...Həyat yoldaşımla bu barədə danışdıq və razılığa gəldikdən sonra
toparlanmağa başladım. Hara gedəcəyimi bilirdim: Bağban kişinin
Qarabağdakı evinə gedəcəkdim. Rauf başqa harda ola biləcəyini
məktubunda açıq qeyd eləməsə də Bağbana baş çəkdiyi dəqiq idi. Ola
bilər hal hazırda orda deyildi, amma onun hara gedə biləcəyi barəsində Bağban kişidən ipucu ala bilərdim.... maşınımla tək yola çıxmışdım və yol boyu özüm-özümlə
danışdığımdan anlayırdım ki, əsəblərim qaydasında deyil. Fikir
götürmüşdü məni. Axır ki, Raufun bu həyatda ən çox arzuladığı şey
reallaşmışdı: Allah ona qız nəsib etmişdi. Amma mən Raufu heç yerdən tapa bilməsəydim... özümü bağışlaya bilməzdim. Hətda hal-hazırda içimə pis duyğular hakim kəsilib və Raufu qapımın önündən getməsinə izin verdiyimçün artıq özümü günahkar hiss eləməyə başlamışdım. Yenəmi eyni səhvi təkrarlayırdım? Bir zamanlar Damla ilə birlikdə olmasına göz yumduğum üçün sonrasında peşmançılıq çəkmişdim. İndi isə yenə də səhf eləmişdim: göz görə-görə onun getməsinə izin vermişdim. Kaş onu evimdə qalmağa razı sala biləydim. Amma lənət şeytana, qalması üçün çox israr etmədim axı...... Bağban kişinin qapısını döydüyümdə bir qadın qarşıma çıxdı.
Bağbanın qızı olduğunu dedi; Nərmin idi. Daha sonra özünü Nərmininhəyat yoldaşı olduğunu bildirən şəxs də qapıya gəldi. Kimliyimi təqdim elədim və Bağbanı soruşduğumda qız dedi ki, kişi iki ay bundan öncə rəhmətə gedib.
Rəhmətlik atam bir zamanlar Bağban kişi ilə möhkəm dost olublar.
Nərmini və qardaşlarını sonuncu dəfə uşaqlıqda görmüşdüm. Nərmin məni tanıdı və yoldaşına da kim olduğumu anlatdı. Yoldaşı məni içəri dəvət elədi. Sözü uzatmadan nə məqsədlə gəldiyimi bəyan elədim. Nərmindən Rauf haqqında soruşdum, çünki Raufun mənə göndərdiyi məktuba əsasən Nərminlə ünsiyyətdə olduğunu bilirdim. Yoldaşı pis başa düşməsin deyə Raufun Nərminlə ünsiyyətdə olduğunu demədim. Dedim ki, Rauf may ayında Bağban kişinin qonağı olubmuş və mən o gündən bəri Raufdan bir xəbər almadığıma görə istədim ki, gəlib Bağban kişiylə danışım. Nərmin Raufu xatırladığını və sözlərimi təstiqləyərək həqiqətən atasını yoluxmağa gəldiyini bildirdi. Amma hara getdiyindən heç bir xəbəri yox imiş. Dedim ki, bəlkə Rauf Bağbanla danışarkən haralara getmək istəyi barəsində ipucu vermiş ola bilər. Nərmin dedi ki, həmin gün atasıyla Raufa çay gətirəndə, Rauf ermənilərdən, müharibədən və xidmət elədiyi hərbi hissədəki zalımlıqlardan danışdığını eşidibmiş. Birdə ki, Zakı kimdirsə,
onun haqqında daha aqressiv danışırmış.... Yoluma davam edirdim. Yol boyu tez-tez maşını saxlayır kənd
camaatına Raufun şəklini göstərir, belə bir adam görüblərmi deyə
soruşurdum. Heç kimdən müsbət cavab almayınca yenə yoluma davam edirdim.... Raufun Bağban kişinin yanından ayrılaraq hara gedə biləcəyinə əmin olmasam da hal-hazırda ürəyimə damıb ki, yaxınlıqdakı Hərbi Hissəyə baş çəkə bilərdi. Bu Hissədə ikimiz də eyni vaxtda xidmət eləmişdik və Zakirli soyadında baş leytenant olan şəxs zamanımızda həm bizə həm də digər əsgərlərə qan uddururdu.
Raufun Zakını unutmadığına təəccüblənməmişdim. Əsgərlikdən sonra tez-tez onun barəsində danışar, onun əlindən yanıqlı olduğunu bildirər və əlinə fürsət düşsəydi onu ölümcül döymək istədiyini deyərdi. Onu daha çox əsəbiləşdirən və ürəyində xal qoyan məsələ; bir dəfə onun gözü qarşısında Zakının məni cəzalandırması, dirsəyilə kürəyimə möhkəmcə vurduğu an idi. Rauf həmişə Zakı haqqında deyərdi ki, o, damarında azərbaycanlı qanı axan, lakin ruhunda erməni payı olan bir düşməndir.
Hərbi hissənin önündə çoxlu maşınlar var idi və hər yerdə insanlar
qaynaşırdılar. Məlum idi ki, bu gün əsgərlər üçün valideynlərlə görüş günü idi. Bu, mənim işimi bir az rahatlaşdırırdı.
Valideynlər bir-bir Nəzarət Buraxılış Məntəqəsindən içəri keçməyə
çalışırdılar.
Fikrim var idi ki, NBM-də duran əsgərlərdən Zakı barəsində söz almağa çalışım, lakin, adam çoxluğuna görə əsgərlərin başı yaman qarışıq idi.
Kənardan durub qapıdan keçənlərə baxdığım bir vaxtda böyük ehtimalla əsgər görüşünə gələn, məndən yaşca az olduqları görünən bir qrup gənc gözümə sataşdı və onlara yaxınlaşdım. Dedim ki, bir zamanlar mən də bu Hissədə xidmət elədiyim üçün içəri keçib nastalji hisslər yaşamaq istəyirəm, lakin içəridə əsgər tanışım olmadığı üçün keçə bilmirəm. Nə demək istədiyimi anlayıb məni də öz qruplarına daxil elədilər və növbə bizə çatdığında içəri keçib görüş məntəqəsində boş bir stolu zəbt elədik. Əsgər gəldi və əlbətdə dostlarının yanında məni - yad bir adamı görcək təəccübləndi. Özümü təqdim elədim. Cavan dostlara qarışaraq mən də onlarla deyib-gülməyə, buradakı xidmətimdən maraqlı söhbətlər eləməyə başladım. Görünür, bir müddət sonra mənim danışdıqlarım əsgərə daha çox maraqlı gəlməyə başlamışdı, nəyinki mülki həyatdan triplər atan dostlarının zarafatları. Söhbəti fırladıb Zakirliyə gətirdim, Zakı barəsində əsgərdən bir-iki söz soruşdum. Əsgər onun adını eşidən kimi üz-gözünü turşutdu və dedi ki, may ayında Zakirlini gecə saatlarında NBM-dən biraz aralıda yaxşıca döyüb zibil yeşiyinə tullamışdılar. Əsgər özü həmin gecə NBM naryadı imiş. Zakirlini yaxşıca döymək hər adamın bacaracağı bir iş deyildi, əsgərdən soruşdum ki, onu neçə nəfər döyüb, əsgər dedi ki, hadisə qaranlıqda baş verdiyi üçün nə özü, nə də yanındakı digər naryad heç bir şey görməyiblər. Ölmüşdümü, deyə ondan soruşduğumda xeyr cavabı verdi, dedi ki, almacıq sümüyü çatlamışdı, qaşının ucundan gözünün altına kimi yarıq əmələ gəlmişdi. Bir sözlə çox ciddi xəsarət alan Zakirli növbəti bir ayını Hərbi Hospitalda
keçirməli olub. Onu vuran maskalı olduğu üçün tanıya bilməyib, amma hələ hospitalda olduğu müddətdə o adamı axtarışa verdi, lakin indiyənə qədər tapılmadı. Əsgər səsini daha da qısaraq stolun üzərindən bir az da mənə yaxınlaşaraq dedi ki, o adam kim idisə çox gözəl bir iş gördü. Zakı o adamı tapa bilmədiyinə görə hələ də qorxu içində yaşayır, həm hörmətdən düşdü, həm də qorxu onun eqosunu sındırdı. Artıq heç bir əsgərə əl qaldırmır, biruzə verməməyə çalışsa da açıq aydın görünürki, qorxudan gecəsi-gündüzü yoxdur. O adam əsgərlər üçün qəhrəman, Zakının gecələrinin isə kabusudur.
YOU ARE READING
Sonsuzluğa Səyahət (povest)
Mystery / ThrillerXatırlamaq... qurumuş bir yaranın qaysağının qopardılmasına bənzəyirdi. Yaram yenidən qanamışdı. Və bu güclü qanaxmanın gətirə biləcəyi ölümün qoxusunu hiss edirdim. Bu qoxu başımın ətrafında hərlənirdi