16

14 5 0
                                    

“Əslində məqsədim sadəcə səyahətə çıxmaq deyil.”
“Təxmin etmişdim.” - almanı dişlədi. İncə dodağının kənarından
süzülməyə çalışan şirəni baş barmağının ucu ilə təmizlədi. “Səyahətə
çıxan insanlar adətən yanlarında ən yaxın hesab etdikləri insanları
götürürlər, əgər çox yaxınlıq qurduğu insanlar yoxdursa, ən azından
səyahət zamanı sənin kimi qəmgin görünmürlər, ən uzağı, qəmginlikləri səyahət başlayana qədər sürür.”
Bunu necə bacarırdı? Bu vaxta qədər (Davuddan savayı) kimsə içimi
belə aydın təsvir etməmişdi.
“Sənin əsl məqsədin, indi həyəcanlanmağına səbəb olacaq qədər ciddi bir məsələdir. Məsələn, ola bilər ki, kimisə tapıb öldürməkçün bu yola çıxmısan.”
Zarafat elədiyindən əmin idim, amma üz ifadəsi hələ də ciddiliyini
qoruyurdu. Kimisə öldürmək kimi bir planım yox idi.
“Zarafat elədim.” - güldü. “Sən danış.”
“Nədən başlayacağımı bilmirəm.” - üzümü dağlara tərəf çevirdim.
“Başla bir yerlərdən. Amma hələ özündən başlama, ətrafındakılardan
başla, çünki bizim əsl mənimizi ətrafımızdakılar formalaşdırır. Özümüzə sıfırdan nəzər salmaq istəsək, meymun qədər saf olduğumuzu görərik. Mütləq başqaları bizi başladır, necə ki, valideynlərimiz bizim rüşeymimizi başladıb, doğulduqdan sonra ailəmiz və ya gördüyümüz hər kimsə bizim həyata baxış bucağımızı başladıb. Bütün bunları tanıyandan sonra özümüz haqqında nələrisə deyə bilərik.”
“Hərbi xidmətimi başa vurandan sonra sevdiyim bir qızla ailə həyatı
qurdum. Damla. Xoşbəxt olacağımızı düşündüyüm halda evlənəndən sonra xoşbəxtçiliyimiz bir qədər sual altına düşdü. Düzdü, bahalı bir işdə çalışmırdım, lakin evimiz rahatlığımız var idi, ona hər bir şey verməyə çalışırdım. Günlərin bir günü ata olmaq istədiyimi dediyimdə çox aqressiv davrandı. Bir çox şəxsi səbəblər gətirərək hazır olmadığını deyirdi və bu hazırsızlığı tam iki il çəkdi. Mən dəli olurdum, ata olmaq istəyirdim, xüsusən də qızımın olmasını arzulayırdım.”
“Görünür o qadın sənə hələ də uşaq verməyib. Yoxsa sən uşağı atıb bu çöllərdə olmazdın.” - dedi Nərmin. Almanı yeyib bitirmişdi, mənə diqqətlə qulaq asırdı.
“Sonradan onu razı sala bildim, cəhd elədik, lakin yenə də uşağımız
olmadı. Aramızdakı əlaqələr evlilik damı altında nə qədər ciddi olsa da münasibətimiz soyumaqda davam edirdi. Bilmədiyimiz səbəbdən növbəti iki il ərzində də uşağımız olmadı. Həkimə baş çəkdik, nə məndə, nə də onda heç bir problem yox idi, amma uşağımız olmurdu. Beləcə aramızda səngimək bilməyən soyuqluq daha pik həddə catdı, mübahisələrimiz çoxaldı və Damla əşyalarını yığaraq atası evinə getdi. Nə qədər gəlməsi üçün çalışsam da qayıtmadı. Onu geri gətirməkçün arxasıyca da getdim, lakin evində mənim haqqımda nə demişdisə çox pis münasibətlə qarşılaşdım. Həm anası, həm atası, həm də qardaşları mənə çox əsəbiydilər. Məni dəfələrlə geri qaytarsalar da Damlanı geri
qaytarmaqçün göstərdiyim çabaları bircə anlıq belə olsun əsirgəmədim. Düzdü, əsəbi gərginlik yaşayırdım, ki, məncə normal idi, çünki Damla iki il müddətində forması və gözəlliyinə xələl gəlməsin deyə mənim arzumu ürəyimdə saxlamış, ancaq sonradan razı olsa da növbəti iki ildə də həyat bizimlə oynamışdı. Lakin atasıgilə mənim barəmdə çox haqsız bilgilər vermişdi. Nevroz olduğumu və evliliyimizdən bu yana uşağımız olmadığı üçün əsbiləşərək hətda ona əl qaldırdığımı da demişdi. Atasıgili isə Damlanın dediklərinə inanaraq gec-tez bizi ayırmağı planlayırmışlar. Mənim tez-tez Damlanın dalıyca getməyim səbəbiylə qardaşları məni dəfələrlə döyüb geri qaytardılar və Damlanın onlara dediklərini təkrarlayaraq bir daha geri gəlməməyimi tələb elədilər. Məni birbaşa məhkəməyə çağıracaqlarını və bizi ayıracaqlarını da dilə gətirdilər. Mən bir daha Damlanın dalıyca oraya getmədim. Onun iç üzünü görmüşdüm, çox gec görmüşdüm. İki il öz etirazını bildirib mənim arzumu ürəyimdə qoymasına baxmayaraq, bu müddətdə uşağın olmaması səbəbini də valideynlərinə ayrı yalan uyduraraq başa salmış; bütün bu dörd il
müddətində problemin məndə olduğunu demişdi. Guya bu qədər müddət ərzində o da uşaq istəyibmiş, amma uşağın olmaması probleminin başlıca səbəbi mən olmağıma baxmayaraq bütün acığımı ona tökmüşəmmiş.”
“Və Damla onların qızları olduğu üçün valideynlərinin ona inanması
normaldır.”
“Elədir. Vaxtında Davud mənə dedmişdi ki; o qız səni sən onu sevdiyin qədər sevmir. Başqa heç vaxt mənim münasibətimə qarışmamışdı, amma dediyi iki kəlməni belə yaxşı-yaxşı düşünməliydim.”
“Davud yaxşı dostdur və sənin gözlərini açmağa çalışıb.”
“Bax buna görə onun xətrini çox istəyirəm.”
“Bəs sonra noldu?”
“Sonra artıq mən buradayam.”
“Bəs boşanmaq?”
“Xeyir, artıq hər şeyi atıb getməyə o qədər qərarlı idim ki, boşanmalı
olduğumu belə unutmuşdum. Bir az da qalsaydım əsl manyak olacaqdım. Açığı təbiətə doğru qaçacağımı çoxdan planlamışdım. Uşağımın olmaması və Damlanın mənimlə bir yadmış kimi rəftar eləməsiylə əlaqəli çox sarsıntı keçirmişdim və bir gün Tanrım ilə belə bir şərt kəsdim: ya mənə uşaq nəsib edib, həyatın çətinliklərinə qatlanmağım üçün səbəb vermiş olacaqdı, ya da mən sosiyallıqdan uzaqlaşıb niandertallar kimi vəhşi təbiətdə yaşam sürəcəkdim və onlar kimi yox olub gedəcəkdim. Tanrı mənə uşaq vermədi və mən buradayam.”
“Sən çox qəribə bir insansan, Rauf. Həqiqətənmi Tanrı ilə şərt
bağlamışdın? Mən sənin sosial şəbəklərdə paylaşdığın yazıları
oxuduğumda ateist olduğunu düşünmüşdüm. Çox üsyankar idin və
insanların inandığı Tanrının əlindən yanığlı görünürdün.”
“Xeyr, bu vaxta qədər məni yalnış anlamısan, mən Tanrıya inanıram,
hətda onu çox sevirəm, sadəcə necəki o bizi hər xırda əməlimizə görə
sorğuya çəkir, eləcə də bizim əlimiz olmadan başımıza gələn pis hadisələrə görə onu sorğuya çəkə biləcəyimizi düşünürəm və bu haqq düşüncəmə görə Tanrının da məni anladığını zənn edirəm. O, qüsursuz deyil, və nöqsanlarını bəndələrindən eşitməyə hazır olacaq qədər cəsarətli bir Tanrıdır.”
Qız bir müddət mənə baxa qaldı. Yəqin dəli olduğumu düşünürdü.
“Anladığım qədərilə, sənin getmək planın çoxdan var imiş, lakin
ümüdlərinin bitəcəyi anı gözləyirdin və bunu Tanrının öhtəsinə buraxdın. Əgər qalmağını istəsə sənə ümid göndərəcək, getməyini istəsə bunun əksi olaraq sənə cavab verməyəcəkdi. Bəs əgər Tanrı sənin şərtinə biganə yanaşıbsa, onda necə?”
“ “sonsuzluq səyahəti” adlandırdığım sonu görünməyən bir yola
çıxmağım əsl yerinə düşdü, çünki yaratdığı insanların həyatlarına biganə qaldığına görə tezliklə ölüb Tanrının özünü sorğu edəcəkdim. Hər halda meşədə səfil həyatı yaşayaraq ömrümü çox sürdürə bilməzdim. Mən bir avara səyyaham və həqiqi Tanrının kəşfinə çıxaraq onun məndən nə istədiyini öyrənməyə çalışıram.”
“Çox qəribə və fərqli bir inanca sahibsən.”
“Ümidvaram fikirlərim səndə qıcıq yaratmır.”
“Yox qətiyyən.” - dedi. Sərin meh Nərminin qumral və ipək kimi
saçlarına üfürərək havada dalğalandırdı. “Bəs Davud?”
“Bütün əşyalarımı toplayıb evdən ayrıldığımda son dəfə Davudla
görüşdüm. Nə vaxtsa bunu edəcəyimi bilirdi və bilirdi ki, bir şeyi beynimə saldımsa onu edəcəm. Əlbətdə şok olmuşdu, amma ona izah elədim ki, Damlanın mənə elədiklərini, qardaşları tərəfindən döyülməyimi həzm edə bilmirəm, bir az da qalsam cinayətkar olacağımdan qorxuram. Əsəbi yönümü də bilirdi, qalmağımı istəməsiylə məni daha da təhlükəyə atacağını anlayırdı, bu səbəbdən qalmağıma israr edə bilmirdi. Mənimlə gəlməyi təklif etsə də sözünü tamamlamağa belə qoymadım. Onun da bir ailəsi, karyerası vardı, hətda artıq balaca bir oğlu vardı. Ona ürək-dirək verdim ki, narahat olmasın, tez-tez ona məktublar göndərəcəyimi və ruhən sakitlik tapıb qayıdacağımı dedim.”
Amma kim ruhən sakitlik tapandan sonra yenidən ruhunun param-parça olacağı yerə qayıdarki? Bunu Nərminə demədim. Əvəzində isə başımı aşağı salaraq “kaş bütün bu olanları unuda bilsəydim.” dedim.

Sonsuzluğa Səyahət (povest)Where stories live. Discover now