10

18 5 5
                                    

Sistemdən ayrılıb təbiətə üz tutmamışdan öncə 1000 manat pulum var idi 500 manatını səyahət ləvazimatlarına xərclədiyim halda qalan məbləği yollarda lazım olar deyə üzərimdə saxlamışdım.
Eh pullar!
Əlbətdə bu qədər məbləğin toplanması mənim üçün elə də asan deyildi. Pullara nifrət edirdim, amma yaşam üçün, arzuladığım xoşbəxt ailə üçün, olmasını dua etdiyim bir qız evladı üçün işəliyb para qazanmaq məcburiyyətində idim. Məcbur idim və qazanmağa çalışırdım. Amma indi nə xoşbəxt ailəm var, nə də arzuladığım qız evladı. Deməli pul qazanmaq məcburiyyətində deyiləm artıq.
Amma bir vaxtlar bunun əksi üçün çalışmalıydım, çünki bir ailəm var idi, daha doğrusu bir həyat yoldaşım var idi.
Anamla qardaşım Bakıda yaşayırdılar. Atam artıq uzun zaman idi ki,
onlarla deyildi, çünki 2025-ci ildə baş vermiş Qarabağ müharibəsinə yola düşən atam 2026da şəhid olmuşdu. Atam şəhid olanda mənim 5 yaşım olduğundan onun üzünü yalnız şəkillərdən və anamın danışdığı xatirələr sayəsində xəyalımda canladırıram.
Atam müsəlman dininə mənsub olsa da anamın inanıb dua etdiyi Tanrı İsa peyğmbər idi. Qatı dindar olsalar da onları sevginin gücü
birləşdirmişdi. 2020-ci ildə onlar evlənərkən atam düşünüb ki, gələcək günlərdə müsəlmançılığa xas olan adətə əsasən qadınla evlənib onu öz dininə mənsub edəcək. Bəlkə də elə düşünməyib, sadəcə öz qatı dindar atasını yola gətirmək üçün özü uydurub ki, yoldaşını da evlənəndən sonra müsəlman edəcək, təki qızı alsınlar onun üçün. Və nəticə gözlənildiyi kimi olmadı: anam, öz dinini sevgi münasibəti ilə qarışdırmağın əleyhinə çıxdı və sevgisi kimi dini inancını da qoruyub saxladı. Onlar bir-birlərini daim sevmişdilər, mehriban yaşamışdılar, amma məsələ din olurdusa, aralarında mübahisə düşür, bir ailənin ayrı ştatlarına dönüşürdülər. Əlbətdə uşaqlar nə qədər kiçik olsalar da bunun mənfi nəticələrini mütləq çəkəcəkdilər. Zaman keçdikcə vəziyyət daha da mənfiyə doğru enirdi, həm də müharibənin qoxusu artıq ölkədə hiss olunurdu və bu, istər-istərməz bəzi ailə psixologiyalarına mənfi təsir göstərirdi. Evdəki bağırtılar, atamın din barəsindəki münaqişəli çıxışları, hətda əsəbləşərək (sırf ermənilərə görə) xristianlığı təhqir eləməsi anamı da özündən çıxarırdı. Lakin anam əsəbləşsə də heç vaxt din barəsində aşağılayıcı, təhqiramiz sözlərdən istifadə etməyibmiş, hətda atama görə yeri gələndə yas məclislərində başına şal da örtmüş, atamın başını daim uca saxlamağa çalışıbmış.
Onlar 2020-ci ilin ilk ayında evlənəndə atamın 28, anamın 20 yaşı var idi. Mən həmin ilin sonlarında doğulmuşdum və qardaşım da məndən iki il sonra doğuldu. Atam şəhid olanda mənim 5 yaşım var idi.

Sonsuzluğa Səyahət (povest)Where stories live. Discover now