“Cəhənnəm boş, bütün şeytanlar burada.”
William Shakespeare.
Bakıdan bir xeyli uzaqlaşmışdıq. Sağı və solu yaşıl düzənliklərdən ibarət düz bir şossenin kənarında qaya parçasının üzərində oturmuşam. Palçıqlı Nivamızın gözəlliyi gözə gəlmişdi: xarab olmuşdu. Şofer yarım saat bundan öncə tərk elədiyimiz kiçik bir kəndə daxil olan kimi yol kənarındakı məscidin nəzir qutusuna pul salmışdı. Əvəzində isə kəndi tərk edən kimi, maşın xarab oldu və səssiz bir düzənliyin tən ortasında qaldıq.
Bayaqdan bəri heç danışmayan sürücü deyinməyə başlamışdı. Düşünürdü ki, yolun ortasında nəzir atdığı üçün Allah ona qəzəblənibmiş. yola başlamamışdan öncə nəziri atmasının daha doğru ola biləcəyini vurğulayırdı. Mən isə may ayının təravətli yaz havasını ciyərlərimə alaraq gündəliyimdə qeydlər aparmağa davam edirdim. Təbiətə doğru start verdiyim (Forrest Gump sayağı) qaçışın artıq ilk saatlarında məcaralara başlamışdım.
Bəzən qələmi durdurub eynəyimin üstündən şoferə baxırdım. Bədəninin yarısı kaputun içinə girmiş oğlanın qoca qarılar kimi deyinməsi maşının motorunda əks-səda verirdi.
Onun deyinmələrinə dözə bilməyib gündəliyi və kitabı çantama
yerləşdirdim, sözləşdiyimiz məbləğin yarısını arxa oturacağa qoydum və yol boyu irəliyə getməyə başladım. O, hələ də deyinirdi, lakin getdiyimin fərqində deyildi. Təxmini yüz metr uzaqlaşmışdım ki, arxamca çığır-bağır saldı. Geriyə dönüb ona əl yellədim, şəklini çəkdim və yoluma davam elədim.
“Sənin inandığın Tanrı bizi hələ çox yolda qoyar”.
Yol boyu aypodumu işə salmaqdansa özüm-özümlə danışmağı daha
məqbul hesab elədim.
Həqiqətənmi Tanrının bu cür xırda məsələrə müdaxilə elədiyini düşünür insanlar? Bəs niyə dünyadakı qlobal problemlər öz həllini tapmadıqda onların bəhs elədiyi Tanrı məsələyə müdaxilə eləmir? Keçən günlərdə “DeepDark”da dolaşarkən, on yaşlarında qaradərili bir uşağın afrika ölkələrinin birində çox əziyyətlə qətl olunduğunun video görüntülərini izləmişdim. Əvvəlcə qollarını dirsəkdən küt maçetlə kəsib qopardılar, daha sonra isə zarıyan uşağın başına vurmağa başladılar ki, ölsün. Göründüyü kimi, uşağın ölməsindən çox əziyyət çəkməyini istəyən terrorist qruplaşmasının bu videonu çəkməkdə məqsədi, yəqin ki, əks qüvvələri qorxutmaq, öz acımasızlığını nümayiş etməkdir. Bəs belə siyasi məsələlərə qurban gedən o körpənin ürək parçalayan ölümünə göz yuman Tanrı, məscidə vaxtında nəzir atılmadı deyə bizi yolun yarısında qoyan həmin Tanrıdırmı?
Əlbətdə mən ateist deyiləm, Tanrıya və fövqəltəbii qüvvələrə inanıram, lakin bu qüvvələrin hələ heç bir insan təfəkkürünün, insan beyninin qavradığını zənn eləmirəm. Məncə tarix boyu yaşamış bütün insanlar Tanrını tanıtmaqda bəzi səhvlərə yol veriblər və daha çox öz beyinlərində qeyri-şüurlu və ya sırf avam camaatı aldatmaq üçün şüurlu yalanlarla Onu tanıdıblar. Bəlkə də tarix boyu hansısa zaman dilimlərində Tanrının fəlsəfəsinə azacıq yaxınlaşmağı bacarıb insan evladı, lakin daha sonrasında uzaqlaşmaqdan başqa heç bir işə yaramayıblar.
Bəlkə də Tanrı insanlara küsüb (nədənsə Tanrı deyərkən ilk ağlıma gələn görüntü onun küsüb kənarda oturan uşaq kimi ağlaması olur). Zənnimcə Tanrı aşırı melonxolikdir, eynən bəzi insanlar kimi, onu
müqqəddəsləşdirmək, ondan qorxmaq yerinə onu anlamağımızı,
ümüdlərini doğrultmağımızı istəyir. Biz isə günü-gündən daha çox ondan uzaqlaşırıq. İnsanların ona heç cürə yaxınlaşa bilməməsinə, hər dəfə yaxınlaşdıqca yenidən yollarından azaraq daha çox şeytanlaşdıqlarına görə O, bizdən bezib.
Mənə elə gəlir ki, insanlardan küsmüş Tanrı ümumiyyətlə dünyadakı
həyatla zərrə qədər də maraqlanmaq istəmir (bəlkə də tamam başqa bir dünyanın saleh insanları Tanrının ümidlərini doğrultduqlarına görə ona daha çox maraqlıdırlar: əgər belədirdsə, Tanrı burada səhv edir və onu qınayıram). Məhz O, Dünyadan üz döndərdiyinə görə dünyamızı bizim xəbərimiz olmadan digər insan toplumları idarə edirlər: tanrıdan uzaq olan, Dünyada Tanrılıq etməyi qərara alan toplumlar. Bizim içdiyimiz hər su damlasını, televizordan izlədiyimiz hər bir şeyi, filmləri, həmin filmlərdə beynimizi müəyyən istiqamətdə yönlədirməyi bacaran insanlar bunu nəyə görə edə bilirlər, ola bilərmi ki, dünyamız ilahi nəzarətdən uzaq qalıb?
Bəzi düşüncələrimlə hardasa Tanrıya yaxınlaşdığımı düşünürəm.
Yaxınlaşdığıma görə də bəzən Tanrı yuxularıma gəlir, bəzən də mənə
doğru qaçış yolunu göstərir. Mən həmişə ondan çıxış yolu istəmişəm.
Həqiqi inandığım Tanrıdan yardım diləmişəm ki, bu zalım dünya da mənə və məzlumlara qaçış, xilas yolu göstərsin...
Və budur O, mənə an əsl qaçış yolunun olmadığını anlatdı. İnsanlar, mərkrli xislətlər, yalnız cinsiyyət orqanları və mədələri üçün yaşayan, lakin bəzi şairanə insanlar tərəfindən mənasız sex duyğularının sevgi adı altında müqəddəsləşdirən insanlar hər yerdədirlər, çünki Dünyamız dairəvidir, hara getsən onların qarşısına çıxacaqsan.
Əgər qaçış yolu varsa, sonu ölümdür və deməli bu yaşam üçün sağlam qaçış sayılmır. İnsanlar sağ qalmaq, və inkişaf etmək üçün tarix boyu
toplumlar şəklində yaşayıblar. Yalnız toplum. Toplum isə, az öncə qeydelədiyim kimi, iyrəncdir, şeytanidir. Toplumlar iri imperiyaları yaradıb, toplumlar ölkələr yaradıb və onları sərhədə salıb, toplumlar birləşərək avamları idarə eləyib. Bir toplum digər toplumla birləşirsə çox güman ki, üçüncü topluma qarşı ya müdafiyə (müharibə qoxusu) məqsədi güdürlər, yada o toplumu yıxmaq planları (müharibə qoxusu) var. Mən isə bütün bu cəfəngiyyatlardan uzaq yaşamaq istəyirəm...
Tanrım mənə bildirdi ki, sadəcə ölümdür bu dünyadan qaçış, və ölmək zəyiflik deyil, aid olmadığın ortamdan ayrılmaqdır, hansı ki, sənin o
ortamda əyləşdiyin hər saniyən qəbahətindir.
Buraya qədər gəlməyimdə Tanrı özü mənim əlimdən tutub (çünki o da
mənim kimi müqəssirdir və bunu anladığım halda ona tərəf gələn bəlkə də tək insanam). Mən bu qaçışa start verdiyim andan bəri Tanrının isti nəfəsini hiss etməyə başlamışam. Sanki üzünü yana tutmuş, bütün pisliklərə arxasını çevirmiş Tanrı mənə sarı dönmüşdü. Mən insanlardan qopub ona sarı gəlirdim və O, isti qucağını mənə açmışdı.Nivadan ayrılarkən belə bir fikir girdi beynimə: görəsən mənim Tanrım səhv yolda olduğuma görə – maşını xarab etməklə - məni geri qaytarmaq üçün mesajmı yollayır?! Amma mən yolumdan dönmədim, irəlilədim və az sonra Tanrım yenə də əlimdən Tutdu...
YOU ARE READING
Sonsuzluğa Səyahət (povest)
Mystery / ThrillerXatırlamaq... qurumuş bir yaranın qaysağının qopardılmasına bənzəyirdi. Yaram yenidən qanamışdı. Və bu güclü qanaxmanın gətirə biləcəyi ölümün qoxusunu hiss edirdim. Bu qoxu başımın ətrafında hərlənirdi