29. Son zəng , xəstəxana və ...

135 32 1
                                    

[6 noyabr]
-Eeeee  aparmıram . Mənim  işim var.
Samirə səbrli görünməyə çalışaraq:
-Bəs necə getsinlər məktəbə ?Həmişə sən aparmırsan ki,İlkin.  Sadəcə bu günlük .
Rüstəm dünən pilləkənlə  düşərkən ayagını burxmuş , Samirə  nə qədər mane olmaga çalışsa da kişini işə  getmək fikrindən daşındıra bilməmişdi .Amma Rüstəm bu vəziyyətdə  maşın idarə edə  bilməyəcəyindən onu işə sürücü  aparacaqdı. Buna görə də Banuyla  Elgünü məktəbə aparmaq  İlkinin boynunda qalmışdı .
-Avtobusla getsinlər .İşim  var .
Koridordan Elgünün səsi eşidildi :
-Puah...avtobusa ömründə minməmisən amma bizə məsləhət görürsən .
-Sən sus .
Qadın İlkinə diqqətlə baxıb:
-Nə işin var ?1ci saat dərsin də yoxdur .
"Ay daa.Cədvəlimi hardan bilire?...Nə deyim, boş vaxtlarımda gitara dərsləri verirəm deyim ?..."
Söhbəti dəyişərək:
-Taksi çagırın da.- təklif etdi .
-Gecdi daha, gör saat neçədir ?Taksi çagırsaq dərsə gecikəcəklər .
-Offf yaxşı ,yaxşı aparacam...(səs tonunu artıraraq) Mən çıxıram, gözləmiyəcəm sizi .Gəlmək istəyən gəlsin.
Elgünün yenə səsi gəldi :
-Risovvvka...
***İlkin yenə o məktəbi görmək  istəmirdi .Ora ilə baglı olan son xatirəsi xoşagəlməz idi , cünki .Son zəngdən sonra məktəbinə  ayagını  basmamışdı .Sinif yoldaşları İlkini  bir neçə dəfə müəllimləri ilə görüşmək üçün məktəbə çagırsalar da o , hər dəfə müxtəlif  bəhanələrlə aradan çıxırdı . Bunun səbəbi İlkinin ürəyində gizli idi , yoldaşları isə onun gəlməməsini yalnız bir şeylə baglayırdılar ."Onsuz da özündən razı idi ,universitetə də daxil olub qudurdu , daha bizi saymır ."
Amma bu gün qardaşı ilə bacısını həmin  məktəbə aparmaq məcburiyyətində qalmışdı . Özünə söz verdi ki , nə olursa olsun  maşından düşməyəcək . Lakin  o binanı uzaqdan görmək bəs idi xoşagəlməz xatirələrin oyanıb  onu kədərləndirməsinə ."Son zəng,xəstəxana və..."
Arxa oturacaqda oturan Elgünün səsi  bu dəhşətli xatirəni İlkinə  bir müddətlik  unutdurdu .
-Qara qız necədir ?hehehe
"Ay daaa Məryəmə...Gecikəcəyimi deməmişəm .Soyuqda gözləyir bəlkə də .Hec olmazsa bufetdə otursaydı."
***
"Offf  saat 9 dur .Bu isə  hələ ortalıqda yoxdur ...kök saldım burda..."
Məryəm küləkdən qorunmaq üçün korpuslardan birinə girə bilərdi amma İlkini bayırda yaxalayıb  ona "hücum etmək" istəyirdi ."Mən nəyəm onuncün ?...saat 8dən boş-boş gəzirəm .Cox özünü dartır bu İlkin."
10 dəqiqə sonra soyuqda büzüşmüş Məryəm İlkinin yavaş addımlarla ona tərəf gəldiyini gördü.
" Gecikməyi bir yana, gəlməyinə baxee...Elə bil bulvarda gəzir".Oglan ona  yaxınlaşanda Məryəm agzını açıb  acıqlanmaq istəyirdi ki,İlkin buna imkan vermədi:
-Salam...(cavab gözləmədən)Hava soyuqdur .Anat. bufetdə oturaq məncə.
Qız İlkinin çatılmış qaşlarını görüb fikrindən daşındı .Oglanın gecikmə səbəbi nə isə  ciddi bir şey olmalıydı .Yoxsa oglan bu vəziyyətdə olmazdı .Hirsli,aqressiv, yorgun...ya də sadəcə kədərli...
Ona görə də Məryəm sual verməyib anat.korpusuna daxil olan  oglanın arxasınca düşdü .Amma qızın özündən xəbər alan olsaydı , o  bufetdə oturmaq fikrini bəyənmədiyini söyləyə bilərdi ."Off..orda o qədər tələbə olur ki...coxu da bizi tanıyır...hələ mən o səs küydə gitara  çalmagı demirəm...calmaq mı ?Əsas problem də odur da .Hec nə cala bilmirəm hələ .Birdən bufetdəkilər mənə gülsə ıhıhı...Həm bu İlkinə nolub belə ?"
***Bufetə daxil olanda Məryəm içəridəkilərin əlində gitara olan İlkinə necə baxdıqlarını gördü .
"Qıza baxeee...o necə baxışdır?...kim bilir,  İlkinin neçə dənə gizli heyranı var bu universitetdə .Amma o sizə baxmaz hahaha...guya mənə baxır ki ?"
Oglan masalardan birinə yaxınlaşdı ,qızı gözləmədən stulu çəkib oturdu .Məryəm də səssizcə onun yanında əyləşdi .
Beləliklə , hər kəsin maraqlı baxışları altında gərgin bir dərs başladı.
***
-Hec nə bacarmırsan .İşarət barmagını bu cür tut .
Oglan Məryəmin  barmagına toxunanda qızın ürəyi gedəcəkdi .
-Hə bildim, bu cür ?
İlkinin səbri tükənmişdi :
-Məryəm...bura oynamaga gəlməmişik .Akkoru düz basmırsan.
Qız əlini saxladı .
-Çalışıram da .Burda rahat deyiləm həm də .Adama elə baxırlarki...
-Bəhanə gətirmə .Necə çalışırsan ? ding dong ding dong başqa bir şey çalmırsan...
Qız gitaranı İlkinə qaytarıb:
-Nolube sənə bu gün ?-soruşanda oglan gözlərini qacırıb  " nə olmalıdı ki...hecnə " cavab verdi.
-Yox da...bayaqdan görürəm  halını .Hirsini tökməyə adam axtarırsan .İstəmirsənsə bu gitara dərslərini  zadı ləgv eliyək...
-Elə şey olmaz .Mən hec bir işi yarımcıq qoymagı sevmirəm .
-Onda belə eləmə.
Oglan bir müddət susduqdan sonra:
-Məryəm, birazdan zəng vurulacaq .Gitaranı maşına qoyub qayıdıram .-deyib stuldan qalxdı .
Bufetdən çıxan oglanın arxasınca kədərlə baxan qız  "Kaş ki, bilsəydim  bu hallarının səbəbini..." düşünərək ah cəkdi .

Dinq-DonqTahanan ng mga kuwento. Tumuklas ngayon