30. Advokat (1)

126 34 0
                                    

[Bir neçə gün sonra]
İki  gün idi ki, Məryəm qızların  ona olan münasibətində dəyişiklik hiss etmişdi . Əvvəllər qızla saatlarla danışmaga hazır olan rəfiqələr  son günlərdə Məryəmlə bir kəlmə belə kəsməyə həvəs göstərmirdilər  . Qız  isə  niyə belə etdiklərini soruşmaga çəkinirdi çünki  səbəbin nə oldugunu  demək olar ki,  anlamışdı .
***
Günayın fiziologiya kabinetinə daxil oldugunu görən Nazim  :
-Sabahın xeyir , Günay .Sualların hamsını tapa bildin kitabdan ?- soruşdu .
Qız əyləşərək :
-Sabahınız xeyir . 14cüdən başqa hamısını tapdım  .Rəşid müəllimdən soruşacam onu.
-Hm .onda 23cü suala bax , zəhmət olmasa .
Məryəm:
-Sonra  da 17ə baxarsan da ,Günay .-deyib qızın reaksiyasını gözlədi .
Günay   yalnızca 23cü sualın cavabını Nazimə  söyləməklə  kifayətlənəndə Məryəm  pərt olub Çiçəyə :
-Çiçək , nəsə olub ?Deyin bilim.
-Hec bir şey olmuyub ,Məryəm .Bəlkə sən bir şey demək istiyirsən bizə ?
"Ayyyy...nəsə bilirlər...nə deyəcəm...?"
-Nə haqqında?
Bu vaxt İlkin sinifə girdi .Çiçək  gözləri ilə oglanı göstərdi:
-Bunun haqqında .Türkan kecən həftə sizi bufetdə görüb , bu birinci gün də dərsdən sora bufetdə otururmuşsunuz .Gitara varmış əlində .Biz elə bilirdik kursa getmisən həmin gün .Niyə bizim xəbərimiz yoxdur bunlardan?
Məryəm utanaraq -Çiçəəək ...-deyə bildi sadəcə .Başqa söz tapa bilmirdi . Günahkar oldugu halda nə deyə , özünü necə müdafiə edə bilərdi ki ?Artıq kifayət qədər yalan danışmışdı .
***Tənəffüsdə Günay Çiçəyə   həyətə düşməyi  təklif etdi .Məryəm də onların arxasınca gedib həqiqəti danışmaga qərar vermişdi .İlkinə görə ən yaxın dostlarını itirmək üzrə idi .
Qızlar ondan  kənar gəzərək hovuzun ətrafında dövr edəndə Məryəm özünü saxlaya bilmədi .
-Hər şeyi  danışacam .Sora özünüz bilərsiz .Amma sizə deməməklə həqiqətən pis bir niyətim olmayıb .
Günayın inamsız baxışları Məryəmə işinin çətin olacagını cox gözəl izah edirdi .
Son aylarda baş verən hər şeyi təfərrüatı ilə rəfiqələrinə danışdı .Samiyədən başlayaraq bufetdə olan gizli şərt söhbətinə qədər...
Çiçək :
- Bizə bunları  daha əvvəldən  deyə bilərdin .
-Dedim axı , telefonda şəklini görmüşdü . Şantaj eliyirdi  .Qorxdum ki , oglanlara deyər , biabr olaram .
-Cox safsan,Məryəm .İnanmıram ki ,İlkin o barədə kiməsə nəsə desin .Səni qorxutmaqcün belə deyib sadəcə .
Bayaqdan susaraq qulaq asan Günel:
-  Həm   onun şəklinin sənin telefonunda nə işi var?- soruşaraq Məryəmi günahlandırdı .
Təbii ki , bu suala cavab vermək Məryəm ücün olduqca cətin idi . Cünki cavabı özü belə bilmirdi . Həqiqətən o şəkli niyə telefonunun yaddaşına qeyd etmişdi ki?

Dinq-DonqWhere stories live. Discover now