Elzanın açıqcasını qatlayıb komodun üzərinə qoydum və bloknotu
yenidən əlimə aldım. Öz qeydlərimi bitirən kimi Elzaya məktub
göndərməliydim. Elzanın quyuda gizlənənlərdən, mənim qeyd dəftərimdən xəbəri yox idi. Mənim qeydlərimi oxuyub bəlkə bəzi cavablar ala bilərdi. İlk öncə mən özüm bəzi şeyləri – quyuda gizlətdiklərimin əsl səbəbini anlamalıydım.... Elza ali təhsil almaq üçün şəhərə üz tutdu. Uşaqlıqdan arzusu
jurnalist olmaq idi və arzuları bir-bir gerçəkləşirdi. Raufun qızını göz
bəbəyim kimi qoruyurdum, öz uşaqlarımdan fərqləndirmirdim, onun sevinci mənim xoşbəxtliyim idi.
... oğlum ali təhsili bitirəndən sonra sevdiyi insanla xoşbəxt bir ailə
həyatına imza atdı. Bir atanı və ananı bunun qədər başqa nə xoşbəxt edə bilərdi ki? Qızımın yaşı hələ az idi. Onu da Allahın rizası ilə oxudub savadlı böyüdəcək, hər cür xoşbəxtliyini təmin eləməyə çalışacaqdım.
...bu qədər illər keçdi amma Raufdan heç bir xəbər ala bilmədim. Başına bir iş gəldiyinə inanmaq istəmirdim....Elza çox hazırcavab və atası kimi hər şey ilə maraqlanan bir qız idi.
İlk dəfə yeniyetməlik dövründə yoldaşım onun saçlarını hörərkən Elza saçlarının rənginin niyə anasının qara saçlarından fərqləndiyini
soruşmuşdu. Daha sonrasında dəfələrlə bu ailədə niyə heç kimin
gözlərinin onun gözləri kimi yaşıl olmadığı ilə maraqlanmışdı.
Xatırladığım odur ki, qızın bu suallarına həmişə doğru-düzgün bir cavab verə bilməyib söhbəti dəyişmişdik.
Onu bilirəm ki, reallıqlarla Elzanı tanış eləməyə güc tapa bilmirdim.
Əslində reallıqdan özüm də bixəbər idim: atasının sağ ya da ölmüş
olduğundan əmin deyildim. Hər an qayıda bilərdi və bunu Elzaya necə deyəcəyim barəsində qərarsız idim. Əsl anası Damla haqqında isə
ümumiyyətlə söz açmaq istəmirdim. Acı həqiqət budur ki, Raufun
dünyasını o qaraltı və bu cür bir keçmişlə Elzanı qarşı-qarşıya qoymaq istəmirdim. Hətda Elza uşaq yaşlarında ikən Raufla birgə olan bütün
şəkillərimizi toplayıb yeniyetməlik dövrümüzdə Raufla qazımış olduğumuz quyuda gizlətdim. Rauf barəsində ona nələrsə desəydim bəlkə də onu getməyə buraxdığım üçün mənə əsəbiləşəcəkdi, ya da onun sağ olub qayıtmasına ümid edib ömrü-günü fikir çəkməkdən mənim kimi qaralacaqdı. Digər tərəfdən də anasını axtarmağa çıxa bilərdi ki, öz başını ağratmasını istəməzdim. Bütün bu fikirlər məni qərarsız qılırdı və bu qədər müddəti içimdə keçirtiyim, amma heç kimə biruzə vermədiyim narahatlıq, qeyri-müəyyənliklə necə yaşadımsa bir Allah bilir. Bu minvalla Günü günə, ili ilə caladım və bir də gözümü açdım ki, Elza oxumaq üçün şəhərə köçdü.... 2070-ci il. 50 yaşım var idi və mənimlə eyni yaşda olan həyat
yoldaşım xəstəlik ucbatından vəfat elədi. Həyatımın daha böyük bir
sarsıntısı çiyinlərimə qondu. Əvvəllər Rauf barəsində olan
narahatçılığımı, Elzaya bu sirri aça bilmədiyimə görə çəkdiyim əzabları yoldaşımla bölüşərdim, o mənə bu mövzuda təskinlik verərdi və bu zamana qədər Raufun böyük ehtimalla ölmüş ola biləcəyini deyərək bəlkə də Elzaya bu barədə danışıb qızın həyatını qaraltmaqdansa ondan gizlətməklə çox da qəbahətli bir iş görmədiyimi bildirərək mənə ürək-dirək verir, narahatçılığımı yatırmaqda mənə yardımçı olurdu. Amma artıq həyat yoldaşım, həmişə yanımda olan can yoldaşım da məndən ayrıldı, məni bu dərdlərin içində tək qoyub getdi.... Elza artıq yeniyetmə deyildi. 25 yaşlı gənc, dolğun bir qadın idi.
Arzularının ardıyca getməyi həmişə bacaran biri olduğuna görə artıq
jurnalist kimi fəaliyyət göstərirdi. Amma hər nə olur olsun, arabir kəndə mənim, doğmalarının yanıma qayıdanda bəzən baxışlarındakı sualları sezə bilirəm və bu mənə çox ağrı verir.
... 2076-cı il. Elza yanımıza çox gec-gec gəlsə də onu hər gün televiziya
xəbərlərində görür, səsini eşdirdik. Mən yaşlandıqca, nəvələrimlə vaxt keçirdikcə keçmişdəki dərdli günlərimi yavaş-yavaş beynimdən çıxarmağı bacarmışdım.
Elza öz kariyerasında o qədər irəli getmişdi ki, ən gözəl mükafatlara
laiq görülmüş, ölkə üzrə tanınmış bir jurnalist olmuşdu. Həmişə xoşbəxt görürünməsi, üzündəki təbəssüm mənim ürəyimə hüzur bəxş edirdi. Yəqin ki, artıq keçmişdəki bəzi suallar artıq onu narahat eləmirdi, hərçənd hər zaman gəlib mənimlə qarşı-qarşıya oturaraq onun əsl atası olub-olmadığımı soruşa bilərdi.... gecə dəhşətli yuxular görməyə başladığımdan bəri yenə də
rahatçılığım məndən uzaqlaşdı. Gecə kabuslarım - reallığını Elzadan gizlətdiyim üçün onun qəzəbinin təcəssümü deyil, Raufu getməsinə izin verdiyim üçün özümə duyduğum nifrətdən, qəbahət hissindən doğurdu. Yuxularımda Raufu görürdüm: onu uçurumdan öz əllərimlə aşağıya itələyirdim. Başqa bir gecə yuxumda görmüşdüm ki, Rauf uçurumdan atlayır, lakin mən ona yardım əlimi uzatmıram. Bu yuxular demək olar ki, hər gecə təkrarlanırdı.
Yuxular... əbəs deyildi, Allahdan bir işarə idi və açıq aydın nə məna kəsb elədiyinin fərqində idim. Bir mənalı olaraq Raufun qapıma gəldiyi son gün onun getməsinə izin verməməliydim. Getməsinə göz yumduğum üçün açıq-aşkar mən idim günahkar və bunun əksi olsaydı indi Rauf qızıyla fəxr edəcək, birgə çox gözəl günlər yaşayacaqdılar.... bir səhər yenə də yuxudan kabuslarla tər-su içində qalxmışdım. Bu
vicdan əzabı ilə yaşaya bilməyəcəkdim. Nə edim bəs? Canıma qəsd
eləsəydim uca Allah məni heç vaxt bağışlamazdı. Amma belə də artıq
yaşaya bilmirdim. Allaha yalvarırdım ki, ya canımı alsın, ya da keçmişlə bağlı xatirələrimi silsin.
Yuxudan ayıldığımdan bir neçə saat boyunca, Raufla gənclik
çağlarımızda palıd ağaclarının altında oturarkən onun dediyi sözlər
beynimdə uçuşurdu; həm də Raufun öz səsiylə.
“Hündür bir uçurumun kənarı ilə məqsədsiz irəli-geri qaçan birisi
ayağının sürüşməsi və ya uçurumun kənarının tökülməsi səbəbiylə oradan yıxılarsa bu intihar sayılarmı?”
Hava sakit, göy üzü buludsuz, günəşli idi. Baltamı hazır yanıma
qoymuşdum, evdəkilərə deyəcəkdim ki, meşəyə odun yığmağa gedirəm. Əslində isə özümü Allaha tapşırıb uçurumun kənarına pənah aparacaqdım. Qoy Allah bildiyi kimi eləsin...Davud, 56 yaş, 2076-cı il.
YOU ARE READING
Sonsuzluğa Səyahət (povest)
Mystery / ThrillerXatırlamaq... qurumuş bir yaranın qaysağının qopardılmasına bənzəyirdi. Yaram yenidən qanamışdı. Və bu güclü qanaxmanın gətirə biləcəyi ölümün qoxusunu hiss edirdim. Bu qoxu başımın ətrafında hərlənirdi