı mənəm ...

Onu anlaya bilmirdim . Ya da dediklərinə  bir əsas da tapa bilmirdim . Onun üzünə hər baxdığımda gözlərini məndən qaçırırdı . Üzünə tökülən narıncı rəngli saçlarını əlləri ilə arxaya ataraq göz yaşını yanağından təmizləyirdi . 

- Mən nələr olduğunu xatırlamıram...

- Yox ... yox Liviana , sən mənim üzümdən indi burdasan . Olanları unuda bilmərsən..

Amma mən nə olduğunu , nə yaşadığımı , hətta harada olduğumu belə bilmirdim . Əllərim uzandığım çarpayıya bağlanmışdı . Hər hərəkət etməyə başladığımda sanki kəskin ağrı bütün bədənimə bürünürdü . Və bu dözülməz idi . Otaq böyük deyildi amma içərisi kiçik əşyalar ilə dolu idi . Kiçik bir işıq bütün otağı işıqlı edirdi . Nə qədər düşünsəm də heç nəyi xatırlaya bilmirdim.

- Mən mən niyə burdayam? Və bura haradı ? Hardayam....?

- Liviana biz burda tanış olduq , burda çalışırıq .

Sanki qarşımda olan qız mənə olanları xatırlatmağa çalışırdı . Ancaq dediklərini anlaya bilmirdim . Dedikləri ilə bağlı səbəb belə tapmaq olmurdu . 

- Mən heç nəyi anlaya bilmirəm . Heç bir şey xatırlamıram . 

- Liviana bu mənəm , Ayris mən . Sənin narıncı saçlı Ayrisin . 

- Sizi tanımıram....

- Yox Liviana . Bunu eləmə . Sən hər şeyi xatırlayacaqsan . Amma xatırlayacaqların belə səni sevindirməyəcək....

  Ona cavab vermədən ağlayaraq otaqdan getmişdi . Sol yanımda kənarları sınıq olan fərqli bir şəkildə olan güzgü var idi . Əllərim bağlı olduğu üçün tam sərbəst hərəkət edə bilmirdim . Başımı çevirib sol tərəfə baxdığımda isə güzgüdə gördüyüm , əksim mənə yad idi . Güzgüdə gördüyüm mən deyildim sanki . Üzümün sağ tərəfi qan ilə örtülmüş yaralarla dolu idi . Boynumda isə yara üzərindən bağlanmış ağ parça var idi və üzərindəki qan izləri insanı qorxudurdu . Sanki güzgünün arxasından biri özünü mənim kimi göstərmək istəyirdi . Sanki güzgüdə gördüyüm ilə mən fərqli insanlar idik . Üzərimdəki bənövşə rəngli geyimində üstü qan izləri ilə boyanmışdı . Yox ... yox bu mən deyildim . Güzgüdə gördüklərim sadəcə hərərkət edən portret idi . Qan ilə rənglənmiş şəkil , güzgü üzərində çəkilmişdi . Və o portret mənim üzərimdə hərərkət edirdi . Amma ya özümü tanıdığımda güzgüdəki əksim ilə eyni biri olarsa . Qan ilə boyanaraq yaradılmış o rəsim mən olacaqdım .....








BU GÜNKÜ BÖLÜMÜNDƏ SONUNA ÇATDIQ . GÜMAN EDİRƏM Kİ OXUYUB , BƏYƏNƏCƏKSİNİZ. BU BÖLÜM 2021-Cİ İLİN SON BÖLÜMÜ İDİ . BU İLƏ SİRİUSLA BİR YERDƏ , YENİ OBRAZLARLA BİR YERDƏ GİRDİYİM ÜÇÜN AYRI BİR HƏYƏCANIM VƏ SEVİNCİM VAR  . GƏLƏCƏK BÖLÜMLƏRDƏ GÖRÜŞƏNƏDƏK ÖZÜNÜZƏ YAXŞI BAXIN YAXŞI QALIN . HƏR ŞEY ÜÇÜN TƏŞƏKKÜRLƏR ! 


Digər hesabım: @FatimeAazade1

İnstaqram: papatybook 



_____________________FATİMƏ    AĞAZADƏ ______________________


SİRİUS (tamamlandı)*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin