can koç - gökyüzünü tutamam(music)
Səhəri olduğundan daha tez qarşılamışdıq . Yenə həmişəkindən daha tez ayaqda idik . Bir az çətin olsa da . Düzü , bu mənim üçün yaxşı bir cəhət idi . Gecə nə qədər özümü məcbur etsəm də yata bilməmişdim . Sanki qalan hər şey öz yolundaimiş kimi . Özümü işə cəmləsəm də , fikrim hələ də anamın yanında idi . Səhər işə tez başlamaq anamı daha tez görə biləcəyim mənasına gələ bilərdi . Ayris hələ də gözümə görünmürdü . Eyniylə Alec və Flayd kimi . Sanki onları uzaqdan görmək belə mənim üçün bu yad yeri doğmalaşdırırdı . Çünki burada onsuzda tək doğma olan onlar idi . Bəlkə də mənim üçün tək var olan onlar idi .
Nəhayət , kiçik işləri bitirib sıfır yeddi nömrəli otağa doğru keçid edə bilərdim . Təbii , Forbi yenə başqa qadağalar qoymazsa . Bura gələnə qədər ünsiyyətdə olduğum xəstələr həyatıma az da olsa toxunmuşdu . Daha doğrusu xatirələrimə . Bəzən tanımadığın bir xəstənin söhbət əsnasında dediyi , amma həmin an diqqət etmədiyin söz uzun bir vaxt ağlında qalardı . Bəzən qapını bağlayarkən gözünə sataşan o isti təbəssüm , bəzən isə tək baxışı ilə çarəsizliyini bildirə bilən birinin ağrıları , hekayələri həyatına yeni bir pəncərə açardı . Çox şeyin fərqinə varmaq üçün bəlkə də . Və ya olduğu kimi görmək üçün . Ya da həyatındakı boşluqları doldurmaq üçün .
Axır ki , sıfır yeddi nömrəli otağın qapısına çata bilmişdim . Nəzarətçilər bir birinə baxıb , sanki ikisindən biri , bir qərar verməliymiş kimi gözləyirdilər . Nəhayət yan tərəfə keçməsi , artıq , keçə biləcəyimi göstərirdi . Qapını açıb özümü içəri atdım . Dünəndən bəri yox saydığım həyəcanım indi artımşıdı sanki . Addımlarımı bir az daha sürrətləndirib labirint kimi otaqlardan bir bir keçirdim . Çalışdığım otağa gəldikdə Flaydın burada olduğunu , deyəsən çoxdan işə başladığını gördüm . Gəldiyimi hiss etməmişdi sanki . Dedim:
- Flayd , sabahımız xeyir !- deyə dediyimdə sanki donuq bədəni birdən diksinib hərəkət etdi . Maraqla baxan gözlərini mənə çevirib dedi:
- Liviana , sabahın xeyir !- deyəndə donuq üzündə də təbəssüm yaratmışdı .
- Deyəsən bu dəfə mən gecikdim işə .
- Yox , mən də çox olmaz ki burdayam . Az əvvəl gəldim . Bu gün fikrimcə çox işimiz olacaq . Ona görə əslində bir az işə tez başlamağımız pis olmazdı .
- Hə? Nəsə problem var yenə?
- Yox , yox , təbii ki . Bir şey olmayıb . Sən də dərmanları hazırla ki , xəstənin yanına getməliyik .- deyib masadakı dərmanları da əlinə alıb anamın olduğu otağa doğru getdi . Mən isə heç vaxt itirmədən dərmanlardan bəzilərini bir birinə qarışdıraraq kağızdakı göstərilən qaydalara əməl edib , işə başladım . Tək dərdim etdiyim iş deyildi , anamı düşünürdüm sadəcə . İşimi tez bitirib mən də Flaydın arxasıyca getdim . Otağa dah agirmədən , pəncərədən gördüyüm anamın üzü məni və daha çox içimdəki narahatlığı sakitləşdirmişdi . İçəri girər girməz üzündə mənim fərq edə biləcəyim qədər bir gülüş yaratmışdı . Flayd ona dərmanlarını tək tək verirdi . Digərlərinə nəzərən Flayd təxmin etdiyimdən daha çox anama diqqət edirdi . Onun rahat otura bilməsi üçün arxasına yastıq yerləşdirdikdən sonra anamdan özünü necə hiss etdiyini soruşdu . Anam isə sanki onu daha əvvəldən tanıyırmış kimi üzündə onun üçün doğma olan bir gülüş yaratmışdı . Hnası ki bu gülüş mənim də təbəssümümə səbəb olmuşdu . Flayd işinə dəvam edərkən , işini bölmədən dedi :
ŞİMDİ OKUDUĞUN
SİRİUS (tamamlandı)*
FantasíaNəhayətində SİRİUSda bir ulduz idi.Hər ulduz bir gün sürüşüb axıb gedərmiş.Ya SİRİUSda bir gün gedərsə?SİRİUSdan uçan ulduzlara baxardıq . İlk gördüyümüzdə gözlərimizi yumub dilək tutardıq. Bəs SİRİUSu kim görəcəkdi? Kim həmin an içdən dilək tutacaq...