[24 yanvar . Saat 17:50]
Alatoranlıqda avtobus Bakıya qayıtmaq üzrə hərəkətə gəldi . Məryəm yenə qardaşının yanında əyləşmişdi . Ara-sıra öskürdüyündən cib dəsmalını da əlindən düşürmürdü .
Gününü oteldə divanda oturub yoldaşlarıyla söhbət edərək , avtobuslarını gözləməklə kecirmişdi .Nədənsə İlkinlə bir kəlmə də kəsməmişdi . Qız ətrafdakıların bütün diqqətinin onların üzərində oldugunu düşünmüş , oglanla nəinki danışmaga hətta baxışmaga belə utanmışdı .
Məryəm dəsmalı dodaqlarına yaxınlaşdırıb öskürəndə qardaşının qəribə sima alaraq pəncərəyə tərəf cevrildiyini gördü .
Qız:
- Bagışla , narahat elədim.- deyərək söz atsa da Mustafa səsini cıxarmadı . Böyük ehtimalla yatırdı .
Bir müddət avtobusdakı monitorda göstərilən xarici klipləri izlədi .
" Offf , İlkin arxada oturub . Üzünü də görə bilmirəm ."
Bu vaxt kimsə qoluna toxundu . Bunun İlkin oldugunu görüb həyəcanlandı .
- İlkiiiiiiin ...!!!
Oglan barmagını dodaqlarına aparıb susmasına işarət etdi . Daha sonra bir necə addım atıb qarşıdakı oturacaqlardan birində əyləşib Məryəmin də gəlməsi ücün başını tərpətdi .
Qız əvvəlcə şirin yuxuda olan qardaşına göz gəzdirdi , daha sonra qalxıb yavaşca İlkinə dogru addımladı və yanında oturdu .
İlkin pıcıltıyla :
-İstəyirsən , pəncərə tərəfdə otur .
- Yoox , birazdan Mustafanın yanına gedəcəm . Pəncərə tərəfdə otursam gedə bilmərəm .
Oglan güldü :
- Bu qədər qorxaq olma .
- Mənə deyənə bax . Dünən gecə qorxudan əsirdinee ?
İlkin qaşlarını catdı .
- Qorxmurdum .Soyuqdan titrəyirdim .
- Hə , dəqiq elədir .
- Məryəm , olar bir şey deyim ?
- Səni tutmuram ki ? De . Amma...yenə şərt filan desən...
Oglan Məryəm huşunu itirəndə öldüyünü zənn edərək yanagından öpdüyünü xatırlayıb gülümsədi .
- Yox . Deyirəm ki , birlikdə ölümdən döndük . Hələ də dalaşırıq ... Niyə adi həyatda da " yaxşı ki varsan , İlkin." demirsən ?
Utandıgını gizləməkcün :
-O bir dəfə olur , canım .- dedi .
İlkin bildirişin səsini duyub telefonunu cibindən cıxardı .
- Əla , nəhayət ki .
Məryəm şübhəylə :
- Kim yazıb ? Niyə sevinirsən ?
- Dostumdu .Tural ...məndən incimişdi .
-Hə...yazıbsa ,deməli, barışdız .Niyə incimişdi ?
- Uzun əhvalatdır .Sonra danışaram .
Məryəm yenidən monitora nəzər salanda İlkin onun əlindən yapışdı .
Qız əlini qurtarmaga calışaraq kimsə onları gördümü deyə bütün avtobusa göz gəzdirdi .
-İlkiiiiin , bu , səndə nə adətdir ? Off . Əlimi buraxmasan ...
- Qışqırarsan ? İstiyirsən sənin əvəzinə mən qışqırım ?
-Yoooox .
- Niyə dünənki kimi əlimi sıxmırsan ?
-Sənə manyak deyəndə inciyirsən .Amma bagışla , həqiqətən manyaksan ...(oglanın bogazındakı şərfə baxaraq)şərfi cıxar .
Təəccübləndi .
-Nə ?
-Lazımdı .
Bir əliylə şərfi bogazından cıxarıb Məryəmə verdi .
Qız:
- Əlimi buraxırsan ya yox ?
-Yox .
Məryəm şərfi bir-birinə kilidlənmiş əllərinin üzərinə örtüb :
-Bax belə .Hec kim görməyəcək əllərimizi .-deyəndə İlkin özünü səsli gülməkdən saxlaya bilmədi .
***
-İlkin...
-hə ?
- Mən sənin kilsə haqqında dediyin şeyə inanıram .
-Dogrudan ? Az qalsın dəli olduguma inanacaqdım .
- Mən inanıram sənə . Orda həqiqətən kilsə vardı . Əminəm .
Gülümsədi .
- Onda gələn il o kilsəni axtarmaqcün yenə gedərik Şahdaga .
- Hə amma bu dəfə azmamaq şərti ilə...
Bir-birinə gülümsəyəndə Mustafanın səsi Məryəmi qorxutdu .
-Sən niyə İlkinin yanında oturmusan ?
Qorxuyla gözlərini bərəltdi .
" Nə deyiiiiim ? Ihı , ıhı . Ay Aman bura gəlir ... !!! İlkin niyə əlimi buraxmıree . Ayyy Mustafa indi də şərfi əlimizin üstündən götürür . Sonum çatdıııı...."<<< S O N >>>
YOU ARE READING
Dinq-Donq
Teen FictionDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...