57. Şahdagın müəmmalı mənzərəsi

130 33 4
                                    

Kiminsə tələbələrin rəhbəri elan etdiyi , adı Həmid olan 25-30 yaşlarındakı oglan otelin giriş qapısına catanda arxasınca " toyugun dalınca düşmüş cücələr" kimi hərəkət edən gənclərə dogru cevrildi .
- Uşaqlar , xahiş eliyirəm biraz astadan danışın . (həyətdəki digər insanlara gözucu baxaraq) hamının diqqəti üzərimizdədir .
3cü kursdan olan bir qız oglanın sözünü kəsdi :
- Otaqlarımıza gedib əşyalarımızı nə vaxt yerləşdirəcik ?
Şəmsəddin :
- Bu gün xizək sürməyə gedəcik ?
Həmid :
-Səbr edin . Hələ icəri kecək suallarınıza cavab verəcəyəm .
***
Bu məkan dünya otelləri kimi əsrarəngiz görüntüyə malik deyildi .Amma görüntüsünü sevimli , xidmətlərini qənaətbəxş hesab etmək olardı . Nömrələrin əksəriyyətinin tutulmasına ,oteldə xeyli insan qalmasına baxmayaraq burada insana hüzur verən qəribə bir sakitlik hökm sürürdü .
Əlbəttə , yaxınlıqda üç -dörd ulduzlu daha gözəl otellər də vardı .Amma bu otellərin tələb etdiyi qiymətlər bizim gənclərin cibinə uygun deyildi .
***
[Saat 12:45]
4 saata yaxın cəkən avtobus səfərinin ardından yorgunluqlarını xəfiflətmək ücün birlikdə cay icib otaqlarına dagıldılar .Məryəm Laləylə birlikdə 20 nömrəli otaga yaxınlaşdı . Onlara verilən kartı qapıya yaxınlaşdırdıgı an kilid acıldı və  iki carpayısı , bir dolabı olan kicik bir otaqla  qarşılaşdılar  .Həmin otagın özündən isə hamam otagına kecən bir qapı vardı .
Yerə qoydugu cantasını da götürüb otaq yoldaşıyla icəri daxil oldu .
Lalə pəncərəyə yaxınlaşdı.
- Mənzərə superdi ,hə ?
Laləyə dogru addımladı  və baxışlarını qarla örtülmüş dagların görüntüsünə zilləyib dayandı .
-Nəisə...fərqli...sanki əvvəllər də burda olmuşam kimi...
-Bəlkə olmusan ?
Məryəm cavab verməyəndə Lalə :
-Yəqin yuxuda görmüsən .- deyərək zarafat etdi .
Amma Məryəm bu cümləni zarafat kimi qəbul etməmişdi ...
***
Məryəmgilin otagıyla eyni mərtəbədə yerləşən 25 nömrədə kicik bir mübahisə baş vermişdi .
-Avtobus az imiş kimi burda da yanıma düşdün , Aydın.
Aydın carpayısında atılıb düşərək :
- Haha bu döşəkdən aldıracam özümə .Mənimki belə yumşaq deyil .
İlkin:
- Dur , "sumkanı" boşalt da . Paltarlarını şkafa yerləşdir .
- Əşşi iki gün qalacıq da . "Sumka"da dursunlar .
İlkin oglana əsəbi baxış atıb pəncərəyə yaxınlaşdı . Pərdəni cəkib barmaqlarını şüşəyə yaxınlaşdırdı .
- Gözəldir...Sanki əvvəllər də burda olmuşam kimi gəlir mənə .
- Pullu oglansan deyə özünü reklam eləməlisən ? Adam kimi de ki əvvəl də gəlmisən bura .
- Şahdaga hec vaxt gəlməmişəm...
----

Dinq-DonqDonde viven las historias. Descúbrelo ahora