24

6 3 0
                                    

Evə qayıdarkən yolda halım daha da pisləşdi və burnumdan qan açıldı. Fərid sağ olsun qoluma girərək heç yorulmadan evə qədər məni gətirdi. Evə çatan kimi yatağıma uzandım və övladlarım, gəlinlərim mənim üçün narahat olaraq hamısı başıma toplaşdılar. Artıq mənə maraqlı deyildi, onların narahatlığı təbii idi, yoxsa süni. Hər-halda başımın üzərində toplaşmaqları ürəyimi rahatladırdı.
Mənim üçün həkim çağırmışdılar. Həkim mənə iynə vurdu, səhhətimi yoxladı və dedi ki, ürəyim normadan çox zəyif vurur, hər an infarkt keçirə bilərəm.

İynədən sonra məni yuxu aparmışdı. Nə qədər yatdığımı bilmirdim,
amma ayılanda hava qaralmışdı və həmişəki kimi gözlərimi açdığımda gördüyüm ilk adam nəvəm oldu. Kaş bu dəfə qızım Elza da mənimlə
olardı. Hiss edirdim ki, ömrümün başa çatmasına az qalıb, heç olmasa quyudan tapdıqlarımı onunla birgə müzakirə edərdik.
Quyudan tapdığımız qutu yadıma düşdü.
- Fərid, qutu hardadı? Yəqin ki, onu heç kimə verməmisən.
- Yox, baba, onu evə gələn kimi sənin otağında gizlətdim ki, ayılan kimi verim sənə.
- Afərin, ağıllı bala.
Uzandığım yerdən dikələrək kürəyimi balışa söykədim. Fərid də həmin vaxtda qutunu gizlətdiyi yerdən çıxararaq mənə verdi.
- Baba, quyudan topladığım şəkillər çox olduğu üçün onları ayrıca
paketə yığmışam. - Şəkillərlə dolu paketi də yanımdakı komodun üzərinə qoydu və qarşımdakı kətilin üstündə oturdu.
- Fərid, bala, səndən bir şey xahiş eləsəm olar? Ola bilər ki, baxacağım rəsmlər, ya da qutunun içindəki hər hansı bir əşya üzərində uzun-uzun düşünməli oldum. Bunun üçün məni bir müddətlik tək qoya bilərsən?
Hiss elədim ki, Fəridin ürəyicə olmadı.
- Yəqin ki, sən də istəyirsən də babanın yaddaşı geri qayıtsın? - dedim.
- Əlbətdə, baba.
- Eləysə biraz düşüncələrimlə tək qalmalıyam, sonra isə qutunun içindən çıxacaq hər şeyi sənə də təsvir edərəm. Danışdıq, mənim şirin nəvəm?
- Yaxşı, baba. Ümidvaram sən əvvəlki kimi sağalacaqsan. - deyib
həvəssizcə otağı tərk elədi.
Qutunu açmamışdan öncə paketdəki şəkilləri qucağıma töküb bir-bir
incələyirdim. Şəkillərin birində Raufla mən hansısa əyləncə
mərkəzindəyik, digər şəkildə velosipet sürməyə hazılaşırıq, digərində palıd ağaclarının tən ortasında piknik süfrəsi salmışıq. Birlikdə əks
olunduğumuz çoxlu şəkillərdən əlavə həm də Raufun istedadlı
fotoqrafçılığını sübut edəcək digər gözəl şəkillər də var idi: daha çox tərk edilmiş əraziləri, kimsəsiz binaları, fəaliyyəti dayandırılmış fabrikləri, zavodları və ya hündür bir yerdən ucsuz meşələri, dağların zirvəsindəki əsrarəngiz görüntüləri fotoaparatında qeydə almağı sevirmiş. Axı mən nəyə görə bütün bunları o quyuda gizlətmişəm? Heç bir fikrim yox idi.
Şəkilləri yenidən paketə toplayıb komodun üzərinə qoydum və kəskin kif qoxulu qutunu qucağıma alıb qapağını açdım. Qutuda müxtəlif əşyalar – saat, boyunbağı, taxtadan yonulmuş heykəllər və bir necə bloknot var idi.
Əşyaların mənə yoxsa Raufa aid olduğunu dəqiq bilmirdim, yəqin ki,
böyük ehtimalla ikimizə məxsus əşyalar idilər. Əşyaları diqqətlə
incələdikən sonra mənim üçün heç bir şey ifadə etmədiklərindən qutu ilə birlikdə kənara qoydum və bloknotu çıxartdım.
İlk səhifədə mürəkkəbi yayılmış “Davud” yazısını oxuya bildim,
bloknotu son səhifəyə qədər vərəqlədim; sıx və xırda yazılarla bloknotun axırıncı vərəqinə qədər bircə dama belə boş saxlanılmadan cümlələr muncuq kimi ard-arda düzülmüşdü. Çox güman ki, mənim gündəliyim idi, Raufun haqqımda yazmış olduğu növbəti qeyd dəftəri ola bilməzdi, çünki onun qeyd dəftərini artıq oxumuşdum və yazı xətləri tamam fərqli idi. Hər nə olur olsun, buradakı əşyaların yalnız mənimlə Raufa aid ola biləcəyi gerçəyini qəbul eləmişdim.
Bütün bu yazıları oxumağa taqətim qalmamışdı, artıq tam da olmasa
yataq xəstəsi idim və nəfəsimdə daralma var idi. Bacardığım qədər altı xətlənmiş və başlıqları məni cəlb edən hissələri oxuyacaqdım. Əgər
keçmişi xatırlamağım üçün həqiqətən önəmli bir əlyazma olduğunu hiss eləsəydim, cəhd edib tam oxuyacaqdım.
İlk səhifələrdə elə vacib yazılara rast gəlmədim, amma bir neçə vərəq
çevirəndən sonra altı xətlənmiş “Rauf” adının üzərində durmalı oldum.

Sonsuzluğa Səyahət (povest)Where stories live. Discover now