20. Bu nədir belə ?

149 34 6
                                    

ATUnun həyətində- FizKim korpusunun önündə  Məryəm xalatının cibindən  telefonunu çıxarıb  qızlara baxdı :
-Qızlaar, şəkil çəkdirək də.
Çiçək etiraz etdi:
-Eee Məryəm , saçım yaglıdır .Sonra  çəkdirsək olmaz ?
Məryəm qaşlarını qaldırıb məsum görünüş aldı :
- Çiçək , nə olar  ?
-Onda selfie-ni mən  cəkmiyəcəm .Qabagdan pis düşürəm .
-Günay ,  hündürsən . Sən çək .
Təxminən 10a yaxın şəkil çəkdirdilər amma hər şəkildə kimsə qəribə düşdüşdüyündən heç birini bəyənmədilər .
Günay  son şəkildə özünü görüb :
-Eee , belə olmur .Başqa biri çəksin .Daha hündür biri ,uzaqdan .
***İlkin hələ də bir neçə dəqiqə əvvəl baş vermiş hadisədən özünə gələ bilməmişdi .Görəsən ,  Samiyə  onun nəyini bəyənmirdi  ?Bəlkə "yox" deməklə   utandıgını  və ya naz etdiyini göstərmək istəmişdi İlkinə .Yoxsa onun kimi yaraşıqlı , zəngin biri niyə rədd edilsin ki ? Bu  gözlənilməz hadisə onun qanını qaraldır  ,  Məryəmin baş verənləri  öyrəndikdən sonra onu necə  ələ salacagını təsəvvür etdikcə isə  ürəyi sıxılırdı .
Bunları düşünə-düşünə FizKimin önünə  necə gəlib çatdıgını anlamadı .Yaxınlıqdan onu cagıran  tanış bir səsi eşidib cevrildi .
Günay :
-İlkin, gəlmisən?...
Oglan başını  tərpədərək gülümsədi . Günayın yanında dayanmış Məryəmi gördükdə isə  İlkinin üzündəki təbəssüm yox oldu .
Günay :
-Nazim səhər səni universitetdə görüb . Birinci dərsə niyə girmədin ki ?
- Hə , kiçik bir işim vardı .
Oglan Məryəmin Çiçəyə   :
-Həmişə işi olur .-dediyini duysada özünü  eşitməmiş kimi göstərdi .
-Rəşid məllimə məni gördüyünüzü dediniz ?
Günay  başını saga-sola çevirib  əlindəki telefona baxdı .
-İlkin, bizim şəklimizi çək də.
Telefonu İlkinə uzadanda Məryəm əşyasının  oglana verilməsindən  narazı  olsa  da səsini çıxarmadı  .
***İlkinin  kefi pozulmuş olsa da bunu qızlara , xüsusilə də Məryəmə bildirməyəcəkdi .Ona görə də özünü şən göstərməyə çalışaraq bir neçə şəkil çəkdi .
-Bəsdir bu qədər şəkil...Hara düşür bu telefonda şəkillər?... sahibi kimi qarışıqdır  telefonu da...(gözucuyla Məryəmə baxaraq)Bu nədir belə ?
Məryəm birdən nə düşündüsə cəld oglanın yanına tələsib  telefonu əlindən aldı.
-Şəkillərə sinifdə baxarıq , qızlar.-deyib həyəcanla oglana  baxdı.


Dinq-DonqWhere stories live. Discover now