Qapı açıldı və Aydının başı göründü .
- Aaa hə , burdadı . Düz gəlmişik .
İlkin oturmuş vəziyyət alıb icəri girən qrup yoldaşlarına gülümsədi .
Tofiq :
-Eşitdik başına iş gəlib .
- Hə , ciddi bir şey yoxdur .
27d qrupundan üç nəfər gözə dəymirdi . Lakin İlkin təkcə Məryəmin yoxlugunu hiss etmişdi .
" Deməli , gəlmədi . Mən niyə onu düşünürəm ki ? Onsuz da özünə yenisini tapıb ."
***
Məryəm xəbəri ilk eşidəndə uşaqlarla İlkinin ziyarətinə getmək istəmişdi .Amma vəziyyətinin yaxşı oldugunu öyrənəndə qrup yoldaşları ilə deyil , tək getmək qərarına gəldi .
" Qoy uşaqlar dərsdən cıxandan sonra getsinlər xəstəxanaya .Mən isə Günayla dekanatlıga gedib qayıdandan sonra gedərəm . Onda bizim uşaqlar da xəstəxanadan cıxmış olacaq . Və beləcə ,İlkinlə tək söhbət eliyə biləcəyəm . Ay canım , görəsən cox agrımır ki...?"
***
[iki saat sonra]
- İlkin , bax Əminə nə gözəl yemək bişirib ,əziyyət cəkib bura gətirib . Niyə dadına baxmırsan hə ?
- İstəmirəm ,mama .
Elgünün dodaqları qaçdı .
- Mama , sən İlkini qınama . Yemək araqsız getmiree .
Yastıgı qardaşına dogru atdı .
- Min dəfə dedim ki, araq icməmişəm .Pivə də...Niyə başa düşmürsünüz .Cola icmişdim sadəcə .
Samirə :
-Sən ona fikir vermə .Mən sənə inanıram .
Qapı aramla döyüldü , Elgünün " kimdir?" sualından sonra astaca acıldı və iki qız göründü .
Məryəmlə Günay xəstə ziyarətinə gəlmişdilər .
İlkin həyəcanlandı .
- Məryəm !? ...ıhım Günay ?!
Günay :
- Salam , bagışlayın narahat eliyirik . Biz İlkini görməyə uşaqlarla gələ bilməmişdik .İndi gələ bildik .
Samirə :
- Kecin qızım , kecin.
İcəridəkilərdən utanaraq İlkinə yaxınlaşdılar . Məryəm gülümsəyərək oglana baxarkən " Qolunu sarıyıblar . Görəsən yenə də incidir ?... guya tək söhbət edəcəkdik . Nə qədər adam varee burda ." düşünürdü .
[10 dəqiqə sonra]
Günay :
- Biz daha gedək . Görüşərik , İlkin . Sagolun .
İlkin Məryəmin bu cür getməsinə icazə verə bilməzdi .Aydınlaşdıracaq coxlu məsələləri vardı onların .
- Günay , gözlə . Səndən qayıblarla baglı bir şey soruşacaqdım.-deyərək gözlərini bərəltdi .
- Hə ?
Daha sonra anasına baxaraq :
- Mama , həkimi cagıra bilərsən ?
- Həkimi neynirsən ?
- Sən cagır . Sözüm var ona .
Qadın palatanı tərk etdikdən sonra İlkin bu dəfə gözlərini qardaşıyla bacısına zillədi .
- Elgün , Banuyla beş dəqiqəlik koridora cıxa bilərsiz ?
- Yox.
Özünü Məryəmin yanında səbrli göstərməyə calışaraq :
- Sən cıx .Ürəyin nə istəsə verərəm sənə .- dedi .
Elgünün gözləri parıldadı .
- Gitaranı verərsən ?
- Nə ?... Yaxşı ,yaxşı verərəm . Cıxın .
İçəridə üç nəfər qaldıqda Günay "sevgililəri" tək qoymalı oldugunu anladı və Məryəmə göz qırparaq palatanı tərk etdi .
YOU ARE READING
Dinq-Donq
Teen FictionDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...