Mən çayıma hələ əl vurmamışdım, çünki çox isti içə bilmirdim, amma Bağban kişi artıq bir stəkanı içərək ikincini gözləyirdi. “Rauf, yaman dəyişmisən, bala.” dedi mənə. Adımı hələ də unutmadığına sevindim, ki əslində belə təxmin etmişdim. Bircə dəfə də dodaqlarına siqaret aldığını görmədim. Necəki xarici görünüşü, səs tonu dəyişmişdi, eləcə də bəzi zərərli vərdişi baxımında da dəyişmişdi deyəsən.
Söhbət əsnasında agah oldum ki, Bağban kişi yaxın keçmişdə
əməliyyatdan çıxıbmış. Ağciyər xərçənginə yoluxubmuş və Bakıda həkimlik edən oğlunun yardımı ilə xaricə, əməliyyata göndərilibmiş. Təəssüflər olsun ki, on beş il bundan öncə xərçəngin müalicəsi kəşf olunsa da bu texnologiya bizim tibbə hələ gəlib çatmayıbdır. Amma yenə də bu ölümcül xəstəliyin mülacisənin olması və Bağbanın yaşamağına davam eləməsi sevindirici hal idi. Əməliyyatdan sonra siqareti tamam tərgidən Bağban söhbətinin arasında dedi ki; “Məni müharibə öldürmədi, amma az qala siqaret öldürəcəkdi. Əməliyyata gedərkən qızımın ağladığını gördüyümdə, müharibədə keçirdiyim hissləri yenidən yaşadım.” İstər- istəməz beş il bundan öncəki söhbətimizi xatırlamışdım və düşünürəm ki, Bağban kişi müharibədə kantuziya alsa belə adımı xatırlaya biləcək yaddaşa sahib idisə, həmin söhbəti də mütləq xatırlamışdır.
Çöldə leysan yağırdı və Bağban kişi gedəcəyimi eşdib qarşı çıxdı. Heç
olmasa bir gecəlik onlarda gecələməyimi israr etdi, mən də kişinin istəyini yerə salmadım.
Əlbətdə Davud barəsində də sual verdi mənə: niyə tək gəldiyimi
soruşdu, axı biz Davudla uşaqlıq dostları idik; bəlkə aramız dəyib, deyə maraqlandı. Mən isə hər şeyi olduğu kimi deyə bilməzdim, çünki atdığım bu atdım hər kəs üçün, xüsusən də yaşlı nəsil üçün axmaqlıq sayılacaqdı və məni fikrimdən döndərə bilmədiyini anlayıb ən pis halda ailəmə qayıtmağım üçün polisə xəbər verəcək, ən yaxşı halda isə Davudla əlaqə saxlayaraq məni durdurmağı tələb edəcəkdi.
Mən məcburiyyət qarşısında yalan danışmalı oldum və anladığım
qədərilə bacardım, o, əsl məqsədimi anlamadı. Davud haqqında danışdığımız müddətdə söhbəti dəyişmək üçün əsgərlik dönəmimizdən, Davudla təxris olduğumuz gün Bağban kişinin bizim
istirahətimiz üçün qapılarını üzümüzə açmasından söhbət açdım,
Qarabağın alınmasından tutmuş buradakı gözəl təbiətə qədər hər şey
barəsində mənə danışdı. Hətda Bağban kişi söhbəti müharibədən sonrakı hərbi xidmətlərə qədər uzatdı, cavanların hal-hazırki xidməti ilə öz dövrünün xidmətini müqayisə etməyə başladı. Deyirdi ki, bəzən kəndə çıxdığında yaxınlıqdakı əsgərləri görür, onlarla söhbət edib hal-əhval tuturmuş. Hələ bu vaxta qədər hansısa əsgərin xidməti canla-başla gördüyünü dilə gətirdiklərini eşidməyib. Deyir əsgərlərimiz həmişə nədənsə narazıdır. Bəlkə də bəzi nüanslarda onunla razılaşırdım, amma razılaşmadığım məsələləri açıq dedim. Məsələn öz xidmətimi xatırlamışdım. Təsadüf nəticəsində Davudla ikimiz də eyni hərbi hissəyə düşmüşdük. Bunun sevindirici bir hal olduğunu ilk günlərdə düşünsəm də sonradan bunun əksini düşünmüşdüm. Komendant bölüyünün kamandiri baş leytenant Zakirli gözümün qarşısında Davudun başından və kürəyindən dəfələrlə yumruğuyla (sadəcə botinkaları kirli olduğu üçün) zərbələr endirdiyi səhnəyə əsəb və ürək ağrısı ilə kənardan sadəcə baxdığım və əlimdən heç bir şey gəlmədiyi üçün sənə əziz olan insanla birlikdə xidmət etməyin əslində sevindirici fikir olmadığını anladım.
Davud belində yaranan ağrılara görə bir müddət Hissə daxili tibb
məntəqəsində yatmışdı. Onun üzünə baxa bilməsəm də ondan utansam da o, qətiyyən özümü günahlandırmağıma izin vermirdi. Mən müdaxilə etmədiyimə görə özümü günahlandırsam da Davud bunun əksini, müdaxilə edərək bütün xidmətimizi korlaya biləcəyimi düşünürdü; Zakirli daha da qəzəblənəcək, günümüzü qaraldacaqdı və biz sadəcə əsgər olduğumuz üçün heç kim tərəfimizi saxlamayacaqdı. Amma Davudun bu cür düşünməyi ilə işlər bitmirdi. İçimdəki qəzəb, nifrət və özümü qınama duyğusu məni rahat buraxmırdı. Hətda sonralar Zakirli mənim də başımı aşağı salaraq dirsəyi ilə kürəyimin tən ortasından vursa da məni ağrılarla baş-başa qoysa da yenə də Davudu vurduğu üçün içimdən ona qarşı nifrət püskürürdüm.
Ona əsgərlər arasında Zakı deyirdik. Otuz yaşlarında, hündür boylu bir zabit idi. Əsgərlikdən sonra da ona qarşı olan nifrətim davam etdiyindən bəzən onu tapıb ən yaxın dostumun əvəzini çıxmaq kimi dəlicə fikirlərə qapılırdım. Əlbətdə bu dəli fikirləri Davudla bölüşməmişdim, çünki məlum məsələ idi ki, qarşı çıxacaqdı.
Zakı barəsində araşdırma aparmışdım: əvvəllər riyaziyyat müəllimi
olmuşdu. Bir qədər zəhmli olması müəllimliyə otururdu, amma cəllad kimi acımasız olması müəllimlik adına qara ləkədən başqa bir şey deyildi. Çox ağıllı və iti yaddaşa sahib, gördüyünü daim xatırlayan və eşitdiyini heç vaxt unutmayan birisi idi. Onun ən dəhşətli cəzalandırma metodu əsgərin belindən dəfələrlə dirsəyi ilə vurması idi. Köhnə əsgərlər deyirdi ki, onun heç vaxt uşağı olmayıb və qəzəbləndiyi an əsgəri məhz bel nahiyyəsindən
vururaraq özünü sakitləşdirməyi bacarırdı. Çox kinli birisi olduğundan nəyinki əsgərlər, hətda zabitlər belə ona qarşı yalnışlıqla nəsə səhv bir hərəkət edərdilərsə, mütləq əvəzini çıxardı. Bəzi əsgərlər onu şeytan adlandırırdılar. Əvvəllər bir dəfə anonim bir əsgər gizli məktub vasitəsilə onu Komandanlığa şikayət eləmişdi. Komandanlıq bu məktubu sıradan, ağlağan bir əsgər narazılığı kimi qəbul etmiş, sadəcə olaraq Zakıya töhmət vermişdilər. Əvəzində isə Zakı əsgərlərə qarşı daha da qəddarlaşmış, yeni işgəncə metodları düşünüb tapmışdı. Buna görə də Davud tibb məntəqəsində Zakının ucbatından bir müddət yatmasına baxmayaraq biz onu şikayət eləmək kimi bir səhvi təkrarlamağa çalışmadıq. Necəki tanrı göz yumurdu ədalətsizliyə, eləcə də biz...
Bağban kişi əsgərlərimizi qınayarkən bütün bunlar ağlıma gəlmişdi və bu hekayəni - Davudu çıxmaq şərti ilə (çünki Davud onun dostunun oğlu idi və belə bir şeyi bilməsi həm artıq gec idi, həm də yaxşı nəticə verməyə bilərdi) - olduğu kimi ona nəql elədim. Bağban bir qədər fikrə dalmışdı. Məlum məsələ idi ki, onun da hansısa əzizlərindən hərbi xidmət çəkmiş və ya hələ xidmətdə olanı vardır, bəlkə də bu səbəbdən belə bir hekayəni ona danışmağım düzgün deyildi, amma susa bilməzdim, onun haqsız önyarğısının əsassız olduğunu deməliydim.
Danışdıqlarım Bağbana təsir eləmişdi. Dedi ki, “elə bir cəllad bizim millətdən ola bilməz, mən ancaq ermənilərdən belə bir vəhşiliyi
görmüşəm.” O, yenə yanılırdı. Tam da öz soydaşımız olduğunu dedim ona. “Əsgər nə günahın sahibi olur-olsun əsgər, bir qürbətə düşmüş
vətəndaşdır, ona qarşı bu cür zülm etmək insanlıqdan uzaqdır.” - deyə əlavə eləmişdi.
Aramızda uzun müddət səssizlik hökm sürmüşdü. Bu səssizlik mənə beş il bundan öncə aramızdakı bənzər səssizliyi xatırlatmışdı, lakin tək fərq, əvvəlki səssizliyi quşların nəğməsi pozurdusa, indiki səssizliyi pəncərəyə çırpılan yağış damlalarının intihar səsi və yanımdakı sobanın içindəki odunların çırtıltısı idi.
YOU ARE READING
Sonsuzluğa Səyahət (povest)
Mystery / ThrillerXatırlamaq... qurumuş bir yaranın qaysağının qopardılmasına bənzəyirdi. Yaram yenidən qanamışdı. Və bu güclü qanaxmanın gətirə biləcəyi ölümün qoxusunu hiss edirdim. Bu qoxu başımın ətrafında hərlənirdi