[14 dekabr]
İlkin çantasının ciblərini , dolabları , rəfləri ələk-vələk eləsə də axtardığını tapa bilmirdi .
-Bu fləşkartı hara qoymuşam ?
Anidən yadına düşdü ki , əşyanı kecən həftə Aydına verib . Nömrəni yığıb oglana zəng edəndə Aydın xəttin digər başından :
- Hə , İlkin .- mızıldayaraq cavab verdi .
-Alo , Aydın . Qulaq as mənim fləşkartım səndəydi . Sabah mütləq gətir .Biofizikadan sərbəst işləri çıxartdırmalıyam .
- Ay daa . Fləşkartını Məryəmə saxlamaga vermişdim . Yadımdan cıxıb onda qalıb .
- Məryəmə ? Off . Aydın , zəng elə de ki , sabah gətirsin .
Yuxudan oyandıgı səsindən cox gözəl bəlli olan Aydın :
- Konturum yoxduye ... Özün de...Yaxşı , sagol .
İlkin - Whatsappda yaz .- desə də Aydın artıq telefonu onun üzünə qapatmışdı .
" Neyniyim indi ? Bəlkə qrup uşaqlarından birinə deyim ki , Məryəmə zəng eləsin . (saata baxdı) Yox gecdi ...Həm məndən soruşmazlar ki , niyə özün demirsən ? Tərslikdən , fləşkart sabaha lazımdır . Onunla necə danışacam axı ? (gülümsədi) bəlkə də hec mənə ehtiyac olmadı ."
***
# - Ay xanım , sən Rusetə gedən kişidən nə gözdüyürsən ? Axtarma onu . Tapsan da , onnan saa kişi olmaz daha .
Xoşqədəm agır addımlarla "ekspert"ə yaxınlaşdı :
- Sakitləşin , Rəşid məllim . Qadın neynəsin ? (kameraya baxaraq) Tək günahkar bu qadını atıb gedən o adam deyilmi məgər ? #
Rəhilə televizorun səsini qısıb divanda bikef oturmuş qızına baxdı .
- Məriş , Rəşid məlliminiz ,yenə əsəbləşib .- söyləyib gülümsədi .
Qız isə həvəssizcə - hə - deyərək ah cəkdi .
- Qızım , son günlər qəribə dəyirsən gözümə .
Anasına nə cavab verəcəyini düşünərkən qonşu otaqdan gələn Mustafa qızı bu zəhmətdən xilas etdi .
- Məryəm , Afət zəng eliyir .- deyərək telefonu bacısına uzatdı .
Təəccüblə qardaşına baxdı .
- Afət ? O kimdi ?
- Nə bilim . Onu sən bilməlisən hərhalda ... Ekranda "Afət arıyor" yazılıb .
Məryəm qardaşının dediyi yazını oxuduqdan sonra həyəcanlandı , divandan qalxaraq otagı tərk etdi . Zəng edən şəxslə danışmaq ücün qıza daha rahat və kimsəsiz yer lazım idi...
Əslində ekranda Afət deyil "Affet (bağışla) arıyor" yazılmışdı . İlkinin adını hansı depresyon halı ilə Affet olaraq qeyd etdiyini indi Məryəmin özü belə xatırlamırdı .
" İnana bilmirəm , zəng eliyir ...Allahım , şükür . Nə deyəcək ,görəsən ?"
-A...aaaloooo...İlkin
-Salam , Məryəm xala .
Qarşı tərəfdən gələn uşaq səsini duyan Məryəm çaşıb qaldıgı ərəfədə İlkin Banuya acıqlandı .
-Ay qız , xala nədir ? Sənə ona "xala de" dedim ?
Məryəm İlkinin söylədiklərini də eşitdi və gülümsəyərək :
- Buyurun.-dedi .
Banu:
- Sabah klətşartı məktəbə gətirə bilərsiniz ? Məktəbə yoxee ...(qardaşına baxdı) İlkin sənin məktəbinin adı nə idi ?
Məryəm :
- Klətşartmı ?- soruşaraq ugunub gedəndə İlkin acıqla telefonu Banunun əlindən aldı .
- Hec bir işə yaramırsan , Banu ... Ihım..Alo...
- İlkiiinn...nə lazım idiiii ?
- Aydın fləşkartımı sənə verib . Sabah gətir .
Oglanın zəng etmə səbəbinin yalnızca fləşkart oldugunu öyrənən Məryəmin əhvalı pozuldu .
- Yaxşı...Gətirərəm.
- Oldu . Görüşərik .
Əlaqə kəsildikdən sonra Məryəm bir müddət burnunu sallayaraq telefona baxdı .
YOU ARE READING
Dinq-Donq
Teen FictionDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...