Ön sözə bənzər bir şey...

607 48 1
                                    

Yazarkən  çox əyləndiyim  hekayəmi nəhayət ki , paylaşıram :D .
 "Dinq-donq" adlı  hekayəm 7 ay əvvəl ( 2015 yanvarın axırları ) yazılmaga başlamış və Whatsapp qrupunda paylaşılmış  olsa da müəyyən olmayan :) səbəblərdən  yarımçıq qalmışdı. Bu gündən köhnə  bölümləri bəzi kiçik düzəlişlər edərək Wattpad'da    paylaşacaq və o   ərəfədə yeni bölümlərini tamamlayacagam. Qeyd edim ki , bu hekayə  "Buludlar üzərində rəqs"dən sonra ikinci hekayəmdir və burada da hadisələr sevimli universitetim ATUda cərəyan edir . Deyirəm , hekayələrə ayırdığım vaxtın yarısını dərslərimə həsr etsəydim  artıq cərrah olaraq əməliyyatlara girirdim . Bir az ag elədim  son cümlədə , razıyam .
Bəs nədir Dinq-Donq ? Nədənsə hekayəmi oxuyan dostlarımdan heç kim bu haqda məndən soruşmayıb . Soruşublarsa da xatırlamıram .
Ding-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun"  ömürlük sükuta qərq olduğunu  zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini düşünürük . Amma zəif sandıgımız birinin  sehirli toxunuşuyla o zəng hərəkətə gəlir və ətrafa    daxili dünyamıza  qədər  işləyəcək  güclü bir  səs yayılır . Bəs ,fikrinizcə ,  bu səs ən çox kimə təsir edir  ? Məhz zəngi hərəkətə gətirən o şəxsə...
Bax belə :) 1ci bölümdə görüşənədək ...

Dinq-DonqWhere stories live. Discover now