33

27 6 5
                                    

Davud baba əlindəki bloknotu mənə uzatdığı an gözləri qapandı və əli çarpayıdan aşağı sallandı. Mənim indi 30 yaşım var, lakin həmin vaxtı 14 yaşım var idi və ilk dəfə mənimçün ən əziz insanın ölüm anına şahidlik edirdim. Yerimdə donub qalaraq babamın ruhunu tapşırması anını izlədiyim o səhnə indi də gözümün önündən keçmir. Üzü göm-göy oldu, çənəsi dəfələrlə aralanıb bağlandı.
Mən arxa-arxaya qapıya tərəf hərəkət edərkən çarpayıdan sallanmış əlini gördüm, hələ də bloknotdan bərk-bərk yapışmışdı.
Həmin gecə çox güclü tufan qopdu. Bir neçə gün sonra Elzanın istəyilə babam üçün əziz olan tək palıd ağacının hüzuruna, xüsusən quyunu
görmək üçün getdiyimizdə qoca ağacı əvvəlki vəziyyətində görmədik. Ağac böyrü üstə aşmışdı və kökləri quyunun içinə nüfus elədiyindən quyunu darmadağın eləmişdi, əvəzində böyük bir çuxur əmələ gəlmişdi.
Babamın bloknotu daxil olmaqla quyudan tapdığımız qutunu, Raufun çəkdiyi bütün şəkilləri Elzaya təhvil verdim. O, şəkilləri və atasının
əlyazmalarını bir araya toplayaraq çox gözəl bir albom yaratdı.
Mən isə yaşım ötdükcə futboldan uzaqlaşdım, çünki yazıçı olmaq və
özümü bu sahədə görmək istədiyimi kəşf elədim və hekayələr yazaraq (əlbətdə Elzanın böyük dəstəyi ilə) ölkədə tanındım.
Bu gün isə Davud babamın və onun ən yaxın dostu olan Raufun
əlyazmalarını oxuyaraq, onların daxili aləmlərinə işıq tutmaq məqsədilə, hərçənd acı xatirələri özündə əks eləsə də belə bir həyat hekayəsi yazdım.
Daha doğrusu, həyatların hekayəsini yazdım...

Sevimli Davud babanın xatirəsinə hörmətlə, Fərid.

son

Noyabr, 2019 - Fevral, 2020
Kamran səməd.

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Jun 14, 2021 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

Sonsuzluğa Səyahət (povest)Donde viven las historias. Descúbrelo ahora