Günün ikinci yarısına keçid eləmişdim. Bağbangildən çıxmamışdan öncə naharı onlarda yediyimə görə axşam yeməyini tək başıma özüm
hazırlamalıydım. Kəndə çıxar-çıxmaz elədiyim ilk iş poçt vasitəsilə
Davuda məktub yollamaq oldu. Hər şeyin yaxşı olduğunu, mənim üçün nigaran qalmamasını yazmışdım ona. Bağbangildən və ayaq basdığım torpaqlardan yazdım. Düzdü, bunu yazmaqla izimi ələ verirdim, amma hər halda arxamca kimsə gəlmək istəsə məni dəqiq bir yerdə tapa bilməzlər. Ümumiyyətlə istəmirdim nə vaxtsa Davud fikrini dəyişib mənim axtarışıma çıxsın. Bəlkə də özü də son danışığımızda yalan dediyimi anlamışdı. Mən əslində heç vaxt geri dönməyəcəkdim.
Yol kənarında kiçik bir kənd marketinə girərək bir az pomidor, kənd
yumurtası və ədviyyaltar aldım. Bu gecə közdə pomidor yumurta
çığırtması bişirmək istəyirdim özümçün. Yol kənarından birbaşa meşənin içinə keçid elədim. Nə qədər gəzib dolaşsam da oturub tonqal qalamaq və çadırımı qurmaq üçün uyğun bir yer tapa bilmirdim. Elə bir yer tapmaq istəyirdim ki, sıx kolluq və ağaclıq olmasın, hər an mən yuxulaya bilərdim və yanğın başlaya bilərdi. Meşə boyu hərəkət edərək yenə də təsadüfi bir yolun üzərinə çıxdım. Sıx meşələrin əhatəsində səssiz və kimsəsiz bir yol idi. Şəklini çəkəndən sonra yol boyu yuxarıya qalxmağa başladım. Artıq kəndi geridə qoyduğumdan əmin idim.
YOU ARE READING
Sonsuzluğa Səyahət (povest)
Mystery / ThrillerXatırlamaq... qurumuş bir yaranın qaysağının qopardılmasına bənzəyirdi. Yaram yenidən qanamışdı. Və bu güclü qanaxmanın gətirə biləcəyi ölümün qoxusunu hiss edirdim. Bu qoxu başımın ətrafında hərlənirdi