tom odel- another love
Ertəsi gün
Gün tez , amma hazırlıqlar gec bitmişdi . Ancaq səhərə tez çatmışdıq . Demək olar gecə sadəcə bir neçə saat yata bilmişdik . Təbii ona da yatmaq deyilərsə . Hamıya eyni qaraformalar verilmişdi . Mavi geyimli işçilərdən də bizi bu fərqləndirirdi . Və axır ki Alec gəldi:
- Hə, indi heç kim sıranı pozmadan arxamca gəlsin . Və kiminsə etiraz edərək, başqa yollara əl atması onun üçün böyük problem yaradar . Mən isə sıradam sanki heç görünmürəm kimi ayrılıb Alecin yanına gəldim:
- Alec, indi hara gedirik? - Alec başını döndərmədən:
- Əsas binaya gedirik . Ora buradakına nəzərən daha sıxdı . Yəni işçilər daha çoxdur . Və işlərini sürrətli , peşəkar olaraq yerinə yetirillər . Qısaca buranın daha ciddi və ağır rejimi .
- Bəs biz nə etməliyik orda?
- Siz heç bir şey etmirsiz. Hər şeyi orda çalışanlar həll edəcək . İndi çox fikir yayındırmadan yerinə keç ki , digərləridə səndən geri qalmayıb sual verməsinlər - deyib , çox da ciddi görünməmək üçün gözlərini bər bərk yumub açaraq yerəmə keçməyib üçün mimikalar edirdi.
Ən birinci mərtəbəyə enmişdik . Uzun kolidorla sıra ilə gedib , dayanmışdıq . Alec divarın qarşısında dayanaraq oranı açmışdı . Bu çox qəribə idi . Hər gün qarşısında dayandığımız divarın əslidə gizli bir qapı olduğunu bilmirdik . Ayris Alecin etdiklərini heyranlıq və təəccüblə izləyərək . O nə deyərsə onu edirdi . Eynən işçilərin geyindiyi kimi mavi rəngli işıq kolidoru aydınlaşdırırdı . Biz irəlilədikcə yol uzanırdı . Və axır ki qarşıda vaqonları çoxda uzun olmayan qara və fərli görünümlü qatarı gördük . Flayd onun yanında bizi gözləyirdi . Bu yeraltı nəqliyyat idi . Flayd bizim ora çatmağımıza bir iki addım qalmış sözə başladı :
- Hamını burada görməyimə sevindim . Alec , bir problem yaranmır?
Alec işini həqiqətən ciddi bir şəkildə yerinə yetirirdi . Sanki böyük biir ordunun başçısı kimi fəxrlə:
- Yox, hələlik heç bir problemlə qarşılaşmamışıq .
-Aha , indi məni diqqətlə dinləyin . Yolda da eynən indi ki kimi problem yaratmayın . Fikirləşirəm ki , yolumuz o qədər də uzun çəkməyəcək .
Sonra üzünü Alec və Ayrisə doğru çevirərək:
- Siz də yol da diqqətli olun. Bir şey olarsa mənə deyin mütləq .- deyərkən gözünü Ayrisdən çəkmirdi . Ayris isə sanki o burada heç yox imiş kimi ətrafa baxır, az əvvəldən də heç bir şeyi dinləmirmiş kmi edirdi . Alec onu təsdiqləyib, məsuliyyəti öz boynuna götürmüşdü . Bunu da dedikdən sonra bizə yol göstərdilər və biz sıra ilə qatara minməyə başladıq . Hamı girişdəki yerlərdə oturmuş , digərləri sıra ilə arxa vaqonlarda yer axtarırdı . Çox da uzun yol axtarış etmədən özüm üçün boş bir yer tapmışdım. Uzaqdan qabaq masa da Ayris, Alec və Flaydın bir arad oturduğunu gördüm . Onların yanına getmək istəsəm də digər işçilər tərəfindən diqqt çəkməyim deyə bunu etmədim . Aleclə Flaydın danışdığını görsəm də, Ayris bir kənarda oturub onlara hələki Flayda heç baxmırdı .

ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasyNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...