lord huron-the night we met( music)
Gecəyə doğru yaxınlaşırdıq . Dəvam edən iş isə bizə günün daha bitmədiyini tez tez xatırladırdı . İşin və günün sonuna doğru hər yer sakit və boş olurdu . Çox işçi bəlkə də işini bitirmişdi . Kolidorlarını boş olduğu vaxtlar isə bizim üçün sanki gün daha yeni başlayırdı . Ayris , Alec və mən günün sonunu öz istəyimizlə sonlandırırdıq . Daha doğrusu isə Ayris və Alec yeni planlar edir, mən isə başımıza bir şey gəlməsin deyə onları dinləyir , çox zaman onların fikirlərini dəyişməyi bacara bilirdim . Upuzun və bomboş yeməkxana otağında oturduq . O zamana qədər ki , deyəsən bizim üçün yeni bir əyləncə tapılardı . Bəzən uzun uzun söhbət edər, sonra səsimizin otaqda əkssəda verməsinə saatlarca gülərdik . Gülüb sakitləşdikdən sonra Ayris :
-Fikrimcə bu gün işimizi layiqiylə yerinə yetirmişik- sanki artıq başqa bir şey etmək üçün hərəkətə keçmək istəyirdi . Alec:
-Düzdür, təbii ki. Amma biz işimizi yerinə yetirdik, sən bütün günü başını nəyləsə qarışdırdın.
-Siz işinizi gec həll etdiyiniz üçün belə deyirsiz . Mən işimi ən başda bitirib , başqa bir şeylə maraqlanıram .
-Bizim işimizin hə, gec bitir. Niyə?Çünki portağal Ayris bütün işini bizə buraxır .
Ayris buna əslində gülmək istəyib, əsəbləşmişdi . Mənimdə güldüyümü görərək:
-Liviana bax, sən buna vərdiş etdirdin. Hələ də hər yerdə mənə portağal deyib dayanır . Yox yəni əslində çoxda pis bir şey deyil . Amma narıncı olan başqa şeylərdə var . Niyə məhz portağal olduğunu anlamıram ,- onun bu zarafatına bir münasibət bildirmədiyimiz üçün , daha doğrusu bildirə bilmədiyimiz üçün Ayris maraqlı bir şəkildə cavab gözləyirmiş kimi dedi:
-Düz deyil?
- Hə hə düzdü , əlbəttə, bundan sonra sənə kök, günəş, tülkü, kəpənək, tülpan və ya acılı sous deyə bilərik - Alec bunu deyərək sanki bir qərar verməliymişik kimi baxırdı .
- Məncə sadə olaraq Ayris deyə bilərik- Ayris son sözünü oyunda qalib olmuşcasına deyirdi . Ayrisin saçları çox qeyriadi şəkildə şirin idi . Narıncı rəng heç bu qədər mənalə olmamışdı . Ki, Ayris də saçlarını çox sevirdi . Deyil kəsmək, özü əl vurmaq belə istəmirdi. Ayris :
-Portağallar, gəlin. Məncə bütün gecəni burda oturmaq istəməzsiz .
Mən ağlımda başqa seçimlər axtararaq :
-Gedə biləcəyimiz ən məntiqli və doğru yer öz otaqlarımızdı . Kİ məncə gec olmadan da artıq günü bitirməliyik .
-Bəlkə də son dəfə ən üst qata çıxıb bir hava almaq bizi o qədər də gecikdirməz . Həm məncə bunu sən daha çox sevirsən.
-Belə deyəndə heç də məntiqsiz olmadı . Məncə də bu qısa vaxtı bir az uzadaraq dəyərləndirmək olar- deyərək Alecə baxdım. O da bu təklifi bəyənmişdi ki, artıq qapıya , ora doğru addımlarını sürrətləndirərək gedirdi . Ayris sanki Aleclə yarışmaq istəyirmiş kimi qaçaraq onu geridə buraxırdı . Düzü ən arxada mən qalırdım . Onlara sakit olmalarını dediyimdə onlar artıq gözdən itmişdilər belə . Gecə saatları yaxınlaşdıqca səssizlikdə artırdı . Bu vaxtlar bizi belə sərbəst görmələri belə böyük bir problem ola bilərdi . Onsuz da buranın özü belə olduqca böyük bir " problem " idi . Onların arxasıyca boş kolidorla irəliləməyə başladım. Bütün binanın dərin sükunətini o tanıdıq səs pozdu:
ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasyNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...