65. Ding Dong (2)

187 34 3
                                    

Birazdan üc nəfər oglan İlkinə yaxınlaşdı . Nazim əlindəki fincanı ona uzadaraq :
- İç , özünə gəl .
-Sagol .
Şəmsəddin :
- Ala , deməli sizi kilsə zəngi xilas eliyib ?
Qarşılarında dayanmış Həmidin səsi eşidildi :
- Sizin oldugunuz yerdə kilsə filan yoxdur .
İlkin təəccübləndi :
- Necə yəni ? Öz qulaqlarımla eşitdim .
Həmid razılaşmadı .
- Buraları yaxşı tanıyıram , İlkin. Biz Şahdagdayıq . Qusardan bir saatlıq məsafədə...kilsə necə ola bilər burda ? Varsa da sən dediyin qədər güclü zəng səsinə malik deyil .
Nazim :
- Bəlkə başqa şeyin səsi imiş .
Həmid :
- Biz də meşədəydik .Səs eşitmədik . İlkin özündə olmayıb . Səs eşitdiyini sanıb .
***
[ saat 4:40]
Məryəm bu gecə xəstəxana palatasında qalmalı olacaq , səhər acılar-acılmaz qardaşıyla otelə qayıdacaqdı . Sabah yəni ayın 24ü avtobusları Bakıya qayıdırdı . Məryəmin bir şeyə görə ürəyi rahat idi . İtdiklərini valideynlərindən gizləmişdilər . Odur ki , evə qayıdanda sorgu-sualla qarşılaşmayacaqdı . Amma indi stulda yuxulayan Mustafanın hələ uzun müddət ondan əl cəkməyəcəyini də bilirdi ." Niyə o oglanla getmişdin ? ...Meşədə nə işiniz vardı ? " və s. və s.
Gözlərini qapayıb bu günkü dəhşətli gecəni xatırladı . Agacın altında İlkinin yanında oturmuşdu . Amma sonrasını xatırlamadı . " Yəqin elə o vaxt huşumu itirmişəm. " düşündü .
Sonra gördüyü yuxunu xatırladı .
~ Qapısının üstündə 4 rəqəmi yazılmış bir palatadadır . Carpayıda uzanıb . Az sonra İlkin həyəcanla otaga daxil olur və ona yaxınlaşır . Biraz söhbət edirlər . Daha sonra İlkin pəncərəyə yaxınlaşıb yagan qarı izləməyə başlayır . Məryəm də astaca yataqdan qalxıb oglanın arxasına kecir və həyətə boylanır . Qar yagsa da havanın günəşli olması qıza bir qədər qəribə görünür .
İlkin pəncərədən görünən kilsənin divarlarına nəzər yetirərkən qız öz-özünə acılan iri qapılarına nəzər yetirir . Ag xalatlı bir qızın icəri daxil olmasını təəccüblə izləyir .
Az sonra kilsənin zəngi öz-özünə hərəkətə gəlir və qüvvətli bir səs eşidilir . ~
Bunları düşünüb cəld carpayıdan qalxdı . Pəncərədən baxdı ki , bəlkə həmin kilsəylə bir daha qarşılaşar . Amma qarla örtülmüş təpələrdən başqa bir şey görmədi .

Dinq-DonqDonde viven las historias. Descúbrelo ahora