" Ağacdakı quş heç vaxt budağın qırılmasından qorxmaz . Çünki onun güvəni ağaca deyil, qanadlarınadır "
Adımı təkrar-təkrar eşitdikdə yerimdə hərəkətsiz qaldığımı başa düşdüm . Addım atmaq, cavab belə vermək istəmirdim. Nəhayətində məni nə gözləsə belə, düşünmək belə istəmədim . Amma indi ki əsas vəzifə dağılmış parçaları bir yerə toplamaq idi . Yalnız ondan sonra düşünməyə səbəb tapa bilərdim . Əlimdəki kağızı qatlayıb sol cibimə qoyub, heç bir şey olmamış kimi hərərkət etməyin zamanı idi . Arxama döndükdə Flaydın hərərkətsiz dayandığını gördüm, məni səsləyən isə o deyildi . Flayd yerindən tərpənmədən:
- Mənim adım Flayddı- deyərək əslində özünü mənə ikinci dəfə tanıtdı.
- Mən..mən Livi...
-Liviana, az əvvəl sənə səslənirdilər- deyə gözlərini mənə çevirdi.
-Hə, eşitmişdim. Sadəcə bir az gec oldu .
-Məncə səni qorxutmadım. Buradakı insanların düşüncəsiylə eyni biri deyiləm. Ya da sənin düşündüyün kimi biri- deyib əlini mənə uzatdı . Tanış olmağıma sevindim. Adın fərqlidi , amma sanki hardasa eşitmişdim.
-Mən də tanış olduğuma sevindim . Və insanların dəyəri başqalarının düşüncəsiylə ölçülmür . Özü həmin dəyəri görə bilərsə, başqaları da eyni qəbul edəcək, təbii ki bu hamı da eyni deyil .
-Fərqli baxış tərzidi . Amma niyə də olmasın . Məncə artıq səni çağıranları eşitməkdən əlavə onların yanına getməlisən . İşi saxlamaq olmaz, hələki velə bir yerdə .
-Hələki belə bir yerdə ....
-Ümid edirəm, bir daha danışarıq.
-Məncədə...- deyərək otaqdan sürrətlə çıxdım . Sol cibimdəki kağızın yerində olduğunu bir daha yoxladım . Flayd əslində dəyişməmişdi . Sadəcə insanlar və məkanlar dəyişmişdi . Və eynən indiki kimi , zaman deyil dəyişən insanlar idi, biz idik . Kolidora çıxdıqda insanların sayı əvvəlki kimi çox deyildi . Görünür hamı öz işinə dəvam etməyə başlamışdı . İndi isə Ayrisi tapmalı idim . Bilmədən qəlbini qırdığımı bir az gec də olsa anlamışdım . Bir- bir otaqları gəzsəm də Ayrisi tapa bilməmişdim, öz otağı belə boş idi . İşçilərin çoxundan soruşmuşdum , amma yenə də dəvam edirdim . Onlardan sadəcə biri Ayrisi görmüşdü . O isə binanın ən yuxarı mərtəbəsində olduğunu deyirdi . Mən belə bir yer olduğundan xəbərsiz idim, nə də Ayris mənə bundan danışmamışdı . Çox güman açıq hava olduğunu düşünüb ora daha tez getmək istəyirdim . Düz , amma upuzun olan pilləkənlər bir-bir arxada qalırdı . Hər addım səsi , sanki pilləkən bir piano imiş kimi musiqi qururdu . Ən sonunda çata bilmişdim . İlk addımımı atan kimi , sərin külək sanki ilk dəfədir üzümü görürmüşcəsinə bərk əsirdi . Bura gəldiyimdən bəri açıq səanı belə görə bilməmişdim . Həmin an sanki heç bitməyini itəmədiyim bir musiqi kimi idi, heç vaxt ayrı qala bilməyəcəyim biri kmi idi . Bir o qədər yaxın və bir o qədər uzaq . Saçlarım buna sevinirmiş kimi , küləyindən istəyi ilə dağılırdı . Külək getdikcə artırdı . Sanki bizim burada çox qalmağımızı , onu daha çox hiss etməyimizi istəmirmiş kimi . Sağ tərəfdə, üzərindəki geyimin küləkdən hərəkətsiz qalmadığı Ayrisi gördüm . Onunda narıncı portağal saçları özünü küləyə əsir etmişdi .
- Ayris, Ayris , bura çox amma çox gözəl bir yerdi . Niyə mənə daha öncə demədin, burda gözəl vaxt keçirmək olardı - deyə danışdığımda əslində öz- özümə dediyimin fərqinə vardım . O , heç üzümə belə baxmırdı .
-Mən üzr istəyirəm Ayris . Bu gün istəmədən səni qırdım . Amma inan bilərək etmədim . Sadəcə..sadəcə bir az qarışıqlıq oldu , səhv etdim .
ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasyNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...