20

10 4 0
                                    

Meşədə yıxıldığıma görə ayağımı yüngülcə əzmişəm.
Yıxılarkən qolumdakı saatımı qırdım, hal-hazırda saatın neçə olduğunu bilmirəm. Onu bilirəm ki, gecədir və Zakirlini vurduğum axşamdan sonra iki dəfə günəşin doğmasını izlədiyimə əsasən neçə gün meşədə olduğumu təxmin edə bilirəm.
Azmışam və hava soyuqdu.
Çadırımı qurmuş olsam da çadırın kənarında ocaq qalaya bilmirəm.
Meşəbəyinə tutulmaqdan ehtiyyat edirəm.

Zakirlini vurduqdan sonra bütün gecə boyu meşənin dərinliklərinə
dalmışdım və səhərə yaxın saatlarda çör-çöp, qurumuş budaq toplayaraq ocaq qaladım. Çox üşüyürdüm, azacıq qızdırmam var idi. Yediklərimi elə həmin dəqiqə qaytarırdım.

Mənim ocaq qaladığım ərazinin qarşısında nöqtə boyda meşəbəyinin
fərqinə varmışdım. Atın üzərində olması onu daha çox bəyan edirdi. Amma görünür mənim qaladığım ocağın tüstüsü də məni çox gözəl ələ vermişdi: bu sonsuz sıx meşələrin dərinliklərində, uca dağların incs-cins olmayan ətəklərində icazəsiz olaraq budaqları qırıb ocaq qalayan naməlum bir obyekt.
Ocağı söndürməyə çalışsam daha çox tüstü verdi və meşəbəyi mənə tərəf götürüldü.
İçimdə ağlayan, xəstələnmiş, qızdırma içində yanan burnu fırtıxlı uşaq yerində oturub gözləyərək meşəbəyinin onu tapmasını arzulasa da o uşağı dinləyə bilməzdim. Meşəbəyi tərəfindən sorğu-sual oluna bilərdim. Bəlkə də Zakirli onu vuran adamı axtarışa vermişdi və mən meşədə gizlənməyə çalışan şübhəli şəxs kimi saxlanıla bilərdim və kimliyim dəqiqləşdiriləndən sonra bir vaxtlar da Zakirlinin əsgəri olduğum öz təstiqini tapsaydı işim daha da çətinləşəcəkdi. Bu mövzuda riskə gedə bilməzdim.
Bu səbəbdən meşəbəyilə bir neçə saat qovalamaca oynadıq. Sonda izimi itirdi. Əvəzində isə kiçik arxa yıxıldım və ayağımı əzdim.
Olsun.
Üzərindən iki gün keçib.
Hal-hazırda, bayaq qeyd elədiyim kimi çadır qurmuşam, içini öz
nəfəsimlə və kiçik şamla qızıtmağa çalışıram. Amma qızdırmam daha da şiddətləndiyinə görə çadırım isti olsa belə mənim üşüməyim normaldır.
Sanki gözlərim od tutub yanır, zəyif şamın işıqlatdığı çox kiçik
traektoriya qızdırmalı baxışlarımda daha tünd işıq saçır sanki. Əllərim titrədiyindən qeydləri davam edə bilməyəcəyəm, bu səbəbdən yazını
hələlik yekunlaşdırıb yatmağa çalışacam.
Qalın-qalın bürmələnib tərləməliyəm.

Sonsuzluğa Səyahət (povest)Where stories live. Discover now