" Öləcəyini bilərək yaşayan tək canlı insandı və heç ölməyəcəkmiş kimi yaşayar "
Yağış bilmədiyimiz bir vaxtda sürrətlə yağmağa başladı . Adi bir vaxtda ondan necə də qaçırdım, sırf islanmamaq üçün . Çünki insanlar belədi . Külək sevirəm deyər, əsəndə pəncərərləri bağlayar . Yağış sevirəm deyər , ondan qaçıb islanmaqdan qorxar . Günəş sevirəm deyər , isti olduqca Günəşin altına belə çıxmaq istəməz . Amma bu dəfə istədiyimiz kimi islanmaq olardı . Çünki Ayrisdə məncə mənim kimi düşünürdü . Yağış bu dəfə bizi islatmaqdan razı idi ki, getdikcə sürrətini daha da artırırdı . Bir yağış damcısı belə məni burdan alıb öz dünyama aparırdı . O kiçik amma böyük xatirələrlə dolu evimiz, təbii ki Sərçə , kitablarım, əslində bəzən bizə adi gələn böyük vadi və ucu görünməyən sahil. Saatlarca izlədiyim ulduzlarla dolu səma , soyuq havalarda özümü həbs etdiyim otağım, kitabxanalar , yaşıl otların arasındakı sanki ulduzlar kimi say say bitməyən çobanyastıqları . Və anam.....
Yenə qulaq batırıcı xəbərdarlıq siqnalından sonra artıq aşağı düşüb işə qayıtmalı olduğumuzun fərqinə vardıq . Ayrisin narıncı saçları islanıb qırmızı rəngə boyanmışdı . Onu əslində başa düşə bilirdim . Birinin hissləri ilə oynamaq , onu tək buraxmağın necə bir hiss olduğunu yaxşı bilirdim . Geri qayıdarkən bütün pilləkənləri islatdığımızı görəndə, özümüzü "yağış" adlandırırdıq. Kolidor ilə irəlilədikcə işçilərin hamısının demək olar nəzəri bizdə idi . Bundan mən narahat olsam da Ayris çox rahat idi . O öz dünyasında yaşayan, hər anı enerji ilə dolu biridi . Deyəsən bu hiss artıq mənə də keçirdi . Siqnal yemək vaxtının gəldiyini xəbər edirdi . Biz isə yemək üçün çoxdan gecikmişdik . Uzun kolidorda ən sonuncu otaqlar bizim idi ki, ora çatmaq gec olurdu . Öz aramızda danışarkən uzaqdan Flaydın gəldiyini gördüm . Çox güman idarəçi olduğu üçün işçiləri yoxlayacaqdı . Ayrisi görəndə yerində donmuşdu , eyniylə Ayrisdə onu görüb hərəkətsiz qalmışdı . Onların keçmişini düşünsəm bu çox ağrı verici bir şey idi . Hər onu gördükdə olanları, keçmişi xatırlamaq . Ayris qolumdan tutub sürrətlə yola dəvam etdi . Yanından keçərkən ona baxmadı belə . Flayd isə yerindən belə tərpənmədi . Üzündəki peşmançılıq görünümünə , gözünün dolması daha inandırıcı bir hal vermişdi . Onu ilk dəfə belə çarəsiz vəziyyətdə görürdüm , eyniylə Ayrisidə . Fikrimi Flayddan çəkdiyimdə, Ayrisin ağladığını gördüm . Onu var gücüm ilə qucaqlayıb , sakitləşdirməyə çalışdım . O həmişə hərəkətli , gülərüz, enerjisi bitməyən birinin içində əslində nə qədər dumanlar var idi. Yəni məndəkinin tam tərsi .
- Artıq çox yorulmuşam Livi- deyə qolları ilə daha bərk qucaqlayırdı
-Sən güclü birisən, bunu unutma, eyni zaman da mənim həmişə sənin yanında olacağımıda . Kiçik bir şeyə görə geri dönmək düzgün deyil . Bizi qabaqda daha gözəl vaxtlar gözləyir . - deyib sağollaşdıq . Bu gün qarışıq olduğu qədər , yorucu idi . Təsadüflərin artıq inanılacaq bir şey olduğuna əminəm . Hər ayrı parçanı birləşdirməyi bacarmışdım . Elə bunu dedikdə səhər cibimə qoyduğum kağızları xatırladım . Qurumaq üçün çarpayının kənarına qoyduğum paltarım büsbütün su idi . Kağızdakı yazılar islanıb bir birinə qarışmışdı . Bunun necə əvvəlcə ağlıma gəlmədiyini düşünürdüm . Kağızın başında anamın adı , yaşı və bir neçə haqqında məlumat daha var idi . Kod -8506 , silinmiş bir neçə kod daha var idi . Onun gördüyüm son günün tarixi , yəni evdən getdiyi gün . Həyatı haqqında yazılmışdı . Mənim haqqımda bir şey qeyd edilməmişdi amma . Və axırda onun üzü . Mənə istilik verən, sevinc verən . Bəzən aramızda məsafə olardı, inciklik olardı . Danışmazdıq bəlkə. Amma həmişə bir birimizin yanında olardıq . Hər nə olsa da olsun, tək təsəllimiz biz idik . Tək onun yaında rahat olardım . Bəzən utancaqlığımdan sevgimi göstərməzdim çox, çəkinərdim . Amma o anadı, hiss eləyər deyirdim . Onu hər kəsdən , hər şeydən daha çox istəyirdim . Yağış şəklin rəngini bir az qarışdırsa da nesə də olsa tanınırdı . Şəkil çox güman burda , sonradan çəkilmişdi ki, üzü solğun idi . Yoxsa üzündən təbəssüm əskik olmazdı ." Günəşim" idi mənim . Bir sualın daha cavabını tapmışdım deyəsən . Bu olanlardan bəri havalar o qədər də yaxşı deyildi . İsinmək olmurdu . Demək bunlar anam yanımda yox idi deyəydi . Üzərində bir neçə məkanın ünvanı yazılmışdı . Və başa düşə bilmədiyim bir neçə ad və kod rəqəmlər daha . Ən maraqlısı isə bunların Flaydda niyə olması idi . Çox güman kağızın orda olmadığı bilinəcəkdi və o zaman nə olacağını düşünmürdüm . Bundan sonrakı əsas vəzifəmiz isə həmin ünvanı tapmaq idi . Bu göründüyü qədər asan olmayacaqdı , amma əlimdən gələnin ən çoxu etməli idim . Bu mübarizədə bu qədər gəlib geri dönməyəcəm . Sonuna qədər gedib , xəyallarımı real edəcəm . Hər nə olsa da geri addım atmayacam . Məmin olanı öz əllərimlə alıb öz həyatımı özüm quracam .
Kağızları və şəkli otaqda özümün belə asan tapa bilməyəcəyim bir yerdə gizlədib , çarpayıya uzandım . Bəzən baxa baxa bildiyim tavan belə mənim xəyalımda böyük bir səma olurdu . Hər şeyi bir kənara qoyub yola dəvam etməliyik . Çünki bunun başqa bir yolu daha yoxdu . Daha xoşbəxt olmaq üçün . Həyatımda xoşbəxt günlərim olmuşdu əlbəttə, amma məsələ sadəcə sevincli olmaq deyil . Önəmli olan yaşadığın həyatın, dəyəri , mənası olduğunu hiss etməkdi ...
-BİR BÖLÜMÜN DAHA SONUNA GƏLDİK . GÜMAN EDİRƏM Kİ OXUYUB BƏYƏNƏCƏKSİZ . GƏLƏN HİSSƏLƏRDƏ GÖRÜŞƏNƏDƏK ÖZÜNÜZƏ YAXŞI BAXIN YAXŞI QALIN. XOŞ OXUMALAR. TƏŞƏKKÜRLƏR!-
Digər hesabım: FatiməAazade1
İnstaqram hesabım : papatybook
FATİMƏ AĞAZADƏ
ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasyNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...