49. Məryəmi tanımayanlar klubu

130 34 7
                                    

Sara gözlərini bərəldib agzı acıq halda İlkinin  hərəkətlərini izləyir , onun davranışlarını gördükcə heyrətlənirdi .
İlkin rəqs meydancasının mərkəzində atılıb düşür , hərdən bir " bu musiqini dəyişin." qışqırırdı .
Sara oglanın boş stəkanını burnunu yaxınlaşdırıb sifətini turşutdu . Rüfətə nəzər saldı .
- Rufik , içki vermisən İlkinə ?
Rüfət musiqinin tempinə uygun başını hərəkət etdirərək :
- Hə , xeyri olub , baxsana necə əylənir .- cavab verdi .
- Onu özünüzə bənzətməyə calışmayın . Bu dəqiqə İlkini aparacagam burdan .
- Apara bilsən , təbii ki. - deyib göz qırpdı .
***
- İlkin... !
Oglan rəqsinə ara vermədən  :
- Hə , Sara ... Niyə oynamırsan ? Musiqi əladı ...
-Gedək burdan .
- Qışqırma . Mən getmirəm sən get .
- Agılsız , sən sərxoşsan .Evə getməlisən .
- Mən ? Hahaha...Ey , oradakı qız Məryəmdən qəşəngdir hə ?
Təəccübləndi .
- Nə ? Məryəm kimdir ? Bəsdir daha .
-  Məryəmi tanımırsan ? Cox şey qacırmısan ki. ( rəqs edən bir qıza yaxınlaşdı) Sən də Məryəmi tanımırsan ?
İlkin  həmin qızla çənə döyəndə Saranın səbri tükəndi , oglanın qolundan cəkərək klubun cıxış qapısına dogru addımladı .
***
Qız İlkini taksiyə mindirib yanında əyləşəndə :
- Evin hansı kücədədir , İlkin ?- soruşdu .
Oglan qapanmaga meyilli gözlərini acıq tutmaga calışaraq :
- Oralarda .- mızıldandı .
- Necə yəni oralarda ?
Taksi sürücüsü sərxoş gəncə baxaraq :
- İndi mən hara sürüm ?- soruşdu .
Sara başını pəncərə şüşəsinə söykəyib yuxulayan İlkini süzüb sürücüyə :
- Cavab verə bilməyəcək . Neynəyək ? Ən yaxşısı öz ev adresimi deyim sizə .- söylədi .
***
Sürücü maşını yaşayış binasının yanında saxlayanda  maşından İlkin deyil , Məryəm və ailəsi düşdü . Səs küylü toydan qayıdan bu insanlar yorgun halda addımlamaga başladılar .
Bir az aralıda isə sarı bir taksi dayandı . Sara İlkinin qolundan tutaraq düşməsinə kömək etdi .
Saranı evə həmişə Tural gətirdiyindən qız bu gün taksiylə qayıdacagını düşünməmiş , ona görə də özüylə  pul götürməmişdi .
- Sən burada gözlə , İlkin .( sürücüyə baxdı) Dayı 10 dəqiqə  gözləyə bilərsiz evdən pul götürüb gəlim ?
Sürücü :
- Sizi tanıyıb eləmirəm . Bəlkə aradan cıxacaqsınız .
- Yox , Vallah . Gətirəcəm .
- Oglanda  da pul yoxdur ?
Qız bu sualın aglabatan oldugunu düşünüb arxaya cevrildi . Amma burada İlkindən əsər-əlamət yox idi .

***İlkin bir necə addım atdıqdan sonra yolun digər  tərəfi ilə hərəkət edən adamlara tamaşa etməyə başladı  . Onların arasındakı bir qız diqqətini cəlb etmişdi .
- Deyəsən , cola məni həqiqətən  sərxoş eliyib . Məryəm gözümə görünür .- dedikdən sonra qıza yaxınlaşmaq ücün yolu kecməli oldugunu dərk etdi .
Lakin bu arzusunu gercəkləşdirmək oglana qismət olmadı . Yolun ortasına catar-catmaz ani təkandan yerindəcə yıxılıb qaldı .
Bu gecə ən son  eşitdiyi isə " Mehman , onu öldürdük." sözləri oldu .

Dinq-DonqWhere stories live. Discover now