Sakitçilik sanki pozulmasın deyə hamı əlindən gələni edirdi. Sonu gələn bir şeyi bilərmiş kimi hamı təlaş içində hərəkət edirdi . Və bu bəs etmirmiş kimi xəstə otaqlarındakı insanların səsləri yüksəlirdi . Bəzən bu qorxunc gülüş səsinə , bəzəndə dərin bir qışqırıq səsinə bənzəyirdi. Ətrafdakılar isə sanki bunu sadə və normal bir şeymiş kimi görüb işlərinə dəvam edirdilər . Ən qorxuncu isə buna heç kimin səs etməməsi idi . Dünündən razı imiş kimi bunu qəbul edirdilər . Heç kim bu səsi susturmaq üçün səs etmirdi . Bəlkə də bir gün onlarında o səslə yaşayacağlarını bildikləri üçün idi . Onların bitməyən yüksək səsi sanki insanların susğunluğu idi . Və onlar bu susğunluğu eşitsələr belə susurdular . Belə ki onlarda artıq digər insanlar kimi olmağa başlayırdılar . Otaqda çəkdikləri ağrılar səbəbindən səsləri ilə imdad diləyən xəstələrə , səs vermədikcə onlara bunu yaşadanlarla eyni insan oluruq . Və istəməsəkdə o səsin səbəbidə , biz oluruq . Bu bəzən qarışıq gəlsə də , insan düşündükcə anlayır . Özünü , insanları , ətrafı , səhvlərini anlayır . Məhz buna görədə insanlar bəzən heç düşünmürlərdə . Çünki düşündükcə özlərini anlayacaq və tanıdıqca özlərindən qorxacaqdılar . Düşünmək bəzən geniş bir kainatı anlamağa çalışmaq olsa da , bəzən böyük bir dünyanı , həyatını yox etməyə çalışmaqdır .....
Böyük qapıların açıldığını görən insanlar geri çəkilirdi . Hələ nə olduğunu başa düşmədiyim üçün yerimdə hərəkətsiz qaldığımı anlamadım . Olanları tam görmək üçün başımı yana çevirdikdə isə Ayrisin qolumdan tutub güclə məni özünə doğru çəkməyə çalışdığı gördüm . Narıncı saçlarını ilk dəfə toplamışdı . Əslində olanları başa düşmək üçün çatdığım qaşlarımı görən Ayris , sürrətlə ətrafa göz gəzdirərək :
- Məncə artıq burada dayanmağın mənası yoxdu. Bir azdan bura dolu olacaq , fikrimcə biz öz iş otaqlarımıza getsək yaxşı olar - dedi . Mənə isə bu inanılmayacaq qədər sadə bir bəhanə olaraq gəldi . Sanki oda hər şeyi bilib də , məndən gizlətməyə çalışırdı .
- Amma mənim fikrimcə burada dayanıb olan bitəni öyrənmək daha yaxşı olacaq- deyə donub qalmış üzümü hərəkət etdirərək , bir az ağır səslə dedim .
- Livi ( o mənə bəzən adım uzun olduğu üçün belə səslənərdi ) bura bir az sonra dolu olacaq . Çox güman insanlarda bir birinə qarışacaq . Gəl , gəl öz işimizə geri qayıdaq .
Hələ də mənə quru bəhanə kimi gələn bu sözlər , məni işimə geri döndürəcək qədər qane etmirdi .
- Ayris , yox dedim . Burada qalmaq istəyirəm . İnsanlarla qarışıq, dolu belə olsa , bundan nə qədər narahat olsam da burada qalacam . Artıq mənə deyilməyən sirləri özüm tapmalı olacam deyəsən . Ən maraqlısı burdadır ki , görəsən onlar gizlətdiyiniz qədər mənalı olacaqmı? Çünki mənim marağıma bir azda , şüphəmə səbəb olur - dedim bir az hirsli tərzdə . O dediklərimə görə deyəsən özünü pis hiss etmişdiki , bayaqdan bərk bərk tutduğu qolumu buraxaraq yanımdan cəld və bir az da donuq bir şəkildə uzaqlaşdı . Məqsədim onu qırmaq deyildi , amma hər şey belə adi və asan ola bilməzdi . Əslində düşünərsəm onun arxasından gedəcəyimi bildiyim üçün heç nə düşünməyib sadəcə insanların arasına doğru irəliləməyə başladım . Qapı açıldıqdan sonra bir qrup adam sıx duraraq içəri girirdi . Hamısı eyni və ciddi geyimlərdə idi . Qara geyimli olan insanların qara paltarlarının üzərində yalnız qırmızı rəngli çizgilər diqqət cəlb edirdi . Üzlərini aydın görmək olmurdu . Hamısı qara saçlı olsa da , içlərində diqqətimi cəlb edən digər şey aralarındakı o sarı , qəhvəyi rəngli dağınıq saçlı olan idi . Əlindəki çantaya tez tez baxaraq , başını yuxarı belə qaldırmırdı . Bu səs - küyün , qarışıqlığın arasında dolu kolidorun sonunda dayanmış Ayrisə gözüm sataşdı . O , az əvvəl olmuş mənim kimi , donuq vəziyyətdə yerində dayanmışdı . Gözünü o insalnardan ayırmırdı belə . Aramızda məsafə çox olsa da gözlərinin dolduğunu və ağ təninin qızardığını görə bilirdim . Sanki olduğu yerdə səsi bitənə qədər qışqıracağı görünürdü . Əllərini sıxıb , dodağını yeməyə başlamışdı . Belə bir adəti olduğunu bilmirdim . Böyük addımları ilə qaçmağa başladı , öz otaq qapısının yanında dayanıb son dəfə geriyə - onlara tərəf baxdı . Qapını var gücü ilə bağlamışdı ki , əslində dolu olan kolidora yüksək səsi sürrətlə yayılmağa başladı . Səsi eşidən hər kəs , səsin gəldiyi yerə boylansalar da , qara geyimlilər öz ciddi formasını belə pozmamışdılar .
Heç vaxt diqqətimi çəkməyən mavi qapılı otağa doğru hamısı getsədə , sadəcə sarı saçlı olan otağa girmiş və qalanları digər otaqlara tərəf gedirdilər. İşçilər bir müddət onlardan gözlərini ayırmasalarda artıq öz işlərinə geri qayıtmışdılar . Mənə maraqlı olan isə bu qədər olanların , hazırlıqların , planların səbəbinin nə olması idi . Bunu öyrənmək deyəsən öz əlimdə idi . Ya indi , ya da heç bir vaxt . Heç kimin diqqətini çəkmədən , yavaş addımlarla mavi qapılı otağa yaxınlaşmağa başladım . İçimdəki dayanmayan tərəddüd səsi , eləyə bilməyəcəyimi və geri dönməli olduğumu desədə onu eşitməməyə çalışırdım . Nə qədər hisslərimi görməzdən gəlsəmdə , əslində qorxurdum və bir az da sanki görəcəyimdən çəkinirdim . Belə ki gördüyüm şeyləri anlamamqdan , bəlkə də özümlə qarşılaşmaqdan qorxurdum . Bu düşüncəsicə gəlsə də başqa seçimim yox idi . Çünki düşünərsəm geri addım atacağımı bilirdim . Odur ki ancaq tək yol qalmışdı . Əlimi qapının soyuq tutacağına toxundurdum . Qapı ağır olsa da onu qabağa itələməyi bacardım . Tam olaraq qapını açmadan özümü içəri doğrultdum . İçəridəki o uzun boylu oğlan , üzünü tərsinə çevirib çantasından kağızlar çıxarırdı . Qapının açıldığını hiss etməmişdi ki , üzünü çevirmədi . Çantasını yan masaya qoymaq üçün hərəkət etdikdəsə , üzünü görmüşdüm . Bu üz cizgiləri mənə o qədər tanıdıq idi ki , sanki gedib ona hər şeyi danışa bilərdim . Yaşıl gözlərini mənə çevirdikdə isə o da hərəkət etmədən mənə baxmağa başladı . Heç bir səs çıxarmasa da gözləri sanki danışmaq istəyirdi . Bu , bu ..... bu o idi . Bu Flayd idi . Çarəsizcə mindiyim o qaranlıq və tək olduğum qatarda tanış olduğum Flayd . Saçlarını qısaltsa da onu tanımamağa imkan yox idi . Nə edəcəyimi isə bilmirdim . Ya ona doğru gedib bir şeylər deməli idim , ya da onun mən tanıdığına əmin olub danışmağa başlamağını gözləməli idim . Hər şey qarışıq və fərqli idi . Düşüncələrimdə , hisslərimdə , fikirlərimdə , Flayd da ..........
UZUN ARADAN SONRA YENİ BİR BÖLÜM GƏLDİ . GÜMAN EDİRƏM Kİ OXUYUB BƏYƏNƏCƏKSİZ . OXUYUB FİKİRLƏRİNİZİ MƏNİMLƏ BÖLÜŞMƏYİ UNUTMAYIN . GƏLƏCƏK BÖLÜMLƏRDƏ GÖRÜŞƏNƏDƏK ÖZÜNÜZƏ VƏ FİKİRLƏRİNİZƏ YAXŞI BAXIN YAXŞI QALIN . TƏŞƏKKÜRLƏR! XOŞ OXUMALAR ARZU EDİRƏM .
Digər və əsas hesabım : FatimeAazade1
İnstaqram hesabım : papatybook
=================== FATİMƏ AĞAZADƏ =================
ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasyNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...