Bölüm 27: Əvvəlin sonu...

7 4 1
                                    

                               where is my love - syml(acoustic version)

Qapı və insanların səsləri hər gün eyni saat da oyanmağıma səbəb olurdu . İndiki kimi daha əvvəllərdə evdə olarkən heç bir zaman səsli saat istifadə etməzdim . Təbiət nə edib etməz oyada bilərdi məni . Bunu necə etdiyini anlamıram amma hər gün eyni saatda sanki vaxtın gəlib çatdığını başa düşərdi . Bəzən bu quşların , ya küləkdən tərpənən yarpaqların , ya da yağışın içəri girmək istəyirmişcəsinə pəncərəyə vuraraq çıxardığı səs olurdu . Amma hər günün daha gözəl açılmasına səbəb olurdu . İndi həmin səslər olmasa da yenidən oyanmağa səbəblərim və səslər var idi və bir azda əvvəlki günlərə qayıtmağa olan ümidlərim . Nə , ya da necə olacağını tam olaraq bilməsəm də xəyalı belə insana xoş gəlirdi . Havalar çox güman istilənmiş və yaz gəlməyə başlayırdı ki , həmin hisslər soyuq və qaranlıq divarları isidirdi . Bu payız və qış ayları keçən fəsillərdən daha uzun kimi gəlirdi . Daha soyuq amma bir o qədər də fərqli vaxtlar idi . Bu qısa görünən uzun bir vaxtda yaşadıqlarım və olanlar bəlkə daha öncə düşünsəm ağlıma belə gəlməzdi . Həmin qaranlıq vaxt mənə və həyatıma da bəzi rənglər qatmışdı . Ağır vaxtlar keçirsəkdə qazandığım dostluqlar və şahidi olduğum hadisələr bəzən geriyə baxdıqda bir yara kimi deyildə yaranın mənə göstərdiyi mübarizə hissi və yaranın buraxdığı rəngli ləkələr kimi dəyərli bir iz idi . Onlarla keçirdiyim vaxtlar . Düzünü demək lazımdırsa bu olanlar olmasaydı və bir şəkildə bunları yaşamasaydım yerimdə addımlamadan qalaraq nə edəcəyimi, necə edəcəyimi düşünə bilmirəm . Bəzən mənə qaranlıq və sonunun necə olacaqğının bilinmədiyi təhlükəli bir yol kimi görünsə də , mənə yeni düşüncələr , yeni xatirələr vermişdi . Və o yolu düşündükdə isə o qaranlıq yol mənə verdiyi hər şeylə aydınlanırdı sanki . O işıqlar isə hansı ki aldığım yaşama həvəsi bunda idi , onlar bəlkə də elə pis anlarımda öz mübarizəm ilə üstündən gəldiyim xatirələrim idi . Sanki hər şey Günəşin ilk şüaları kimi idi . Həm ən istisi və gözəli , həmdə ən yandırıcısı . Həm heç bitməməsini istəməy həm də çox qalmaq istəməmək . Yəni öldürməyi istəməmək , amma yaşatmamaq . 

İndi belə onu haqqında daha da yeni bir şeylər öyrənsəm də , hər tanıdığımda sevdiyim Ayris və təbii ki onun portağal saçları xoşuma gəlirdi

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

İndi belə onu haqqında daha da yeni bir şeylər öyrənsəm də , hər tanıdığımda sevdiyim Ayris və təbii ki onun portağal saçları xoşuma gəlirdi . Olduqca bitməyən enerjisi , amma içindəki səssiz və bilinməyən boşluqlar onun tamamlayırdı sanki . Hər bir şeydə yeni bir əyləncə axtarar , onunla olduqda vaxtın necə keçdiyi bilinməzdi . Sanki bu olanlar heç yaşanmamış kimi pozitiv və uşaq sevincli idi . Başını dərdə salacağından qorxmur kimi hər zidd hərəkətləri edər, hətta işdən belə bir yolla çıxa bilirdi . Hələ də bunu necə bacardığını başa düşə bilmədiyim bir şey də daha başqalarının belə bilmədikləri yeni xəbərləri öyrənib əvvəlcə mənə deməsi idi . Bəzən mənə deməyini elə özüm ona xatırlatsam belə . Ən əsası nə olursa olsun yanımda olub məni dinləməsi idi . Özünün olduqca çox problemləri olsa da əvvəl başqalarını dinləyər, onlara kömək olmağa çalışardı . Özünə gəldikdə isə çox zaman heç bir şey danışmazdı . İçində sualları, problemləri olsa belə . Çox nadirən özündən bir şeylər danışardı . Sırf buna görə də onun şəxsi həyatından daha çox burda bir yerdə yaşadıqlarımızdan tanıya bilirdim onu . Yeməy yeməyi çox sevər amma yeməy zamanına gəldikdə danışmaqdan rahat bir şey edə bilməzdi . Bir sözlə hamının üzündəki gülüşə səbəb olar , onun bu hərəkətliliyi hamıya məlum olardı . 

SİRİUS (tamamlandı)*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin