Günayla Çiçək birlikdə dekanatlıga yola düşmüş , geriyə qalan üç qız isə həyətdə dayanaraq yol yoldaşları Aydını gözləməkdə idilər .Məryəmin bəlli səbəblərə görə kefi yoxdu . Axı İlkin tərslik edib bu günkü gitara dərsini ləgv etmişdi .
Bir neçə dəqiqə sonra qızlar onlara tərəf addımlamaqda olan Aydının tək olmadıgını , İlkinlə birgə gəldiyini gördülər .Aydın həmişəki kimi tələsir ,İlkin isə öz xarizmatik yerişindən qalmırdı .
"Nc nc nc.Buna baxee...veyillənir...gül kimi gitara calacaqdım da...tam olaraq çalmasam da nəsə eliyəcəkdim...yaxşı,yaxşı gitaranı qucagıma alıb İlkinin yanında oturacaqdım ahh...o qız İlkinə baxır?...Ay qız başqa yerə bax!!!"
Aydın İlkindən əvvəl qızların yanına çatıb :
-İlkin bizi metroya aparacaq .Gedək də nolacaq ki ?Varlı uşaqdı da , işlədək biraz .- deyib güləndə Məryəm sifətini turşutdu .
***
İlkin bu günkü yol yoldaşlarına yaxınlaşdıgında Məryəmin "özümüz də gedə bilərdik ,Aydın .Hec kimin maşınına ehtiyacımız yoxdur . " dediyini eşitdi və halını pozmadan:
-Məryəm, tək minməyə qorxursan bilirəm .4 nəfər olacaqsız ,narahat olma .İstəsəm də...
Amma oglan sonrakı cümlənin yaxşı məna verməyəcəyini anlayıb susdu .Anlayan anladı .Lalə Sevilə , Sevil isə agzını büzüb Məryəmə baxdı .
"Allahım, nəyin cəzasıdır bu?...axır vaxtlar çox yalan danışıram...ona görə ola bilərmi ?"
Məryəm nə qədər narazı olsa da, qızlardan hec biri havayı maşına "yox" deməyərək onu şoka saldı .
***
İlkin maşının arxa qapısını açıb:
-Buyurun -dediyi zaman Aydın artıq qabaq oturacaqda oturub bayırdakıları izləyirdi .
Lalə maşına minmək istəyəndə:
-Aaa burda gitara var.
Sevil isə təəccüblə:
-Hanı ,hardadı ?-soruşdu.
Məryəm İlkinə gözucu nəzər salanda oglan sadəcə çiyinlərini çəkməklə kifayətləndi .Gitaranı harada gizlədə bilərdi ki ? Bəlkə də oglan bunu bilərəkdən etməmişdi çünki baqajda gitara ücün kifayət qədər yer oldugu halda o , aləti oturacagın üstünə qoymuşdu .
-Dayanın ,gitaranı götürüm.
Sevil etiraz etdi:
-Eybi yox, oturarıq bir təhər .Gəl Məryəm.
***
-Sənin yerinə olsam, maşını satıb 6 illik bütün universitet ballarımı yazdırardım .
İlkinin bir əli sükanda, digər əli maşının radiosunun düyməsində idi və Aydının hər zamankı "bal" söhbətlərini gülərək dinləyirdi .
Sevil :
-Eee Aydın başlama yenə .(dizinin üstünə qoydugu gitaraya baxaraq)Bir şey çalarsan da nəvaxtsa bizimçün .
İlkin :
-Çalaram əlbət.-dedi.
Məryəm qısqanclıqla yanında əyləşmiş qızı süzdü ."Nə xəbərdi ?Bu nə səmimiyyət ?...Nolube mənə ?Qrup yoldaşıdı da...offf nə vaxt çatacıq metroya ?Tez düşsəydik..."
İlkin maşının ön güzgüsünü bir qədər əyib arxada oturmuş Məryəmə baxdı :
-Bu gün sənin kursun yoxuydu?-soruşub pis-pis gülümsədi.
"ıhııııııı...Söz atmasa olmaz sanki..."
Bu arada Aydın :
-Sat da maşını,hihihi.- bildirərək "məsləhət"indən əl çəkmirdi .
Qız İlkinlə göz-gözə gəlməmək üçün pəncərədən yolu seyr etməyə və onun mənasız sualını cavablandırmamaga qərar verdi .
Porşe metronun yanındakı avtobusların arasından keçib dayanacagın önündə dayananda qızlar İlkinə təşəkkür edərək maşından düşdülər .Məryəm də özünü məcbur edib "sagol" deyə bildi .Aydın isə maşını işə salan İlkinə:
- "Özel şöförümüzsün artık"- söyləyərək sataşmagı da unutmamışdı .
*** 10 dəqiqə sonra İlkin su almaq ücün maşını bir marketin önündə saxladı .Az sonra yenidən maşınına qayıdanda gülümsəyərək Məryəmə mesaj yazdı ,daha sonra isə Turala zəng edib çay evində görüşməyi təklif etdi .Valideynlərinin qadagalarına baxmayaraq İlkin Turalla dostlugunu davam etdirirdi .Elgündən eşitdiyi narkotik söhbətindən sonra Turalla danışmış və oglan İlkini elə bir şeyin olmadıgına , hər şeyin sadəcə ətrafdakıların şişirtməsi olduguna inandıra bilmişdi .
***
Məryəm qatarda telefonuna nəzər salanda İlkinin göndərmiş oldugu mesajla qarşılaşdı .
< Yaxşı ki,dərs filan olmadı .Çay evinə gedirəm indi .Bildiyin istirahət .Darıxıb eləsən,şəklimə bax . >
ESTÁS LEYENDO
Dinq-Donq
Novela JuvenilDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...