17

16 4 4
                                    

Əlbəttə "sonzuluq səyahəti"nə çıxmağımda səbəb təkcə Damlanın
hərəkətləri deyildi. Ümumiyyətlə son zamanlar insanların ətrafında özümü yad hiss edirdim. Davuddan başqa nə bir dostum olub, nə də anlayanım. Nə işlədiyim yerlərdə rahatlıq tapmışam, nə oxuduğum məktəbdə: Hər kəs özünü gözəl insan zənn edir; bəs görəsən yalnış kimlərdir? Hər kəs özündən savayı kimlərdənsə, nələrdənsə gileylənir, narazıdır, bəs görəsən kimsə özündən narazıdırmı, kimsə ətrafını deyil də özünü dəyişməyə səy göstərirmi? İyrənirəm saxtakar insanlardan. Onlarla çiyin-çiyinə yaşamaqdansa, təbiətin səssizliyini dinləməyi, kitablarla ünsiyyət qurmağı üstün tuturam. Kitablar daha çox səmimidirlər, ən azından mənfi obrazlarının çirkinliklərini danmırlar. Təbiət yalan danışmır, ən azından pələng acımasız yırtıcı, tülkü hiyləgər olduğunu heç kəsdən gizlətmir...
Beynim çox qarma-qarışıq idi, tam bir xaos yaşayırdım. Damla ilə
aramızda yaşananlar isə getməyimdə tətik rolunu oynamışdı.

Bütün bu fikirlər ətrafında Bağbangildən ayırılıb yenidən yollara
çıxandan sonra düşünməyə başladım. Həqiqətən təbiətə çox ehtiyacım var imiş, heç vaxt barəsində düşünmədiyim fikirlər beynimə gəlir, sanki öz içimin dərinliyinə bir körpü uzadırdı.
Yol boyu Davud ilə keçmişdə keçirtdiyimiz günləri də xatırlayıb
xəyallara dalırdım: uşaqlığımızı, əyləncələrimizi, ilk dəfə bir qıza aşıq olmağımızı, ilk döyülməyimizi xatırlayırdım. Uşaqlığımızın ən maraqlı günlərinimizə şahid olan iki qoca palıd ağacını, ilk dəfə o ağacların
altında siqaret çəkməyimizi, dərdləşməyimizi heç vaxt unuda bilməzdim. Palıdlar da bizim kimi bir-birinə bənzəyirdilər, ağacların birində mən, digərində də Davud öz adını oymuşdu. Hətda uşaq ikən bir ağacdan digərinə rabitə əlaqəsi çəkmişdik, hərəmiz öz ağacımıza dırmaşaraq bir-birimizlə əlaqə saxlayırdıq. Bir dəfə kəndimizdəki dağlarda meşə yanğınları başlamışdı. Həmin vaxtlarda 17 yaşlarındaydım, ailəmlə şəhərə yenicə köçmüşdük. Davud
mənimlə əlaqə saxlayaraq meşə yanğınları barəsində məni
məlumatlandırdı. Yanğınlar daha şiddətləndiyinə görə bütün kənd camaatı könüllü olaraq dağlara səpələnmişdilər ki, yanğınlar kəndə çatmamış qarşısı alınsın. Dərhal şəhəri tərk edərək kəndə gəlmişdim, Davudla qoşalaşaraq könüllülər cərgəsinə qatılmışdıq. Kəndimizlə meşə arasında bizim üçün çox dəyərli olan qoşa palıd ağacı öz sinələrini sipər edib durmuşdular. Bu ağacları bizim üçün dəyərli edən səbəblərdən başlıcası o idi ki, iki ağacın tən ortasında dərin bir quyu qazımışdıq və uşaqlığımızdan bəri xatirələrimizi üzərində əks eləyən əşyaları orada gizləmişdik və üzərini də yaxşıca bağlamışdıq. Bu ağaclar və quyunun dibindəkilər bizimçün çox şey ifadə edirdi: bu səbəbdən, kəndimizlə bərabər bu iki ağac üçün də çox narahat idik. Meşə yanğınlarına cəlb olunmuş helikopterlər kəndin yaxınlığındakı göldən su yığaraq yanğının lap qaynar nöqtələrinə tökürdülər. Qonşu kəndlərdən yanğınsöndürənlər, Mülki Müdafiə Qoşunlarına aid hərbi hissələrdən əsgərlər hadisə yerinə cəlb olunmuşdu. Yenə də yetərsiz idi, yanğının qarşısını tam almaq olmurdu. Gecələr göy üzü işıl-işıl parıldadığından kənddə heç kəsin gözünə yuxu getmirdi, dağların başından şeytanın buynuzları kimi havaya qalxan qırmızı od dilimləri uşaqlı-analı hər kəsin kabusuna çevrilmişdi.
İki həftəyə yaxın meşələrdə gecələdik, qızışmış daşların gözlənilmədən partlaması nəticəsində bəziləri yanıq xəsarətləri aldı, qaynar kömürün üzəri ilə hərəkət etdiyimizə görə ayaqlarımızın altı kabab kimi qızardı, sıx moruq kollarının tikanlarını gözləmədən irəliyə həyəcanla
addımladığımızda qollarımız və ayaqlarımız kəsik-kəsik oldu. Yanğının qarşısını almağa çalışan o qədər çox insan var idi ki, xüsusi alətlər hər kəsə çatmırdı, kimiləri ermaklarla (su fışqırdan, çantaya bənzər xüsusi alətlə) odu sulayaraq söndürməyə çalışırdısa, kimiləri də məcbur qalaraq bel və ya əlinə düşən hər bir şeydən istifadə edərək yanğının üzərinə torpaq atmağa çalışırdı. Bütün bu əziyyətlər on beş gün davam elədi və nəhayət birləşdirdiyimiz gücün sayəsində meşələri və kəndimizi xilas eləməyi bacardıq. Və əlbətdə Davudla mən palid ağaclarını qoruya bildiyimizə görə daha çox sevinirdik.
Bir müddət sonra FHN-nin göstərişi ilə kəndin məktəbində və
mədənniyət ocaqlarında asılan plakatlarda və lövhələrdə meşənin
yanmasına səbəb siqaret göstərilmişdi; əhali sıx meşələrdə siqaret
çəkməməyə və ocaq qalamamağa səslənilirdi. Davud bu plakatları
gördüyündə həmişə qoşa palıd ağacını düşünürdü və sırf onların naminə siqareti tərgitdi. O siqareti tərgidincə mən də trəgitdim. Bir müddət sonra hərbi xidmətə yola salındıq. Eyni qoşunlara düşdüyümüzü bilsək də eyni hərbi hissəyə düşdüyümüzdən bixəbər idik. Ayın əvvəli Davudu xidmətə yola saldıq və eyni ayın sonu məni də hərbi komissarlıqdan eyni hissəyə göndərdilər...

Sonsuzluğa Səyahət (povest)Unde poveștirile trăiesc. Descoperă acum