Oglan yaxınlaşıb Məryəmin yanında dayandı.
-Salam Məryəm, necəsən?
Qız qaşlarını qaldırıb maraqla oglana baxdı .
"Bu ciddi-ciddi mənə salam verir .Niyə ki?...Əvvəl sayıb eləmirdi .Nə dəyişdi ki?..."
-Salam...
Məryəm onunla söhbət edən Samiyəni unudub , gözlərini zillədi oglana.
İlkin isə barmaqlarını başında gəzdirib saclarının önünü qaldırdı .Həmçinin yandan-yandan xarizmatik baxışlarla Samiyəni seyr edirdi .
Samiyə bunu hiss edib narahat oldu :
-Yaxşı Məryəm,mən gedim.Sagol.
-Hə...? Sagol.
Qız getdikdən sonra İlkin qanı qaralmış vəziyyətdə Məryəmin sagı ilə addımlamaga başladı .
"Məryəm onu tanıyır...Bəlkə münasibətləri düzəltsəm, mənə kömək edər Samiyə mövzusunda"
Məryəm hələ də heçnə anlamış deyildi .Oglanın ona qarşı olan münasibətindəki dəyişimin səbəbini öyrənməyi arzulayırdı.
"Bəlkə mənə qarşı...yox,olmaz .Dünən ayagımı tapdalayanda hec üzr də istəmədi .İndi noldu birdən?Allahım ,bu ciddi-ciddi mənimlə bir addımlayır .Arada baxır da..."
Sinifin qapısına çatanda İlkin özünü saxlaya bilmədi :
-Məryəm, səndən bir şey soruşa bilərəm ?
Qızın dili söz tutmadıgına görə sualın cavabını başıyla təsdiqləməklə verdi .
İlkin agzını açmaq istəyirdi ki, Südabə müəllimə yan kabinetdən cıxdı .
Məryəm:
-Salam, məllimə.
-Salam .Sinifin qapısı açıqdır .Keçin içəri .
İçəri daxil olarkən İlkin çox istərdi ki, sinifdə hec kəs olmasın .Amma Aydınla Laləni görəndə kefi pozuldu .Məryəmlə söhbətlərini bir müddətlik təxirə salmalı olacaqdı .
İlkinin ona verəcəyi sualın nə olması barəsində hec bir fikri olmayan Məryəmin bütün duyguları bir-birinə qarışmışdı .
Histologiya albomunu çıxarıb rənglənməmiş bir şəkil tapdı .Qarşısında olan qutudan qırmızı rəngli karandaşı cıxardı . Kənardan bütün diqqətini şəkil rəngləməyə vermiş qız təəssüratı yaradırdı . Bəs əslində elə idimi ?
YOU ARE READING
Dinq-Donq
Teen FictionDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...