Artıq dərs başlamışdı , qoca müəllim çox az tələbənin dinləməyə cəhd etdiyi mühazirəni deməklə məşguldu . Başqalarını deyə bilmərəm amma üç qızın həmin an mühazirəni dinləmədiyini qeyd etmək olar .Buna səbəb Məryəm və onun danışdığı əhvalatı idi...
-Qızlaaar,bayaq gələndə başıma bir iş gəldi. Dəhşətiydi.
-Nə iş?-Çiçək soruşdu.
-Deməli , yolu keçirdim....
Porşedən başlamış "sırıtmaga" kimi olan bütün əhvalatı danışdı.Təbii ki, Günayla Çiçək də gülərək qulaq asırdılar.
Günay zarafatla :
-Oglana göz-qaş eliyirdin ?- soruşdu .
- Yoxe, Günay .Amma bir şirin oglanıydı. Şipşirin idi .Odunlugunu çıxmaq şərtilə təbii ki. Ahh,ahhh.
Çiçək :
-Göstərərsən.Mən də göz vuraram.- dedi .
-Ee , göz vurmadım. Güldürmə, məllim baxır.
"Ah kaşki bir de görsəm.Ya da görməsəm yaxşıdır ."
***Mühazirə bitdikdən sonra qızlar sıralarından aşagı düşməyə hazırlaşdılar . Bu vaxt bir sıra yuxarıdan Nazimin səsi eşidildi :
-Günay , yeni qrup yoldaşımızla tanış ol. -deyib yanındakı oglanı göstərdi. Günay oglana baxıb gülümsədi :
-İlkin, sənsən?
Oglan təbəssümlə:
-Hə. -cavab verdi .
-Lap yaxşı,xoş gəlmisən.Tanış olaq da .Adım Günaydır .
-Starsta sənsən ?
-Aha.
Məryəm yeni qrup yoldaşını görmək məqsədilə Nazimin yanındakı oğlana baxanda bədənindən elektrik keçdiyini hiss etdi .
"Allahım niyə mən? Niyəəə?Bu oglan gəlib düz burnumun dibində bitdi. Bayaqdan onun haqqında nələr danışıram. Görəsən eşitdi nəsə?"
Tanış olma növbəsi Məryəmə çatsa da qız agzını açıb bir söz deyə bilmirdi.
Nazim :
-Bu qızımız da Məryəmdi...Ala, Şəmi bura gəlin. Təzə qaqaş gəlib qrupa .
İlkin gözlərini qıza zilləyib gülümsəyirdi . Hamı bunu məsum bir hərəkət zənn etsə də , bir tək Məryəm bu təbəssümün altında yatan qıcıqlandırıcı atmacanı hiss etmişdi .
KAMU SEDANG MEMBACA
Dinq-Donq
Fiksi RemajaDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...