[ 23 yanvar . Saat 12:30 ]
- İlkin , sən və xizəyin məndən bir az uzaqda dura bilərsiniz ?
- Səni neynirəm ? Danışmasan varlıgını belə hiss eləməzdim .
- İnandım .
Oglan qıza daha da yaxınlaşdı .
- Niyə istəmirsən ki , sənə kömək eliyim ?
- Özüm bacararam . Bura bax , İlkin...
- Hə.
- Elə bilmə ki , xəbərim yoxdu .
- Nədən ?
- Mustafanı aldatmagından.
Gülümsədi .
- Belə yaxşı oldu .
- Qusarda manyak varmışmışmış...Yəqin o manyak sənsən elə...
Ətrafında ora-bura şütüyən adamları vecinə almadan qızın qolundan yapışdı .
- Ola bilər .Bəlkə də mənəm .
Məryəm sifətini turşutdu .
- Burax qolumu . Agrıdır .- deyərək dartınmaga başladı .
- Niyə məndən qacırsan , Məryəm ?
- Cünki sənə inanmıram . Etibar eləmirəm .Bildin ? Burax qolumu. (qışqıraraq) Günaaaaay
Günay vəziyyətin qarışıq oldugunu anlayıb onlara dogru gələndə İlkin Məryəmin qolunu buraxdı .
- Yaxşı . Deməli , mənə etibar eləmirsən ? Əla...Onda bir də sənə yaxınlaşmaram .
Günay Məryəmin yanına çatıb " Nə olub , Məryəm ?" soruşanda İlkin əlindəki , ayagındakı bütün ləvazimatları qarın üstünə ataraq uzaqlaşmaqda idi .
- Günay , bu hara gedir ?
- Nə bilim. Noldu ki ? Dalaşdız ?
- Kobud danışdıme .Offf . Arxasınca gedirəm .- deyib ayagındakı xizəkdən qurtulub oglanın yanına tələsdi .
Günay :
- Hara , Məryəm ?- soruşsa da sualına cavab ala bilmədi .
***
- İlkin , hara gedirsən ? Gözlə .
Bunu dedikdən sonra Məryəm arxaya cevrildi , artıq insanlar nöqtə kimi görünməkdə idi .
İlkin arxasına baxmadan :
- Nə istiyirsən ?
- Otelimiz digər tərəfdədir .Düz getmirsən .
- Niyə elə fikirləşirsən ki , otelə gedirəm ?
- Bəs hara ?
- Nəyinə lazımdı ?
Məryəm qacaraq oglana catdı və artıq bir yerdə addımlayırdılar .
- Geri qayıdaq , İlkin . Burda bizdən başqa hec kim yoxdu .
İlkin dayandı .
- Bir manyakla tək qalmaga qorxmursan ?
- Off , yaxşı daa. İstəmədən dedim o sözü .
Cavab verməyə calışanda gözü qarşıdakı mənzərəyə sataşdı . Məryəm də gözünü onun baxdıgı istiqamətə dikdi və yenidən yagmaga başlayan qarın yarpaqlarını "agartdıgı" şam agaclarından ibarət olan sıx bir meşəylə qarşılaşdı .
İlkin :
- Bura hec oteldən də görünmür .
- Hə təpənin arxasındayıq . Cox gözəldir .
- Mənimlə meşə gəzintisi sizə təhlükəli görünmür ki , Məryəm xanım .
Kirpiklərinə düşən qar dənəsini kənara edib :
- Yox .- dedi .
***
Hündür bir şam agacının altında dayanmışdılar .
İlkin :
- Səssizliyi sevirəm .
Əlcəyini cıxartmış Məryəm yagan qarı hiss etmək ücün ovuclarını səmaya dogru acmışdı .
- Mən cox da yox . Səssizlik qorxuludur . Hələ gecə bura lap dəhşət olare .
- Hə .( saata baxdı )Məryəm , bir saat kecib artıq .Qar da güclənib . Geri qayıtmalıyıq .
Qız sevindi .
- Nəhayət , anlaya bildin .
İlkin ətrafına baxıb həyəcanlandı .
- Məryəm... Qardakı ayaq izlərimiz hara yoxa cıxıb ?
Oglanın nə demək istədiyini anlayan Məryəm qorxmaga başladı .
- Hiih , qar izlərin hamısını silib . İndi necə qayıdacıq ? Hardan gəldiyimizi xatırlamırsan , İlkin ?
Oglan tərəddüdlə sagı göstərdi .
- Deyəsən , burdan gəlmişdik .
Carələri yox idi . Həmin istiqamətə dogru addımlamaga qərar verdilər .
YOU ARE READING
Dinq-Donq
Teen FictionDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...