4

31 5 1
                                    

Saat neçədə yatdığımı bilmirəm, amma mən oyananda saat 5 idi və
çöldəki hava günortakından fərqli olaraq buludlu idi. Fərid otağımda
deyildi, lakin bloknotu mənim stolumdakı su dolçasının yanından mənə baxdığını görüb onu əlimə alıb vərəqləməyə başladım. İçində gözəl rəsmlər olan bloknot çox səliqəli yazı xətdi ilə doldurulmuş qeydlərdən ibarət idi. Qaranlıq rəsmlərdən heç nə anlamasam da çox gözəl olduqlarını deməsəm yalan olardı və bu rəsmləri Fəridin çəkdiyinə şübhəm yox idi. Bloknotu vərəqlədikcə qarşılaşdığım incəsənət ruhu və səliqəli dəsti xətt istər - istəməz içimi rahatladırdı. Lakin, yazılara ümumi göz gəzdirdiyimdə təsadüfi gözümə sataşan bəzi yazılar ürək açan olsa da: "... bu gün sinif rəhbərimiz bütün sinif uşaqlarını günü-gündən gözəlləşən Şuşa şəhərinə apardı. Qarabağın ermənilərdən geri alınmasının üzərindən 55 il ötürdü və bu münasibətlə Şuşa şəhərində şənlik təşlik olunmuşdu", "Bu gün - 20
fevral, babanın 60 illik yubileyini qeyd edirik, axşam saatlarında bütün qonaqlar bir araya yığışacaqlar" - kimi yazılardan əlavə növbəti tarixlərdə kefimə soğan doğrayan cümlələr də var idi: "...Davud babanın vəziyyəti gündən-günə pisləşəcək, həkim deyib ki, çox yaşamayacaq, hər an ölümünə hazır olmalıyıq", "... əvvəlki Davud baba üçün darıxmışam, amma indikini də əvvəlki kimi sevirəm. Kaş o da məni əvvəlki kimi sevəydi, əvvəllər elədiyi kimi hər dəfə mənə surpriz edib şokolad alaydı".
Bloknotda Elzanın adı diqqətimi çəkdi. Qələmi stolun üstünə qoyaraq
bloknotu yaxşıca aralayıb gözlərimə yaxınlaşdırdım. Belə yazılmışdı:
"Keçən həftə Elza babanı görməyə gəlmişdi. Həmişəki kimi ilk mən onu qarşıladım. Saçlarını korey stilində kəsib sarıya boyadığına görə onu tanıya bilməmişdim. Yeni saç stili ona heç oturmamışdı, onu tamam fərqli biri kimi göstərirdi və bu fikrimi özünə dedim. Ona yaraşan həmişəki kimi uzun və kürən saçlar idi... Bakıya qayıdarkən məni də özüylə apardı. Düz bir həftə Novruz bayramı tətilini birgə keçirib şəhərdə və digər rayonlarda əyləndik."
Axı Elza kimdir?

Pəncərədən Fəridi gördüm. Evlərindən çıxaraq mənim otağımın
qarşısındakı səki ilə yeyin atdımlarla ötüb keçdi. Ağızı tərpənirdi, deyəsən evə yemək yeməyə getmişdi və onu çölə çıxaran nəsə vacib bir hadisə baş vermişdi. Bəlkə də bloknotunu burada unutduğunu xatırlamışdı.
Cəld bloknotu əvvəlki yerinə - stolun üstünə qoydum. Yəqin ki, onun
şəxsi yazılarını oxuduğumu bilməsi uşağın ürəyicə olmazdı. Otağımda cəmi üç pəncərə var idi: ikisi qarşı tərəfdə, övladlarımın ailələri ilə yaşadığı imarətə boylanır, yan tərəfdəki tək pəncərə isə gün
doğan tərəfə baxır, dağları, meşələri rahat seyr eləməyimə şərait yaradırdı. Həm də bu pəncərə həyətin əsas qapısına baxırdı. Fərid evimin önündən keçərək yan tərəfdəki pəncərədən göründü. Deməli məsələ bloknot deyilmiş, o, əsas qapıya tərəf tələsirdi. Məni bürüyən maraq daha da artdı. Ayağımı ardımca çəkə-çəkə yan pəncərəyə yaxınlaşdım.
Görəsən gələn adamı tanıya biləcəyəmmi?

Havanın sərin olmasına baxmayaraq yalın ayaqlarla səki üzərində qaçan Fərid qapıya çatdı və pəncələri üzərində qalxaraq divardakı düyməyə basdı. Qapı yavaş-yavaş açıldıqca mən üzümü pəncərəyə daha da
yaxınlaşdırdım.
İçəri ucaboy bir qadın daxil oldu və Fəridi görən kimi əyilərək qoynuna sarıldı. Ayağındakı idman ayaqqablarından tutmuş əynindəki uzunqol gödəkçəyə qədər qara geyinmiş qadının bircə saçları kürən rəngdə idi. Eynən günəş qürub edərkən səmanın boyandığı tünd rəng kimi. Açıq darvazadan içəriyə bahalı bir maşın daxil oldu. Maşını asta-asta sürüb həyətdə saxlayan cavan bir oğlan idi ki, salon qaranlıq olduğundan üzünü yaxşı görə bilmirdim. Əgər görsəydim, yəqin ki, onu da tanıya bilməzdim. Nə o qadın, nə maşındakı kişi, nə də ki, markasını bilmədiyim maşının özü beynimdə heç bir xatirənin canlanmasına təkan olmadı; reaksiyam sıfır idi.
Qadın kim idisə Fərid üçün əziz birisi idi. Amma maşındakı kişi barəsində eyni fikirdə deyildim. Qara pencəkli oğlan maşından düşdükdən sonra xarizmatik yeriyişlə Fəridin yanına gələrək sadəcə onun əlini sıxaraq salamlaşdı. Və Fərid ilə qadının səmimiyyətinə qarışmayaraq bir siqaret yandırdı və öz bahalı maşınına kənardan tamaşa eləməyə başladı. Yəqin ki, qadının həyat yoldaşı idi.
Qadın Fəridin əlindən tutaraq gülüşə-gülüşə evin önünə yaxınlaşmağa
başladıqlarında onu daha dəqiq görə bilirdim.
Amma bu qadın mənə tanış gəlir.

Sonsuzluğa Səyahət (povest)Where stories live. Discover now