-Məryəm !
Məryəmin necə dəqiqə əvvəl yoxa cıxmış oldugunu təxmin edərək gəldiyi yolları geri qayıdır , qızı səsləyərək agacların hər tərəfinə diqqətlə göz gəzdirirdi .İlkin axtarışının boşuna oldugunu düşündükcə ümidini itirməkdə idi .
Buz kəsmiş saclarını yenidən papaqla örtüb bir agaca söykənərək qarın üzərinə cökdü .
" Bax belə , İlkin. Sənin də sonun bu cür gələcəkmiş . Qaranlıq gecədə bir agacın altında son nəfəsini verəcəkmişsən . Üstəlik onun ölümünə də səbəb olacaqsan . Yox...bəlkə də Məryəm xilas olub .Otelə qayıdıb . Offf özümü aldadıram ..."
Söykəndiyi agacın gövdəsinin arxasından gələn hıcqırıq səsi oglanı diksindirdi .
- Məryəm ?! - deyərək ayaga qalxmadan gövdənin digər hissəsinə kecdi .
Büzüşmüş qız pıcıltıyla İlkinin adını cəkib səssizcə aglamaga davam etdi .
Oglan onun boynuna sarılıb :
- Qorxutdun məni...Bayaqdan səni cagırıram . Niyə səsini cıxarmırsan ?
Məryəm cavab vermədi .
***
[Bir necə dəqiqə sonra]
- İlkin...
- Hə ?
- Üşümürsən ?
- Sən ?
- Daha hiss eləmirəm ... Yaxşı ki ,varsan , İlkin .
Qıza baxdı .
- Sən də .
- Bilirsən , son nəfəsimi sənin yanında verməyi arzulamışdım . Amma belə yox...
Cavab vermədən qızın soyuq əllərindən tutdu .
Bir necə saniyə sonra qızın başı oglanın ciyinlərinə düşdü .
-Məryəm , əslində cox da kədərlənmirəm . Birlikdəyik deyə...
Məryəmdən cavab gəlmədi . Əllərini sıxan qızın barmaqları boşalanda İlkin həyəcanlandı . Qızın üzünü ovucları arasına alıb :
- Məryəm...cavab ver...qorxuram artıq . Məryəm !
Qızın yanagındakı donmuş göz yaşlarına toxunanda İlkinin özü də aglamaga başladı .
- Bagışla məni , Məryəm . Bagışla...
Qızı bagrına basıb üzündən öpdü .
Bu an meşənin dərinliklərindən gələn səs taqətdən düşmüş oglanın ürəyinin ümidlə döyünməsinə səbəb oldu .
Sanki metal bir əşyaya qüvvətlə zərbə yetirirdilər ...Gələn səs zil oldugundan oglan bunun iri bir zəngdən gəldiyini təxmin etdi...
YOU ARE READING
Dinq-Donq
Teen FictionDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...