" Bu gün olanlar nə idi belə ? İlkinlə münasibətlərimiz necə olacaq bundan sonra ? Offf , İlkin , əlimdən tutmaga məcbur deyildin axı . Necə baxacam sənin üzünə . Əslində baxarame .Problem yoxdur ... Yox baxammaram...Gitara dərslərimiz də "yatdı" beləcə..."
- Məryəm , sənə deyirəm ? Eşitmirsən ?
Təəccüblə onu səsləyən qardaşına baxdı .
-Hıı ?
- Sənə söz deyirəm .Niyə cavab vermirsən ? Mahnını yükləyəcəksən ?
- Nə mahnıyeee ?
" Mən burda "qlobal" problemlərimi həll eləməyə calışıram . Bu da hansısa mahnıdan danışır ...ıııı neyniyəcəm mən ?"
Masada qarşısında oturmuş qızının fikirli oldugunu anlayan Rəhilə :
- Nə olub , Məriş ? Universitetdə cətinliyin filan yoxdur ki ?- soruşdu .
- Yo , hec bir problem yoxdur .
Gözucu qardaşına baxdı . Oglan yanlarında olmasa Məryəm bu mövzunu bəlkə də anasına danışıb , məsləhət istəyə bilərdi .
***
Elgün qardaşının otagına yaxınlaşanda qapıya yapışdırılmış vərəqdəki yazı diqqətini cəlb etdi .
{ Narahat etməyin .}
Bu xəbərdarlıgı vecinə almadan qapını acanda , bunu etdiyinə peşman oldu . Bayaqdan dinləməkdən bezdiyi gurultulu musiqi icəri daxil olar-olmaz Elgünün qulaqlarını batırmışdı . Əlləriylə qulaqlarını qapayıb carpayıda uzanmış qardaşına yaxınlaşdı .
Döşəmə , yatagın üstü çips kagızları ,boş , yaxud da hələ istifadə olunmamış Cola butulkaları ilə dolu idi . İlkin isə otagında yaratdıgı qarışıqlıgı vecinə almadan carpayıya üzü üstə sərilərək gözlərini yummuşdu .
Elgün öz-özündən " Buna nə olub belə ?" soruşdu . Sürətlə qara rəngli musiqi mərkəzinə yaxınlaşıb dəhşətli səsin qarşısını aldı .
Dinlədiyi mahnının yarıda kəsildiyini anlayan İlkin başını yastıqdan qaldırıb yorgun halda qardaşına baxdı .
- "Narahat eləməyin " yazmışdım qapıya . Oxuya bilmirsən ?
- Amma bu zəhlətökən mahnı bizi narahat eliyə bilər , hə ? Kar olduge xəbərin var ?
- Əl cək , Elgün . Çıx otagımdan.- mızıldadıqdan sonra başı yenidən yastıgın üzərinə düşdü .
Elgün ayagıyla cips kagızlarından birini kənara itələyib :
- Nolub , ala . Depresiyaya zada düşmüsən ?hehehe ( İlkindən cavab gəlmədiyini görüb davam etdi )"Aşk acısı" çəkirsən bəlkə ?
Son cümləni duyan kimi İlkin gözlərini bərəltmiş halda qardaşını süzdü .
- Mən ? Hec vaxt ... Eşq və mən...güldürmə məni ...
Elgün coxbilmiş halda gülümsədi .
- Hə , həəə...qız məsələsidi... ? Qara qızdı, hə ? Səni rədd eliyib ?
Dözə bilməyib yatagından qalxdı .
- Əgər indi getməsən , bu otaqdan sənin meyidin cıxacaq .
- Off , səninlə adam kimi söhbət eləmək də olmur .( qapıya tərəf addımlayanda anidən geri cevrildi ) Əgər qızın xətrinə dəymisənsə bir dəstə güllə qəlbini qazana bilərsən .- deyib otagı tərk etdi .
Bu təklif İlkinin aglına batmışdı .
" Yaxşı fikirdir .Hər halda bu məktəb şagirdi belə məsələlərdə məndən daha təcrübəlidir .Elə də edəcəm ...amma bir dəqiqə Məryəm mənə yalan danışıb ...eybi yox. Mən də bu gün cox kobud idim ona qarşı . Görəsən ən sevdiyi çiçək hansıdır ?"
VOCÊ ESTÁ LENDO
Dinq-Donq
Ficção AdolescenteDing-Dong dedikdə kilsə zənginin yaratdığı səs nəzərdə tutulur . O kilsə zəngi ki , kənardan baxdıgımızda bu səssiz " məxluqun" ömürlük sükuta qərq olduğunu zənn edirik . O kilsə zəngi ki , onu tərpətməyə bir insan övladının gücünün yetməyəcəyini...