11. Mona Lizanın lift macərası

177 35 17
                                    

Qızlar əsas korpusun birinci mərtəbəsində dayanaraq  liftin gəlməyini  gözləyirdilər. Burada  onlardan başqa bir neçə  tələbə də vardı.
Çiçək  :
-Məryəm, deyəsən bu il çox əyləncəli kecəcək.
-Harası əyləncəlidiye ?Rəzilliyim  diz boyudu .
-Ona görə deyirəm də.
Günay :
-Məryəm də tapdı özünə...Sabah görəcik ki, İlkinin Porşesindən düşür.
Məryəm gözlərini bərəltdi :
-...Günay, bəsdir ...
Günay  dayanmaq bilmirdi:
-Bizi bəyənməzsən daha ...
 Heç vaxt həqiqətə çevrilməyəcəyini düşündüyü bu zarafatlar Məryəmi  həm güldürür ,həm utandırır , həm də hirsləndirirdi .
-Eeeeeee...eşidəcək yenə biabr  olacam.
Qız İlkinin oralarda olub olmamasını yoxlamaq üçün ətrafa nəzər salanda rəfiqələrinin söhbətlərinin yarısını qacırdı . Yenidən qızları dinləməyə qərar verəndə isə söhbətdən hec nə başa düşmədi .
Çiçək  :
- Səlim , Əli , Fərid ...
Günay  etiraz etdi :
- Yoxe ... Sədrəddin yaxşıdır .
Məryəm təəccüblə :
- Nə haqda danışırsız ?
Çiçək gülməkdən macal tapmadığına görə bu sualı Günay cavabladı .
- İlkinlə sənin nəvəncün  ad fikirləşirik .
- Daha nələr ? Uşaq bir yana , artıq nəvəmizə ad fikirləşirsiz ? Sədrəddine özdə .
***İlkinin əsas korpusun qapısından içəri girdiyini görən Məryəmin ürəyi sürətlə döyünməyə başladı .
-Susun...gəlir.
Oglan gələn kimi liftin qapısı açıldı.
"Biz iki saatdır gözdüyürük .Bu gələn kimi lift də gəldi."
İlkin dərhal  liftə daxil olub  "stop" düyməsini basdı və qızlara baxdı.
Günayla Çiçək  və başqa bir qız içəri girdi . Məryəm isə  məgrur dayanaraq yerindən tərpənmirdi . Çiçək :
-Məryəm, gəl də.
Başını dik tutub:
-Yox, mən gəlmirəm...Həm liftdə  yer də yoxdu.
İlkin  qızı süzərək dodaqlarında  "Mona Lizanın" gizli təbəssümünü  yaratdı .Belə ki , o , Məryəmin   gəlmək istəməməsinin səbəbini anlamışdı , buna baxmayaraq liftin qapılarını tutmaqda davam edirdi .
Günay :
-Məryəəm, tez ol. Qapı indi bağlanacaq .
Məryəm qərarsızca qızlara baxdı .Liftə girməsə onsuz da özündənrazı olan bu oglan özünü daha da önəmsəyəcəkdi .Bunu istəməyən Məryəm  İlkinin  qolunun altından liftə  daxil oldu .
Oglan  qapını buraxar- buraxmaz  lift hərəkət etməyə  başladı.
 Çiçək heç nə olmamış kimi davransa da Günay gah İlkinə , gah da Məryəmə baxmaqla əylənirdi . Rəfiqələrinə özünü rahat göstərməyə çalışan  Məryəm :
-Çimnaz məlliməmiz  dəyişməsə  yaxşı olare...
Günay  :
-Dəyişə bilər ama...(İlkinə baxaraq) sizin məlliməniz kimiydi keçən il ?
Oglan gözlərini telefondan çəkib Günaya  baxdı:
-Sevinc idi, deyəsən, adı.
-Hm, tanımıram.
Məryəm maraqla:
-Necə biri idi ki?- soruşdu .Sual bəhanəsilə oglana baxmış , üz cizgilərini incələməyə də fürsət tapmışdı.
İlkin biranlıq nəsə düşündü , sonra:
-Belə də .Avtobusdan camaatın maşınına boylanırdı.
"Allah sənin bəlanı verməsin ,İlkin. Off...Özünə gəl ,Məryəm .İtirmə özünü...Dərindən nəfəs al."
 Məryəm bayaq qızlara avtobus hadisəsini danışmış olduğuna görə  İlkinin atmacasını başa düşən Çiçək  şok bir hadisə eşitmiş  kimi Günayı süzdü . Günay  isə  alt dodagını dişləyərək başını yellədi .
Məryəm haqqında danışmaga ehtiyac yoxdu .Qıpqırmızı olmuşdu.
"Nə deyim? Nəsə deməliyəm...Mən susduqca bu lap həddini aşır."
Nəhayət "Aaa, ni..niyə elə eliyirmiş ki?" soruşa bildi oglandan.Oglanın atmacaları  azmış kimi səsinin  titrəməsi də bir yandan qızı  əsəbləşdirdi  .
İlkin çiyinlərini çəkib:
- Nə bilim . Yəqin , maşının içində bəyəndiyi nəsə varmış .- cavab verdi və yenidən telefonla oynamağa davam etdi .
" Necə...necə utanmazdı...Of , mən nəsə dedikcə daha da batıram .Ən yaxşısı susum .Bir də bu  liftdə necə intihar eliyə bilərəm , görəsən ?"  düşündü  Məryəm .
Nəhayət lift dayandı və qapılar açıldı.
"Şükür...Elə bildim heç dayanmayacaq..."
Məryəm özünü bayıra atdı .Qızlar da onun arxasınca   çıxdılar.
İlkin "Stop" düyməsini basmagı unutmuşdu deyə qapılar baglandı və oglan  içəridə qaldı.
O an Məryəmdən qızları təəccübləndirəcək bir gülüş qopdu.
-Ahahah..Əcəb oldu...Əcəb oldu...


Dinq-DonqDonde viven las historias. Descúbrelo ahora