25

7 3 0
                                    

... Rauf – mənim uşaqlıq dostum, sirdaşım, hətda valideynlərimdən də artıq sirlərimə bələd olan insan. Eyni yaşda idik və eyni kəntdə
doğulmuşduq.

... Həyatda heç kimə onun qədər güvənmədim mən.

... atasını Qarabağ müharibəsində itirmişdi, uşaqlıqdan xristian anası
və qardaşı ilə birgə yaşamışdı. Qardaşının xasiyyəti ağır idi və qatı dindar olduğu üçün və düşüncə tərzinə, inanclarına görə Raufla yola getmirdi. Raufun atası ölmüş olsa da sağlığında o da qatı dindar olduğu üçün islam şəriətinə aid çoxlu kitabları ailəsinə miras olaraq qalmışdı. Rauf deyirdi ki, anası xristian olduğundan o kitablara sadəcə tozlarını təmizləyərkən toxunarmış, o da ərininin ruhuna bəslədiyi hörmətdən irəli gəlirmiş. Rauf ailədə həm atasından qalmış dini kitabları oxuyur, həm də anasının xristiyanlığa aid dini rəvayətlərini dinləyərək böyümüşdü; həm anasıyla kilsəyə gedir, həm də qardaşıyla məscidə gedərək moizələri diqqətlə dinləyirdi. Bir müddət sonra başqa dinlərlə də maraqlanan Rauf hələ yeniyetmə yaşlarında Tövratla da tanış olmağa başlamışdı. Dinlər barəsində çoxlu kitablar oxuduğundan, sanki hamsı bir-birinə qarışaraq onun beynində miks din yaratmışdı. Böyüdükcə anasının danışdığı rəvayətlərə artıq qulaq asmaq istəmədiyini, Tövratı öyrənməkdən vaz keçdiyini və məsciddə axundu dinləməkdən ikrah hissi duyduğunu mənə etiraf eləmişdi. Deyirdi ki, axund danışdıqca onun beynində çoxlu suallar yaranırmış və suallara cavab axtardıqca axundun dedikləri onun qulağında cəfəngiyyat kimi səslənirdi. Rauf ümumilikdə Tanrıya inanclı birisi idi, lakin bu inancı normal dini inanclardan qat-qat fərqli idi. Hətda
Raufu tanımayan birisi onun danışığını dinləsə və ya sosisal şəbəkələrdə məqalələrini oxuyardısa, onun dinsiz, ateist, hətda Tanrıya qatı nifrət edən birisi olduğunu düşünərdilər. Bu mövzuda Raufda çox sevdiyim bir xasiyyət var idi ki, insanların onun barəsində nə düşündükləri vecinə də deyildi və öz ilahi inanclarını insanlara aşılamaq kimi bir məqsədi yox idi.
Onun inandığı Tanrı insanlardan elə də çox fərqlənmirdi. Sadəcə adi insanlardan fərqli olaraq daha böyük şeylər yaratmaq xüsusiyyətinə malik idi. Sadəcə zaman-zaman insanlar saxta dinləri, Tanrının yalançı elçilərini uydurmağa başladıqlarına görə, əsl Tanrını unutmağa başladılar və əsl Tanrı bizdən üz döndərdi, incidi. Beləliklə də dünyada fəsadlar baş alıb getdi, deyə düşünürdü Rauf. O belə düşünməklə Tanrının əsl kimliyini kəşf elədiyini zənn edirdi və inanırdı ki, Tanrını tapdığına görə O, Raufa bu həyatda daim bir yol göstərəcəkdi.
Rauf həmişə Tanrı barəsində elə inanclarını dilə gətirirdi ki, hətda özüm belə inanmaq istəyirdim. Lakin, hər nə danışır danışsın, mənə cəfəngiyyat kimi görünürdü və xətrinə dəyməmək üçün bunu ona demirdim. Çünki mən Allaha inanclı birisiydim. Yaşlandıqca o, bu inanclarından daha az və hətda heç bəhs etməməyə çalışırdı. Amma ürəyinin daxilində hələ də inandığını bilirdim.

... Rauf indiki gündə də çoxlu-çoxlu kitablar oxuyur. Hətda məndə də
kitaba həvəsi o yaradıb desəm yalan olmaz. Onun kimi bir dostum olduğu üçün xoşbəxtəm.

... Rauf çox gözəl fotoqraf idi. Hətda bu sahə üzrə keçirilən yarışmada
qalib olduğu üçün məktəbdə onun çəkdiyi fotolar sərgilənmişdi.
O, (böyük ehtimalla metis olduğu üçün) çox yaraşıqlı idi. Lakin qızlarla çox da vaxt keçirməzdi. Onun maraqları normal gənclərdən tamam
fərqlənirdi. Boş vaxtlarında rəsmlər çəkər, müxtəlif qlobal problemlər haqqında məqalələr yazıb sosisal şəbəklərdə paylaşar, fəlsəfə haqqında mənimlə birgə çənə döyməkdən həzz alardı. Məktəbin çox gözəl qızları ona sevgi etiraf eləsələr də onların istəklərinə heç vaxt baş qoşmamışdı. Sevgidən qaçan birisi deyildi, əksinə sevgiyə hər kəsdən daha çox önəm verirdi, lakin ona yaxınlaşan qızların nə məqsəd güddüklərini çox gözəl anladığını deyirdi və onlara baş qoşmamağa çaılışırdı. Hətda məktəbin ən gözəl qızları mənimlə dostluq əlaqələri qurmağa çalışırdılar ki, sırf onun ağlını başından ala bilsinlər: bir növ məni ona gedən körpü kimi istifadə edirdilər. Xüsusən də bu “qız artımı” Raufun məktəbdə fotoqraflığı üzrə birinciliyi əldə edəndən sonra baş tutmuşdu. Qızlar həmdə ona dikbaşlığına görə vurğun idilər. Səssiz olduğu qədər də sözü üzə deyən idi və sırf bu xasiyyətinə görə tez-tez müəllimlərlə mübahisəsi düşür, sinifdən kənarlaşdırılırdı, sırf bu səbəbdən məktəb üzrə qalibiyyəti bəzi müəllimlərin boğazından keçmədi. Həmişə belə hadisələrdən sonra onun yanına tələsir, əsəblərini içində saxlamaması üçün danışmasını və sakitləşməsini tələb edirdim. Bəzən çox əsəbi olur, mübahisə etmiş olsa belə ürəyində qalan bircə damcı söz üçün də çox güclü əsəb keçirirdi. Hər dəfə əsəbləşəndə, çıxıb gedəcəm buralardan, rədd olacam hamının gözü
önündən, deyə aqressiv sözlər bağırırdı.

... bir dəfə Raufla palıd ağaclarının altında oturub söhbət edirdik. Mənə çox qəribə bir sual verdi: bir insan uçurumun kənarı ilə bitməz bir qaçışa başlayarsa, bir nöqtədən sonra yorulduğundan və ya uçurumun kənarı qopduğuna görə oradan düşüb ölərsə, bu, intihar sayılarmı?
Çox fərqli bir sual olsa da Raufun dilindən çıxdığı üçün qulağımda çox da qeyri-adi səslənməmişdi; Raufun Tanrıya olan inancına bələd idim və bu kimi mövzulara toxunmasını artıq normal qəbul edirdim. Qəribəsi o idi ki, mənim inancımda Allah intihar edənləri sevmirdi, Rauf isə öz inandığı Tanrını istədiyi an günahlandıra, sorğuya çəkə biləcəyinə inanmasına rəğmən, o Tanrının da intiharı sevmədiyini zənn edirdi. Rauf inandığı Tanrını sevirdi, ona hörmət edir, lakin eyni zamanda onu bəzi məsələlərdə açıq-aşqar qınayır, öldükdən sonra onu sərbəst sorğulaya biləcəyini düşünürdü.
Onun verdiyi suala doğru-düzgün cavab verə bilməmişdim, çünki heç vaxt belə bir sualla qarşılaşmamışdım və həmin an Raufun ağlından nələr keçdiyinə əmin deyildim. Lakin bir neçə gün keçməsinə baxmayaraq mən sual ətrafında düşünməli oldum, çünki sual həm də mənim Allahıma da aid idi. Cavab olaraq dəqiq bir nəticəyə varmasam da zənnimcə, uçurum kənarında qaçmağa çalışan adamın orada nə səbəbə qaçmasından asılı idi sualın cavabı: intihar istəyi, yoxsa sadəcə qaçış?! Əgər intihar istəyi varsa, onun ölümünə – yorğunçuluq və sürüşmə kimi – təbii hadisələr səbəb olduğundan, o biri dünyada kim o insanı intihar adıyla sorğulaya bilərdi ki? Amma anlayırdım ki, yenə də doğru cavabı beynim alqılamırdı, dərk edə bilmirdim və Rauf da doğru cavabı tapmış deyildi...

... məktəbin son günlərində Damla adlı kürən saçlı gözəl bir qıza
vurulmuşdu. Nəhayət ilk dəfə onun aşiq olduğunu görmüşdüm. Düzü, onda çox da dəyişiklik müşahidə olunmurdu, amma daxilində baş verən xırda qığılcımları görə bilmək üçün ən yaxın dostu olmaq kifayət edirdi. Aşiq olduğundan bəri fəlsəfənin daşını atmamışdı, xeyir, əksinə bir az da çox fəlsəfəyə dalmağa başlamışdı, lakin bu dəfə romantizmin, sevginin, eşqin fəlsəfəsində üzürdü.

Sonsuzluğa Səyahət (povest)Where stories live. Discover now