Bölüm 36: Keçmiş...

8 4 2
                                    

                  paloma faith-only love can hurt like this(music)


Zaman keçmirdi . Nə də getdikcə yaxınlaşan ayaq səsi . Tez ayağa qalxaraq gözlərimi sildim . Sanki daha uzaqdan gələn səs sürrətlə qapının ağzına çatmışdı . Hələ nə olduğunu başa düşmədən qapı açılmışdı . Bundan bir az əvvəl anama dərmanını verməyə başlamışdım . Ki qapı açılıar açılmaz birdən təngənəfəs olan Forbini gördüm . Sanki Flaydın atası olduğunu öyrəndiyimdən bəri mənim gözümdə başqa biri olmuşdu . Onu sevməməyə səbəb tapmasam da , əksi üçün çalışırdım sanki . Anam sanki onu görən kimi içini narahatlıq hissi bürümüşdü ki , bunu üzündən də aydın görmək olurdu . Forbi daha nəfəsini almadan, bəzən sözlərinin arasında öskürərək dedi :

- Sən, işini bitir və çıx - deyərək mənə baxdı , sonra isə əlini çarpayının dirəklərinə qoyub nəfəs alaraq sakitləşməyə başladı . Mənsə anamdan gözlərimi ayırmayıb , olanları gizlədərək işimə dəvam edirdim . İşimi bitirdikdən sonra yan tərəfdəki qutuya dərmanları olduğu kimi topladım . Çıxarkən anama bildirməyərək baxaraq dedim:

- Başqa bir şey lazım ol..- deyə sözə başlamaq istədiyimdə Forbi sözümü kəsərək dedi:

- Yox, heç bir şey lazım deyil . İşinə qayıt. - deyərkən belə gözlərini saxladığı divardan çəkmirdi . Mən otaqdan çıxar çıxmaz , Forbi qapını daha möhkəm bağlamışdı . Pəncərədən ətraf göründüyü üçün orada çox dayana bilmədim . Qayıdıb gəldiyim giriş otağına geri döndüm .

Bu zaman :

{ Forbi olduğu yerdə dayanırdı . Freya isə dolmuş gözləri ilə ona baxıb, nə deyəcəyini gözləyirdi . Forbi çox sakit dayanmadan dedi:

- İndi yenə nə düşünürdün? Qızın burada olduğunu dedikdən bu yana bir şeylər olub deyəsən sənə . Bildiyin nəsə varsa de . Yoxsa sənin üçün də , onun üçün də yaxşı olmayacaq . 

- Nə ola bilər . Ola biləcək nə var idisə etdin . Yaşamağa icazə vermirsənsə , ölməyə icazə ver - deyərək hirsinə sahib çıxa bilməmişdi . Forbi buna daha çox qəzəblənərək :

- Hə? Mən ikisinə də icazə vermirəm . Hər şeyə sən səbəb oldun . Əvvəldən mənimlə razı olmalı idin . İndi cəzanı çək . 

- Nə qədər olar axı . Sənin bu bitməz qəzəbin özünü də bitirəcək sonunda . Bəsdir artıq . Bu yolun sonu görünmür .

- Bu sözləri neçə defə eyniylə demişəm axı sənə. Daha yeni gəncliyimizin işıqlı vaxtı idi . Mənimlə gəl dedim . Pis niyyətim yox idi . Öz laboratoriyamızı özümüz açacaqdıq . Özümüz öz həyatımızı quracaqdıq . Sən əvvəlcə vəd verdin mənə . Sonra yarı yolda buraxdın . Tam bu olanları unudub geridə qoyacağım an yenə etdiyini etdin . İllərcə gizlətdin hər şeyi məndən . 

- Düşündüm Forbi , düşündüm . Nə qədər əvvəl düzgün fikirləşsən də , sonunun yenə belə işlərin olacağını anladım . Ki indi də görürəm bunu . Hər şey düşündüyüm kimi imiş . Hələ daha da betəri . İndi bunları etsən nə keçəcək əlinə . Nəyi dəyişə biləcəksən ?

- Hər şeyi . Bax eyniylə səndə də olduğu kimi bütün düşüncələri dəyişəcəm . Hər şeyi geri qaytaracam . Amma sən yox, sən geri gələ bilməyəcəksən . Hələki belə edərək . Mənim hirsim bu gedişlə məni yox , səni bitirəcək . 

- Onu zaman göstərəcək . Əlindən gələni et . Amma bacarmayacaqsan . Nə olur olsun icazə verməyəcəm sənə . Ən sonda öz peşmançılığın ilə qalacaqsan . 

SİRİUS (tamamlandı)*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin