40. Böyük gün (1)

142 36 6
                                    

-Məryəm , o günkü hərəkətlərimə görə üzr istəyirəm . Bir də belə şeylər  təkrarlanmayacaq . Münasibətimizdə qoydugun həddlərə də razıyam .Necə istəyirsənsə elə də olsun .
- Yaxşı .
Aralarındakı söhbət bu cür gözəl də kecə bilərdi  amma həmin gün hadisələr tamamilə ayrı cür cərəyan etdi .
Hər şey belə başlamışdı...
***
Həftə sonu kecib getdi və Bazar ertəsi gəlib çatdı . İlkin maşınını idarə edərkən çiçəkləri haradan , nə vaxt almagın lazım olduğu haqqında düşünürdü və sonda çiçəklərin qıza verilərkən daha təravətli görünməsi üçün ikinci dərsdən  sonra alınmasını məqsədəuygun hesab etdi .
Tələsərək mühazirə zalına daxil olanda gecikmədiyinə sevindi . Atasının "daha mənə güvənmə , İlkin." cümləsindən sonra oglan dərslərinə, xüsusilə, də kecən il kəsrinin oldugu Anatomiyaya diqqət yetirməyə calışırdı ... Bu gün kollokvium olacagını nəzərə alan oglan daha da həyəcanlı idi . Həftə sonunu Çips və kolayla yatagında kecirdiyini və buna görə də dərsinə kifayət qədər vaxt ayırmadıgını xatırladıqca qorxudan ürəyi bulanırdı .Sözün əsl mənasında...
Yuxarıdan ücüncü sırada Çiçək və Günayla əyləşmiş Məryəmi görüb narahat  görüntüsünü aradan qaldırıb yerişini düzəltdi . Amma əziyyəti boşuna idi ...Ona fikir verməyən  qız yazılı imtahan hələ başlamadıgından rəfiqələri ilə kitabın "içinə düşmüşdü".
İlkin çantasını aşagıdakı digər çantaların arasına qoyub icərisindən sadəcə qələmini cıxardıqdan sonra zala nəzərə saldı . Lalənin  yanında boş yer oldugunu görüb onun yanında əyləşdi . Bu qız da başını kitabın üzərindən qaldırmırdı .
- Necəsən , Lalə ?
İlkini görəndə gülümsədi .
- Yaxşıyam . Sən necəsən ? Bir şey oxumusan ?
İlkinin qüruru həqiqəti deməsinə imkan vermədi .
- Hə , iki gün dayanmadan oxumuşam . ( dayanmadan yatırdı)
- Hə , lap yaxşı .
- Amma...mənə kömək eləmək istəsən etiraz eləmərəm . - Laləyə bunu dedikdən sonra başını cevirib Məryəmə baxdı .
" Deməli , Məryəm məndən fərqli olaraq hec nəyi dərd etmədən dərs oxuyub ."
***
- Hec nə bilmirəm...Hec nə ...
Günay hövsələsizcə :
- Of , Məryəm ,özünü sıxma . Bildiklərini də unudacaqsan .
- Hec nə öyrənməmişəme . Nəyi unudacam .
- Bütün gün "İlkin" deyib aglamasaydın , oturub dərs oxusaydın...
- Aglamırdım ...Hec nə bilmirəm...hec nə...Əvvəlki səhifəyə cevir .
***
Güc bəla ilə kollokviumu verib , ikinci dərsə kecid etdilər . Anatomiyadan təcrübi dərslərində İlkinlə Məryəm  qarşı-qarşıya oturdugundan vəziyyətləri daha agır idi . Baxışmamaq mümkün deyildi .
Kafedra müdürü müəllimlərini  dəhlizə cagırdıqdan sonra qrupda kollokvium haqqında qızgın söhbət başladı .
Günay sifətini turşudaraq :
-  Off  imkan vermədilər sualları axıracan yazım .
Şəmsəddin  :
- Başkan (Günay) 5 səhifə doldurub , yenə də aglıyır . Onda mən gərək özümü asım. Hehehe
Sevil :
- Kef eliyine .- deyib stulda yerini rahatladı .
Nazim isə əliylə Məryəmi göstərərək :
- Mənə bir sualda bu qız kömək elədi . Bir dənəsən ,kanka .
Məryəmin Nazimə  gülümsəyərək "Dəyməz ,kanka" dediyini izləyən İlkinin "başından tüstü cıxdı" , Laləyə baxıb :
- Mənə isə Lalə kömək elədi .Bir sualda yox , hamısında . Birdənəsən , Lalə.
Məryəm şübhəylə İlkinə dogru cevrildi .
" Kömək eliyibmişmişmiş..."
Bir necə saniyə sonra Elcinin dedikləri İlkinin xarizmasının yerlə bir olmasına , Məryəminsə bərkdən gülməsinə səbəb olacaqdı.
- Əşşi , mən gördüm də . İlkin əməlli başlı Lalənin vərəqindəkiləri kopyalıyırdı . Ala  ,necə oldu ki , eyni variant düşüb ikinizə də?


Dinq-DonqWhere stories live. Discover now