14

15 4 0
                                    

Saat 23:00 idi və Bağban kişi şəhərdə yaşayan oğlunun boş villasının
açarlarını mənə verdi. O villanı yaxşı tanıyırdım, çünki əsgərlikdən
gəldiyimizdə də Bağban kişi bizim istirahətimiz üçün oranı ixtiyarımıza buraxmışdı.
Bağın əks tərəfində yerləşən villaya düzgün cığırla getmək üçün Nərmin mənə yol yoldaşlığı etdi. Çantamı zirzəmidən çıxardaraq çiynimə atmışdım, ikimizin də əynində yağış əleyhinə gödəkçə var idi və Nərmin əlindəki fanarla cığırı işıqlandıraraq məndən öndə yeriyirdi. Onun palçığa bulaşan rezin botlarına baxdım. Artıq heç də səliqəli, təmiz, pırıl-pırıl olmamaları normal idi.
Villaya çatdığımızda qapının qarşısından dönüb gedəcəyini
düşünmüşdüm, amma özündə olan açarlarla qapını açdı, məndən öncə içəri keçdi. Mən qapının önündə duraraq “Narahat olma, Bağban kişi
evin açarlarından mənə də verib.” açarları havaya qaldırdım. “Bilirəm.” dedi. “Sadəcə evə girmək məcburiyyətindəyəm, çünki son beş ildə evə aparan cığır kimi evin içində də bəzi şeylər dəyişib. O açarlar isə digər otaqların qapılarını aça bilməyin üçün sənə yardımçı olacaqlar.” dedi.
Yağışda islanan açarları aşağı endirərək cibimə qoydum. Evin içi də çölü də o qədər qaranlıq idi ki, kabuslar evinə bənzəyirdi və qapının
kandarında duran Nərmin gödəkçənin kapyuşonunu başına keçirərək əsl filmlərdəki manyakı xatırladırdı. “Hamamda isti su gəlir, istədiyin qədər çimə bilərsən.” istehzalı və hövsələsiz səsini eşitdim və nəyi nəzərdə tutduğunu anladım. Qorxu filmini anımsadan düşüncələrdən ayıldığımda gic gülmək tutmuşdu məni. Hətda Nərminin də diqqətindən yayınmadı. İçəri keçib ayaqqabılarımı soyunduğumda “nəyə gülürsən,” deyə qəribə baxışlarla xitab etdi mənə. “Heç.” dedim.

Hal-hazırda duş aldıqdan sonra ikinci mərtəbəyə qalxaraq çarpayıda
qeyd dəftərimi doldururdum. Nərminin dediyi kimi hamanın çox isti suyu var idi (mən isə onun zarafat elədiyini düşünmüşdüm).
Bu günlük qeydlərimə nöqtə qoyuram. Başıma xüsusi bir şey gəlmədi, amma yenicə əməliyyatdan çıxmış Bağban kişini yoluxmağım çox yaxşı oldu.
Biraz kitab oxuyum yatacam...

Sonsuzluğa Səyahət (povest)Où les histoires vivent. Découvrez maintenant